Yevlaxda Vətən müharibəsi şəhidi İldırım Ağayevin məzarı və ailəsi ziyarət olunub. FOTOLAR

20 noyabr 2026-cı il tarixində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Vasif İsayev və sektorun məsləhətçisi Etibar Misirov, həmçinin 44 günlük Vətən müharibəsinin I dərəcəli əlili Yusif Ağaməmmədov və II dərəcəli əlili Türkay Məsimov Vətən müharibəsi şəhidi İldırım Qafqaz oğlu Ağayevin əziz xatirəsini yad ediblər.
Ziyarətçilər əvvəlcə şəhidin Yevlax rayonunun Rüstəmli kənd qəbiristanlığında yerləşən məzarını ziyarət edərək önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla anıblar.
Daha sonra şəhidin doğulub boya-başa çatdığı və yaşadığı Rüstəmli kəndindəki evinə gələn qonaqlar ailə üzvləri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıblar. Görüş zamanı şəhid ailəsinin üzvləri ilə səmimi söhbət aparılıb, İldırım Ağayevin həyat və döyüş yolu, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və keçdiyi şərəfli döyüş yolu haqqında geniş fikir mübadiləsi edilib.
Ziyarətçilər, eyni zamanda, şəhidin evində yaradılmış Xatirə muzeyi ilə tanış olublar. Muzeydə nümayiş etdirilən fotoşəkillər, şəxsi əşyalar və digər xatirə nümunələri vasitəsilə qəhrəman şəhidin həyatının müxtəlif məqamları bir daha yada salınıb.
Görüşdə Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim uca tutulmasının, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğının göstərilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, şəhid İldırım Ağayevin əziz xatirəsi hər zaman ehtiramla yad edilir, onun Vətən qarşısında göstərdiyi fədakarlıq gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsidir.




Dialoq.az
Dün, 21:02
Yevlaxda Vətən müharibəsi şəhidi İldırım Ağayevin məzarı və ailəsi ziyarət olunub. FOTOLAR
Dün, 19:10
50 ali təhsil müəssisəsi arasında ilk beşlikdə — Mingəçevir Dövlət Universitetinin tələbələrindən ümumrespublika bilik yarışında uğurlu nəticə
Dün, 14:48
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ingilis dilində təhsil alan birinci kurs tələbələri ilə görüşüb
Dün, 14:41
Yevlaxda Yük maşını 12 yaşlı yeniyetməni vurub-Video
Dün, 10:51
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax şəhər 6 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirib
Dün, 10:51
Yevlaxda daha iki şəhidin anım tədbiri keçirilib
19-11-2026, 01:12
Yevlaxda iki qardaşın acınacaqlı həyatı:Köməyə ehtiyacları var
18-11-2026, 16:06
İstilik verilən məktəblərin sayı açıqlandı
18-11-2026, 11:49
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
17-11-2026, 12:44
Yevlaxda dəhşətli qəza: 30 və 26 yaşlı iki nəfər dünyasını dəyişdi
16-11-2026, 22:41
Yevlaxda gecə faciəsi: 50-dən çox heyvan tələf oldu-VİDEO
16-11-2026, 17:44
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
16-11-2026, 08:29
Bakıda avtomobil gənc qızı vurub
15-11-2026, 19:06
Yevlaxlı tar ifaçısı Nicat Məmmədov İctimai Televiziyanın efirində-VİDEO
15-11-2026, 17:27
Gənc həkim infarktdan öldü
15-11-2026, 17:21
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
15-11-2026, 17:18
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
14-11-2026, 19:02
BDYPİ sürücülərə müraciət etdi - Foto
12-11-2026, 23:12
Yevlaxın Aran qəsəbəsində xeyirxahlıq nümunəsi: Hərəkət imkanları məhdud şəxsə yeni əlil arabası hədiyyə edildi
12-11-2026, 22:20
Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
12-11-2026, 21:20
Yevlaxda şəhid İldırım Ağayevin anım tədbiri keçirilib
12-11-2026, 14:04
Heydər Əliyev və Azərbaycanın suveren dövlətçilik modelinin formalaşması
12-11-2026, 14:01
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
12-11-2026, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
12-11-2026, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
12-11-2026, 13:55
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
12-11-2026, 10:10
Mingəçevirin 78 illiyi təntənəli şəkildə qeyd olunub: Rektor Anar Eminov şəhərin elm və təhsil həyatının inkişafına verdiyi töhfələrə görə təltif edilib