Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ingilis dilində təhsil alan birinci kurs tələbələri ilə görüşüb
Sosial
Oxunub: 70
20 Kas 2026 | 14:48
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ingilis dilində təhsil alan birinci kurs tələbələri ilə görüşüb

20 noyabr, 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov “Kompüter elmləri” ixtisası üzrə ingilis dilində təhsil alan birinci kurs tələbələri ilə görüşüb.Görüşün əsas müzakirə mövzularını beynəlxalq təhsil imkanları və tələbə mübadiləsi proqramları təşkil edib.Daha sonra tədris prosesinin gedişi və tələbələrin üzləşdikləri akademik çətinliklər müzakirə olunub, onlara imtahan sessiyasına hazırlıq və qiymətləndirmə prinsipləri barədə məlumat verilib.

Anar Eminov tələbələrin növbəti tədris illərində xaricdə təhsil almaq və beynəlxalq mübadilə proqramlarında iştirak etmək imkanlarından danışıb. Rektor qeyd edib ki, mübadilə proqramları tələbələrə fərqli akademik mühitdə təhsil almaq, ixtisas üzrə biliklərini dərinləşdirmək və ingilis dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Görüşdə ixtisas fənlərinin tədris keyfiyyəti, tədris materialının mənimsənilməsi və müəllim–tələbə münasibətləri ətrafında fikir mübadiləsi aparılıb. Anar Eminov tələbələrin bilik və bacarıqlarının obyektiv, şəffaf və müəyyən edilmiş meyarlara uyğun qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Rektor bildirib ki, birinci kurs tələbələrinin akademik mühitə uyğunlaşması, tədris zamanı qarşılaşdıqları çətinliklər və dəstəyə olan ehtiyacları universitet rəhbərliyinin daim diqqətindədir.

İxtisas fənlərinin ingilis dilində tədrisi və tələbələrin beynəlxalq təhsil imkanlarından yararlanması baxımından onların dil səriştəsinin inkişafına xüsusi diqqət yetirilib. Anar Eminov tələbələrin ingilis dili üzrə hazırlıq səviyyəsini yüksəltmək və şifahi ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə qrup üçün ingilis dili danışıq klublarının (Conversation Clubs) yaradılması barədə göstəriş verib. Qeyd olunub ki, bu məşğələlər tələbələrin ixtisas terminologiyasını mənimsəməsinə, akademik müzakirələrdə fəal iştirak etməsinə və fənn üzrə biliklərini ingilis dilində ifadə etməsinə dəstək verəcək.

Görüş tələbələrin akademik ehtiyaclarının birbaşa öyrənilməsi, imtahan sessiyasına hazırlıqla bağlı suallarının müzakirə edilməsi və növbəti tədris illəri üçün beynəlxalq təhsil imkanları barədə məlumatlandırılması baxımından əhəmiyyət daşıyıb.

.

.

.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 21:02
Yevlaxda Vətən müharibəsi şəhidi İldırım Ağayevin məzarı və ailəsi ziyarət olunub. FOTOLAR
Dün, 19:10
50 ali təhsil müəssisəsi arasında ilk beşlikdə — Mingəçevir Dövlət Universitetinin tələbələrindən ümumrespublika bilik yarışında uğurlu nəticə
Dün, 14:48
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ingilis dilində təhsil alan birinci kurs tələbələri ilə görüşüb
Dün, 14:41
Yevlaxda Yük maşını 12 yaşlı yeniyetməni vurub-Video
Dün, 10:51
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax şəhər 6 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirib
Dün, 10:51
Yevlaxda daha iki şəhidin anım tədbiri keçirilib
19-11-2026, 01:12
Yevlaxda iki qardaşın acınacaqlı həyatı:Köməyə ehtiyacları var
18-11-2026, 16:06
İstilik verilən məktəblərin sayı açıqlandı
18-11-2026, 11:49
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
17-11-2026, 12:44
Yevlaxda dəhşətli qəza: 30 və 26 yaşlı iki nəfər dünyasını dəyişdi
16-11-2026, 22:41
Yevlaxda gecə faciəsi: 50-dən çox heyvan tələf oldu-VİDEO
16-11-2026, 17:44
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
16-11-2026, 08:29
Bakıda avtomobil gənc qızı vurub
15-11-2026, 19:06
Yevlaxlı tar ifaçısı Nicat Məmmədov İctimai Televiziyanın efirində-VİDEO
15-11-2026, 17:27
Gənc həkim infarktdan öldü
15-11-2026, 17:21
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
15-11-2026, 17:18
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
14-11-2026, 19:02
BDYPİ sürücülərə müraciət etdi - Foto
12-11-2026, 23:12
Yevlaxın Aran qəsəbəsində xeyirxahlıq nümunəsi: Hərəkət imkanları məhdud şəxsə yeni əlil arabası hədiyyə edildi
12-11-2026, 22:20
Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
12-11-2026, 21:20
Yevlaxda şəhid İldırım Ağayevin anım tədbiri keçirilib
12-11-2026, 14:04
Heydər Əliyev və Azərbaycanın suveren dövlətçilik modelinin formalaşması
12-11-2026, 14:01
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
12-11-2026, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
12-11-2026, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
12-11-2026, 13:55
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
12-11-2026, 10:10
Mingəçevirin 78 illiyi təntənəli şəkildə qeyd olunub: Rektor Anar Eminov şəhərin elm və təhsil həyatının inkişafına verdiyi töhfələrə görə təltif edilib