MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib

Mingəçevir Dövlət Universiteti (MDU) Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Orqanik və dayanıqlı kənd təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” mövzusunda II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bu barədə özünün “Facebook” sosial media hesabında paylaşım edib.
Rektorun sözlərinə görə, konfransın plenar iclasında çıxış edərək dayanıqlı kənd təsərrüfatı, iqlim dəyişmələri, ekoloji təhlükəsizlik və elmi innovasiyaların əhəmiyyətinə diqqət çəkib. O, həmçinin MDU-da yaşıl transformasiya, dayanıqlı enerji, su ehtiyatlarının idarə olunması və ekoloji monitorinq istiqamətlərində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
Dörd əsas elmi istiqamət üzrə 11 bölmə iclasını və 90-dan çox elmi məruzəni əhatə edən konfransda biomüxtəlifliyin qorunması, ekoloji tarazlığın təmin edilməsi, orqanik əkinçilik və innovativ aqrar texnologiyalarla bağlı aktual məsələlər müzakirə olunub.
Anar Eminov qeyd edib ki, Mingəçevir Dövlət Universitetinin elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional və respublika səviyyəsində birgə tədqiqatların təşviqi, yaşıl iqtisadiyyatın inkişafı və dayanıqlı inkişaf istiqamətində yeni tərəfdaşlıqların formalaşdırılması universitetin əsas prioritetləri sırasındadır.
Rektor konfransın yüksək səviyyədə təşkilinə, səmərəli elmi müzakirələrə və qarşılıqlı əməkdaşlığa görə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə və Zəfər Qurbanova, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyevə, kənd təsərrüfatı naziri Rafail Quliyevə, AMEA-nın həqiqi üzvü, akademik Tariyel Talıbova, eləcə də tərəfdaş qurumların nümayəndələrinə, təşkilat komitəsinə və Naxçıvan Dövlət Universitetinin kollektivinə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu cür elmi platformalar ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, innovativ tədqiqatların təşviqi və ekoloji problemlərin həlli istiqamətində birgə fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mingəçevir Dövlət Universiteti yaşıl iqtisadiyyatın inkişafı, elmi əməkdaşlığın genişləndirilməsi və dayanıqlı gələcəyin qurulması istiqamətində fəaliyyətini davam etdirir.

.

.

.

.

.

.

.

.

.

.

Dialoq.az
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir
23-10-2026, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
23-10-2026, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
22-10-2026, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq
20-10-2026, 11:26
Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılışı olub. FOTOLAR
19-10-2026, 09:42
Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
18-10-2026, 13:47
Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı
18-10-2026, 13:38
Yevlaxda avtobus və minik maşınları toqquşdu-ViDEO
17-10-2026, 18:42
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
16-10-2026, 16:03
Mingəçevir Dövlət Universiteti şəhid məzununun xatirəsini yad edib – Kənan Abdullayevin məzarı ziyarət olunub. - FOTOLAR
16-10-2026, 15:55
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb
15-10-2026, 08:37
Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
14-10-2026, 22:27
Murat Bozun da olduğu studiya suya qərq oldu - Köməksiz qaldılar
14-10-2026, 22:23
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
14-10-2026, 22:18
Prezident Emoməli Rəhmonla görüşdü
14-10-2026, 20:12
Qətər Əmiri Azərbaycandadır - Fotolar