Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub

2026-cı il oktyabrın 22–24-də Bakı və Mingəçevir şəhərlərində “Torpaq bəndlərində kaskad qəza riskləri üzrə VIII Avrasiya Konfransı (RISK-2026) keçirilib. Müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirən beynəlxalq tədbirin 23 oktyabr tarixində Mingəçevir mərhələsi Mingəçevir Dövlət Universitetində panel müzakirələri və elmi bölmə iclasları ilə davam edib.
Konfrans Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun birgə təşkilatçılığı, AMIR Texniki Xidmətlər Şirkəti, Avropa Təhlükəsizlik və Etibarlılıq Assosiasiyası (ESRA), Gürcüstanın Tbilisi Dövlət Universiteti, Vyetnamın Cənub-Şərqi Asiya Su Ehtiyatları və Ətraf Mühit İnstitutu, İtaliyanın Milan Politexnik Universiteti və Beynəlxalq Suvarma və Drenaj Komissiyasının (ICID) tərəfdaşlığı ilə təşkil olunub.
16 ölkədən alim və tədqiqatçıların iştirak etdiyi, 110 elmi tədqiqat işinin təqdim olunduğu konfrans su ehtiyatlarının dayanıqlı idarə edilməsi, hidrotexniki qurğuların təhlükəsizliyi, iqlim dəyişikliklərinin yaratdığı ekoloji və sosial-iqtisadi risklərin qiymətləndirilməsi, eləcə də təbii fəlakətlərin qarşısının alınması istiqamətində elmi yanaşmaların və innovativ texnoloji həllərin müzakirəsi baxımından mühüm beynəlxalq platforma rolunu oynayıb. Tədbir müxtəlif ölkələrin elmi potensialının bir araya gətirilməsinə, qabaqcıl təcrübələrin paylaşılmasına və regional problemlərin həllinə yönəlmiş birgə tədqiqat təşəbbüslərinin təşviqinə xidmət edib.
Konfrans çərçivəsində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin direktoru Təhmasib Hüseynov və Coğrafiya İnstitutunun direktoru Zaur İmrani çıxış ediblər. Çıxışlarda konfransın elmi əhəmiyyəti, su və enerji infrastrukturlarının təhlükəsizliyinin təmin olunması, iqlim dəyişiklikləri fonunda risklərin qiymətləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Tədbir çərçivəsində “Mingəçevirdə su təhlükəsizliyinin gələcəyi” mövzusunda panel müzakirəsi də keçirilib. İlk olaraq Mingəçevir Dövlət Universitetin bu paneldə rektor Anar Eminov, Coğrafiya İnstitutunun direktoru Zaur İmrani və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin direktoru Təhmasib Hüseynov spiker qismində iştirak ediblər. Müzakirələr zamanı Mingəçevirin su təhlükəsizliyi perspektivləri, su ehtiyatlarının səmərəli idarə olunması, hidrotexniki qurğuların etibarlılığı və ekoloji risklərin azaldılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Konfransın elmi proqramı çərçivəsində keçirilən bölmə iclaslarında müxtəlif ölkələri təmsil edən alim və tədqiqatçıların məruzələri dinlənilib. Bəndlərin etibarlılığı və kaskad qəza risklərinin modelləşdirilməsi, Kür-Araz hövzəsində daşqın təhlükələrinin qiymətləndirilməsi, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, süni intellekt və maşın öyrənməsi əsasında erkən xəbərdarlıq sistemləri, ekoloji təhlükəsizlik və dayanıqlı infrastrukturun inkişafı kimi aktual istiqamətlər üzrə tədqiqatlar təqdim olunub. Elmi təqdimatların ardınca aparılan müzakirələrdə tədqiqat nəticələrinin praktik tətbiqi, risklərin idarə edilməsində müasir texnologiyaların imkanları və müxtəlif sahələr arasında əməkdaşlığın əhəmiyyəti önə çəkilib.
Beynəlxalq konfransın Mingəçevirdə keçirilməsi şəhərin su və enerji infrastrukturu ilə bağlı aktual məsələlərin, eləcə də elmi-tədqiqat potensialının beynəlxalq müzakirələr müstəvisində təqdim olunmasına imkan yaradıb. Universitet, elmi-tədqiqat müəssisələri və sənaye nümayəndələrini bir araya gətirən tədbir elmi biliklərin real sektorun ehtiyacları ilə əlaqələndirilməsi və regional problemlərə elmi əsaslı həll yollarının axtarılması baxımından əməkdaşlıq imkanlarını gücləndirib.
Konfransın mühüm nailiyyətlərindən biri kimi qeyd olunmalıdır ki, ekspert qiymətləndirməsindən uğurla keçən 30 seçilmiş məqalənin 'Scopus' bazasında indekslənməsi nəzərdə tutulur.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Dialoq.az
Bugün, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
Bugün, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
Dün, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq
20-10-2026, 11:26
Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılışı olub. FOTOLAR
19-10-2026, 09:42
Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
18-10-2026, 13:47
Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı
18-10-2026, 13:38
Yevlaxda avtobus və minik maşınları toqquşdu-ViDEO
16-10-2026, 16:03
Mingəçevir Dövlət Universiteti şəhid məzununun xatirəsini yad edib – Kənan Abdullayevin məzarı ziyarət olunub. - FOTOLAR
16-10-2026, 15:55
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb
15-10-2026, 08:37
Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
14-10-2026, 22:27
Murat Bozun da olduğu studiya suya qərq oldu - Köməksiz qaldılar
14-10-2026, 22:23
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
14-10-2026, 22:18
Prezident Emoməli Rəhmonla görüşdü
14-10-2026, 20:12
Qətər Əmiri Azərbaycandadır - Fotolar
14-10-2026, 20:07
Hakan Fidan Bakıdadır - Yenilənib
14-10-2026, 19:40
Dövlət Baxçalı: Türkiyə və Azərbaycan qardaşlığına xələl gətirilməsinə imkan verilməməlidir-VİDEO
14-10-2026, 19:22
“313 Team” saytlarımıza kiberhücuma görə - Məsuliyyəti üzərinə götürdü
14-10-2026, 15:42
Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü
14-10-2026, 10:05
Natiq Əlisoy: “Uşaqların dini hisslərindən və saf duyğularından siyasi məqsədlər naminə istifadə edilməməlidir”
13-10-2026, 05:46
“Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”
12-10-2026, 13:18
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
9-10-2026, 21:13
MDU-da mühəndislik üzrə magistrantlarla görüş keçirilib: elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
9-10-2026, 21:13
MDU-da mühəndislik üzrə magistrantlarla görüş keçirilib: elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
9-10-2026, 20:47
Universitet–məzun əlaqələrinin inkişafına töhfə – Mingəçevir Dövlət Universitetinin məzunları ilə çay süfrəsi ətrafında görüş keçirilib
9-10-2026, 13:44
Yevlaxda ASAN xidmət bu tarixədək sakinlərə xidmət göstərəcək