Dövlət Baxçalı: Türkiyə və Azərbaycan qardaşlığına xələl gətirilməsinə imkan verilməməlidir-VİDEO
Gündəm / Siyasət
Oxunub: 30
14 Ekm 2026 | 19:40
Dövlət Baxçalı: Türkiyə və Azərbaycan qardaşlığına xələl gətirilməsinə imkan verilməməlidir-VİDEO

Başda Azərbaycan olmaqla, Türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinə və könül bağlarına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan verilməməlidir.

Dialoq.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, millət vəkili Dövlət Baxçalı mətbuata yazılı açıqlamasında deyib.

Onun sözlərinə görə, Egeydən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki güclü dövlətidir:

“İki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirməyə yönələn istənilən yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır. Türkiyənin Türk Dövlətləri Təşkilatına sədrlik edəcəyi də bu proseslərin yaratdığı mühüm məsuliyyət və fürsətdir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi proseslərdən daha geniş məna daşıyır, xalqlarımızın ortaq yaddaşına və könül birliyinə əsaslanır”.

O deyib ki, Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğanın TDT-nin sammiti çərçivəsində keçirəcəyi görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inanır:

“İstiqamətimiz bəllidir. Başda Azərbaycan olmaqla, Türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinə və könül bağlarına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan vermədən, türk respublikalarının suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı dərinləşdirmək, tariximizin üzərimizə qoyduğu məsuliyyəti dərk edərək ortaq gələcəyimizi qurmaq, “Türk və Türkiyə əsri” hədəfini Türk dünyasının yüksəlişi ilə birləşdirməkdir”.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 14:04
Heydər Əliyev və Azərbaycanın suveren dövlətçilik modelinin formalaşması
Bugün, 14:01
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
Bugün, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
Bugün, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
Bugün, 13:55
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
Bugün, 10:10
Mingəçevirin 78 illiyi təntənəli şəkildə qeyd olunub: Rektor Anar Eminov şəhərin elm və təhsil həyatının inkişafına verdiyi töhfələrə görə təltif edilib
Dün, 22:17
Mingəçevirdə piyadanı maşın vurdu
Dün, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
Dün, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
Dün, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
Dün, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
Dün, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib