Mingəçevir Dövlət Universiteti ilə “Marxal” Müalicə-İstirahət Kompleksi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. FOTOLAR
Gündəm
Oxunub: 60
23 Kas 2026 | 21:09
Mingəçevir Dövlət Universiteti ilə “Marxal” Müalicə-İstirahət Kompleksi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. FOTOLAR
Mingəçevir Dövlət Universiteti ilə “Marxal” Müalicə-İstirahət Kompleksi arasında əməkdaşlığın inkişaf etdirilməsi, ali təhsil ilə turizm sənayesi arasında əlaqələrin gücləndirilməsi istiqamətində növbəti addımlar atılır.
2026-cı il noyabrın 23-də Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazovanın rəhbərlik etdiyi nümayəndə heyəti “Marxal” Müalicə-İstirahət Kompleksində olub. Hotelin meneceri Kamal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə tərəflər arasında əməkdaşlığın prioritet istiqamətləri, birgə fəaliyyət imkanları və qarşılıqlı maraq doğuran təşəbbüslər ətraflı müzakirə olunub, konkret fəaliyyət istiqamətləri üzrə razılıqlar əldə edilib.
Görüşdə əməkdaşlığın əsas istiqamətlərindən biri kimi turizm və hotelçilik sahəsində əmək bazarının müasir tələblərinə cavab verən mütəxəssislərin hazırlanması, tələbələrin nəzəri biliklərinin real iş mühitində praktiki bacarıqlarla zənginləşdirilməsi məsələləri ön plana çəkilib. Bu çərçivədə tələbələrin hoteldə istehsalat və peşə təcrübəsinə cəlb olunması, hotelin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanışlığı, peşəkar mütəxəssislərin mentorluğundan yararlanması və gələcək məşğulluq imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində hotelin rəhbər və mütəxəssis heyətinin universitetdə qonaq mühazirələri, master-klasslar və praktiki məşğələlər keçməsi, tədris proqramlarının turizm sənayesinin aktual tələblərinə uyğun təkmilləşdirilməsi, eləcə də birgə təlim və sertifikasiya proqramlarının təşkili istiqamətində fəaliyyətin həyata keçirilməsi planlaşdırılır.
Əməkdaşlıq gündəliyində Şəki-Zaqatala və Mingəçevir regionlarının turizm potensialının araşdırılması və tanıdılması, regional turizm marşrutlarının və inkişaf konsepsiyalarının hazırlanması, rəqəmsal həllərin tətbiqi, həmçinin birgə forum, konfrans, seminar və digər peşəkar tədbirlərin təşkili də yer alır.
Tərəflər, eyni zamanda, tələbə və məzunların karyera inkişafına dəstək göstərilməsi, təcrübə proqramlarını uğurla başa vuran gənclərin məşğulluq imkanlarının genişləndirilməsi, mentorluq proqramlarının və karyera tədbirlərinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti ilə “Marxal” Müalicə-İstirahət Kompleksi arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu turizm və hotelçilik sahəsində təhsil, elm və real sektor arasında davamlı tərəfdaşlıq üçün geniş imkanlar yaradır.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 21:09
Mingəçevir Dövlət Universiteti ilə “Marxal” Müalicə-İstirahət Kompleksi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. FOTOLAR
Dün, 18:14
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
Dün, 18:14
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
Dün, 00:55
Yevlaxda avtomobil piyadanı vurub
21-11-2026, 20:57
49 yaşlı kişi dəm qazından boğulub öldü
21-11-2026, 20:54
Sevinc Maniyeva vəfat etdi
20-11-2026, 21:02
Yevlaxda Vətən müharibəsi şəhidi İldırım Ağayevin məzarı və ailəsi ziyarət olunub. FOTOLAR
20-11-2026, 19:10
50 ali təhsil müəssisəsi arasında ilk beşlikdə — Mingəçevir Dövlət Universitetinin tələbələrindən ümumrespublika bilik yarışında uğurlu nəticə
20-11-2026, 14:48
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ingilis dilində təhsil alan birinci kurs tələbələri ilə görüşüb
20-11-2026, 14:41
Yevlaxda Yük maşını 12 yaşlı yeniyetməni vurub-Video
20-11-2026, 10:51
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax şəhər 6 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirib
20-11-2026, 10:51
Yevlaxda daha iki şəhidin anım tədbiri keçirilib
19-11-2026, 01:12
Yevlaxda iki qardaşın acınacaqlı həyatı:Köməyə ehtiyacları var
18-11-2026, 16:06
İstilik verilən məktəblərin sayı açıqlandı
18-11-2026, 11:49
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
17-11-2026, 12:44
Yevlaxda dəhşətli qəza: 30 və 26 yaşlı iki nəfər dünyasını dəyişdi
16-11-2026, 22:41
Yevlaxda gecə faciəsi: 50-dən çox heyvan tələf oldu-VİDEO
16-11-2026, 17:44
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
16-11-2026, 08:29
Bakıda avtomobil gənc qızı vurub
15-11-2026, 19:06
Yevlaxlı tar ifaçısı Nicat Məmmədov İctimai Televiziyanın efirində-VİDEO
15-11-2026, 17:27
Gənc həkim infarktdan öldü
15-11-2026, 17:21
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
15-11-2026, 17:18
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
14-11-2026, 19:02
BDYPİ sürücülərə müraciət etdi - Foto
12-11-2026, 23:12
Yevlaxın Aran qəsəbəsində xeyirxahlıq nümunəsi: Hərəkət imkanları məhdud şəxsə yeni əlil arabası hədiyyə edildi
12-11-2026, 22:20
Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
12-11-2026, 21:20
Yevlaxda şəhid İldırım Ağayevin anım tədbiri keçirilib