İstilik verilən məktəblərin sayı açıqlandı
Sosial
Oxunub: 60
18 Kas 2026 | 16:06
İstilik verilən məktəblərin sayı açıqlandı
Noyabrın 15-dən etibarən ölkə üzrə istilik mövsümünə başlanılması ilə əlaqədar təhsil müəssisələrinin hazırlığı istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Dialoq.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırlıq işləri çərçivəsində təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti araşdırılıb, müvafiq qurumlarla birgə qazanxana və istilik sistemlərinin texniki sazlığı yoxlanılıb. Aşkar edilən və yarana biləcək nasazlıqların aradan qaldırılması istiqamətində zəruri addımlar atılıb.

Hazırda 214 məktəb, 151 məktəbəqədər təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş şəkildə təşkil olunur. Odun yanacağından istifadə edən bütün təhsil müəssisələrində pellet yanacağına keçid təmin edilib, ümumilikdə 1438 müəssisə üçün 9209 pellet sobası təchiz olunub.

176 təhsil müəssisəsində qazlaşdırma işlərinə başlanılıb. Onlardan 144-də işlər tamamlanıb, 32 müəssisədə isə davam etdirilir. Qazlaşdırılma prosesi yekunlaşmayan 32 müəssisədə alternativ istilik təmin edən avadanlıqlar vasitəsilə istilik təmin edilməkdədir.

Bununla yanaşı, cari ildə 743 təhsil müəssisəsində istilik sisteminin təmiri həyata keçirilib. İstilik mövsümü ərzində gündəlik əsasda yarana biləcək texniki problemlərin operativ həlli, təhsil müəssisələrininin mövcud istilik sistemlərindəki nasazlıqların aradan qaldırılması məqsədilə regionlarda aidiyyəti qurumlarla birlikdə xüsusi qruplar yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.

Qeyd edilib ki, təhsil müəssisələrində istilik təminatının dayanıqlı təşkili, mövcud çatışmazlıqların aradan qaldırılması və istilik mövsümü ərzində yarana biləcək problemlərə vaxtında müdaxilə edilməsi istiqamətində tədbirlər mövsümboyu davam etdiriləcək.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 16:06
İstilik verilən məktəblərin sayı açıqlandı
Dün, 11:49
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
17-11-2026, 12:44
Yevlaxda dəhşətli qəza: 30 və 26 yaşlı iki nəfər dünyasını dəyişdi
16-11-2026, 22:41
Yevlaxda gecə faciəsi: 50-dən çox heyvan tələf oldu-VİDEO
16-11-2026, 17:44
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
16-11-2026, 08:29
Bakıda avtomobil gənc qızı vurub
15-11-2026, 19:06
Yevlaxlı tar ifaçısı Nicat Məmmədov İctimai Televiziyanın efirində-VİDEO
15-11-2026, 17:27
Gənc həkim infarktdan öldü
15-11-2026, 17:21
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
15-11-2026, 17:18
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
14-11-2026, 19:02
BDYPİ sürücülərə müraciət etdi - Foto
12-11-2026, 23:12
Yevlaxın Aran qəsəbəsində xeyirxahlıq nümunəsi: Hərəkət imkanları məhdud şəxsə yeni əlil arabası hədiyyə edildi
12-11-2026, 22:20
Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
12-11-2026, 21:20
Yevlaxda şəhid İldırım Ağayevin anım tədbiri keçirilib
12-11-2026, 14:04
Heydər Əliyev və Azərbaycanın suveren dövlətçilik modelinin formalaşması
12-11-2026, 14:01
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
12-11-2026, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
12-11-2026, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
12-11-2026, 13:55
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
12-11-2026, 10:10
Mingəçevirin 78 illiyi təntənəli şəkildə qeyd olunub: Rektor Anar Eminov şəhərin elm və təhsil həyatının inkişafına verdiyi töhfələrə görə təltif edilib
11-11-2026, 22:17
Mingəçevirdə piyadanı maşın vurdu
11-11-2026, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
11-11-2026, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
11-11-2026, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
11-11-2026, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
11-11-2026, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib