Rəşad Məcid özünün facebook sosial şəbəkə hesabında paylaşım edib: "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı"

Mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycan Respublikasının Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılmışdır.
Təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrit müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır.
Bu fakt bir daha göstərir ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, ölkəmizin informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan klassik dezinformasiya halları intensivləşmişdir.
Ümumi informasiya mühitinin monitorinqi və təhlili göstərir ki, son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur. Xüsusilə, Böyük Britaniyanın “The Independent”, “The Guardian” qəzetlərində və “BBC” teleradio və yayım şirkətində, ABŞ-nin CNN telekanalında, Fransanın “Le Monde” qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda yayılan materiallardakı aşkar birtərəfli yanaşma və əsassız mülahizələr Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsidir.
Bu qəbildən olan fərziyyə və iddiaların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görməkdə davam edəcəkdir,-Deyə paylaşımda qeyd edilib.
Dialoq.az
Dün, 21:39
Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Sizinlə gələcəyə” adlı tədbir keçirilib
Dün, 13:18
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
9-10-2026, 21:13
MDU-da mühəndislik üzrə magistrantlarla görüş keçirilib: elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
9-10-2026, 20:47
Universitet–məzun əlaqələrinin inkişafına töhfə – Mingəçevir Dövlət Universitetinin məzunları ilə çay süfrəsi ətrafında görüş keçirilib
9-10-2026, 13:44
Yevlaxda ASAN xidmət bu tarixədək sakinlərə xidmət göstərəcək
8-10-2026, 17:00
Mingəçevir Dövlət Universitetinin şəhid məzunu Əzəmi Hüseynovun məzarı ziyarət edilib
6-10-2026, 18:47
Tanınmış cərrah İcbari Tibbi Sığortanı tənqid etdi - "Rüşvət alaq, yoxsa ölkədən gedək?"
5-10-2026, 21:51
“İranın iştirakına gəldikdə, tutarlı sübut görməmişəm”
5-10-2026, 21:40
Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Sizinlə gələcəyə” adlı tədbir keçirilib
5-10-2026, 21:22
Mingəçevir Dövlət Universitetində müəllim əməyinə yüksək dəyər: Fəaliyyəti ilə fərqlənən professor-müəllim heyəti təltif olunub
5-10-2026, 20:26
Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı
5-10-2026, 18:10
DƏHŞƏTLİ HADİSƏ: Ər arvadını baxçada bıçaqladı -VİDEO
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR