Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
Sosial
Oxunub: 30
11 Kas 2026 | 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
“İşçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən ötürülən məlumatlar əsasında Mərkəzi Bank tərəfindən müəyyən olunan elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur”.

Dialoq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyinm müzakirəsi zamanı bildirib.

“Eyni zamanda, ödənişlərin işçinin sərbəst seçimi əsasında müəyyən etdiyi bank hesabına köçürülməsi təmin ediləcək. Bu mexanizmin həm də əsas üstünlüyü ondan ibarətdir ki, əməkhaqqının yalnız əmək müqaviləsində və ya müvafiq informasiya sistemində göstərilən məbləğdə rəsmiləşdirilməsi deyil, faktiki ödənilməsi də elektron məlumatlar əsasında izlənilə biləcək. Nəticədə, əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya müəyyən hissəsinin gizlədilməsi kimi halların aşkarlanması və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi formalaşacaq.

Bununla yanaşı, nəzərdə tutulan mexanizm yalnız nəzarət tədbirlərinin gücləndirilməsi ilə məhdudlaşmır, həm də əmək münasibətlərinin iştirakçıları üçün əməkhaqqı və digər ödənişlər, qanunvericilikdə nəzərdə tutulan tutulmalar, eləcə də şəxsin gəlir tarixçəsi barədə məlumatlara elektron çıxış imkanının yaradılmasını nəzərdə tutur.

Eyni zamanda bu sistemin tətbiqi işəgötürənlərin hesabatlılıq yükünün azaldılmasına, vergi və sosial sığorta məlumatlarının daha operativ formalaşdırılmasına, məzuniyyət, ezamiyyə və əmək qabiliyyətinin müvəqqəti itirilməsi kimi hallarda orta əməkhaqqının avtomatik hesablanmasına da xidmət edir.

Təklif edilən dəyişikliklər əmək münasibətlərində rəqəmsal məlumat mübadiləsinə əsaslanan vahid və proaktiv nəzarət mexanizminin formalaşdırılmasına da imkan verəcək”, - nazir müavini qeyd edib.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
Bugün, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
Bugün, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
Bugün, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
Bugün, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir