Universitet–məzun əlaqələrinin inkişafına töhfə – Mingəçevir Dövlət Universitetinin məzunları ilə çay süfrəsi ətrafında görüş keçirilib
Sosial
Oxunub: 120
9 Ekm 2026 | 20:47
Universitet–məzun əlaqələrinin inkişafına töhfə – Mingəçevir Dövlət Universitetinin məzunları ilə çay süfrəsi ətrafında görüş keçirilib
2026-cı ilin 8 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin Təcrübə və karyera şöbəsi və İş dünyası və məzunlarla əlaqə şöbəsinin birgə təşkilatçılığı ilə müxtəlif illərdə bu ali təhsil müəssisəsində tələbə olmuş məzunlarla çay süfrəsi ətrafında görüş keçirilib.

Səmimi və qeyri-rəsmi ünsiyyət şəraitində baş tutan görüşün əsas məqsədi universitetin məzunları ilə əlaqələrin gücləndirilməsi, onların universitet həyatında iştirakının təşviq edilməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Görüş zamanı məzunlarla universitet arasında qarşılıqlı əlaqələrin davamlı xarakter almasının, məzunların peşəkar təcrübə və biliklərindən universitetin inkişafı, eləcə də tələbələrin karyera hazırlığı prosesində yararlanmağın əhəmiyyəti ön plana çıxıb.

Bu cür görüşlərin məzunların universitetlə bağlılığının qorunmasına, onların vahid məzun şəbəkəsi ətrafında birləşdirilməsinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verməsi vurğulanıb.
Təşəbbüs Mingəçevir Dövlət Universitetinin məzunlarla sistemli işin təşkili, məzun şəbəkəsinin inkişafı və universitet–məzun münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətin tərkib hissəsidir. Bu yanaşma, eyni zamanda, ali təhsil müəssisəsi ilə məzunları arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrinin qurulmasına, məzunların universitetin inkişaf proseslərinə cəlbinə və onların potensialından səmərəli istifadəyə xidmət edir.

Qarşılıqlı dialoq formatında keçən görüş zamanı məzunlar universitetlə bağlı təəssüratlarını bölüşüblər, onları maraqlandıran suallar cavablandırılıb və təklifləri dinlənilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində məzunlarla əlaqələrin genişləndirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və universitetin inkişafına töhfə verə biləcək əməkdaşlıq platformalarının formalaşdırılması istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.

.

.

.

.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 21:09
Mingəçevir Dövlət Universiteti ilə “Marxal” Müalicə-İstirahət Kompleksi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. FOTOLAR
Dün, 18:14
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
Dün, 18:14
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
Dün, 00:55
Yevlaxda avtomobil piyadanı vurub
21-11-2026, 20:57
49 yaşlı kişi dəm qazından boğulub öldü
21-11-2026, 20:54
Sevinc Maniyeva vəfat etdi
20-11-2026, 21:02
Yevlaxda Vətən müharibəsi şəhidi İldırım Ağayevin məzarı və ailəsi ziyarət olunub. FOTOLAR
20-11-2026, 19:10
50 ali təhsil müəssisəsi arasında ilk beşlikdə — Mingəçevir Dövlət Universitetinin tələbələrindən ümumrespublika bilik yarışında uğurlu nəticə
20-11-2026, 14:48
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ingilis dilində təhsil alan birinci kurs tələbələri ilə görüşüb
20-11-2026, 14:41
Yevlaxda Yük maşını 12 yaşlı yeniyetməni vurub-Video
20-11-2026, 10:51
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax şəhər 6 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirib
20-11-2026, 10:51
Yevlaxda daha iki şəhidin anım tədbiri keçirilib
19-11-2026, 01:12
Yevlaxda iki qardaşın acınacaqlı həyatı:Köməyə ehtiyacları var
18-11-2026, 16:06
İstilik verilən məktəblərin sayı açıqlandı
18-11-2026, 11:49
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
17-11-2026, 12:44
Yevlaxda dəhşətli qəza: 30 və 26 yaşlı iki nəfər dünyasını dəyişdi
16-11-2026, 22:41
Yevlaxda gecə faciəsi: 50-dən çox heyvan tələf oldu-VİDEO
16-11-2026, 17:44
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
16-11-2026, 08:29
Bakıda avtomobil gənc qızı vurub
15-11-2026, 19:06
Yevlaxlı tar ifaçısı Nicat Məmmədov İctimai Televiziyanın efirində-VİDEO
15-11-2026, 17:27
Gənc həkim infarktdan öldü
15-11-2026, 17:21
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
15-11-2026, 17:18
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
14-11-2026, 19:02
BDYPİ sürücülərə müraciət etdi - Foto
12-11-2026, 23:12
Yevlaxın Aran qəsəbəsində xeyirxahlıq nümunəsi: Hərəkət imkanları məhdud şəxsə yeni əlil arabası hədiyyə edildi
12-11-2026, 22:20
Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
12-11-2026, 21:20
Yevlaxda şəhid İldırım Ağayevin anım tədbiri keçirilib