50 ali təhsil müəssisəsi arasında ilk beşlikdə — Mingəçevir Dövlət Universitetinin tələbələrindən ümumrespublika bilik yarışında uğurlu nəticə

20 noyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışı keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən yarışda ölkənin 50 ali təhsil müəssisəsini təmsil edən komandalar iştirak edib. Mingəçevir Dövlət Universitetinin (MDU) komandası yekun nəticələrə əsasən V yeri tutub.
Yarışın məqsədi tələbələrin Azərbaycan tarixi, Ümummilli Lider Heydər Əliyevin həyat yolu, fəaliyyəti və dövlətçilik irsi haqqında biliklərini dərinləşdirmək, onları bu mövzularda müstəqil araşdırmaya təşviq etmək olub. Yarış tələbələrə biliklərini komanda şəklində tətbiq etmək və müxtəlif ali təhsil müəssisələrinin təmsilçiləri ilə ünsiyyət qurmaq imkanı yaradıb.
MDU-nu yarışda Arif Salmanlı (komanda rəhbəri), Aysun Yusibova, Şəbnəm Məmmədova, Arzu Quliyeva, Ziba İsgəndərli, Zeynəb İsmayılova, Hüseyn Bayramov və Elçin Hüseynov təmsil ediblər.
Komandanın formalaşdırılmasına və tələbələrin yarışa sistemli hazırlanmasına MDU-nun Pedaqoji fakültəsi və Humanitar fənlər kafedrası dəstək göstərib. Müəllimlərin hazırlıq prosesindəki əməyi tələbələrin Azərbaycan tarixi üzrə biliklərini möhkəmləndirməsinə və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməsinə töhfə verib.
Mingəçevir Dövlət Universiteti komanda üzvlərini qazandıqları nəticə münasibətilə təbrik edir, onlara növbəti yarışlarda uğurlar arzulayır və hazırlıq prosesində əməyi olan müəllimlərə təşəkkürünü bildirir.

.

.


Dialoq.az
Dün, 21:02
Yevlaxda Vətən müharibəsi şəhidi İldırım Ağayevin məzarı və ailəsi ziyarət olunub. FOTOLAR
Dün, 19:10
50 ali təhsil müəssisəsi arasında ilk beşlikdə — Mingəçevir Dövlət Universitetinin tələbələrindən ümumrespublika bilik yarışında uğurlu nəticə
Dün, 14:48
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ingilis dilində təhsil alan birinci kurs tələbələri ilə görüşüb
Dün, 14:41
Yevlaxda Yük maşını 12 yaşlı yeniyetməni vurub-Video
Dün, 10:51
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax şəhər 6 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirib
Dün, 10:51
Yevlaxda daha iki şəhidin anım tədbiri keçirilib
19-11-2026, 01:12
Yevlaxda iki qardaşın acınacaqlı həyatı:Köməyə ehtiyacları var
18-11-2026, 16:06
İstilik verilən məktəblərin sayı açıqlandı
18-11-2026, 11:49
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
17-11-2026, 12:44
Yevlaxda dəhşətli qəza: 30 və 26 yaşlı iki nəfər dünyasını dəyişdi
16-11-2026, 22:41
Yevlaxda gecə faciəsi: 50-dən çox heyvan tələf oldu-VİDEO
16-11-2026, 17:44
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
16-11-2026, 08:29
Bakıda avtomobil gənc qızı vurub
15-11-2026, 19:06
Yevlaxlı tar ifaçısı Nicat Məmmədov İctimai Televiziyanın efirində-VİDEO
15-11-2026, 17:27
Gənc həkim infarktdan öldü
15-11-2026, 17:21
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
15-11-2026, 17:18
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
14-11-2026, 19:02
BDYPİ sürücülərə müraciət etdi - Foto
12-11-2026, 23:12
Yevlaxın Aran qəsəbəsində xeyirxahlıq nümunəsi: Hərəkət imkanları məhdud şəxsə yeni əlil arabası hədiyyə edildi
12-11-2026, 22:20
Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
12-11-2026, 21:20
Yevlaxda şəhid İldırım Ağayevin anım tədbiri keçirilib
12-11-2026, 14:04
Heydər Əliyev və Azərbaycanın suveren dövlətçilik modelinin formalaşması
12-11-2026, 14:01
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
12-11-2026, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
12-11-2026, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
12-11-2026, 13:55
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
12-11-2026, 10:10
Mingəçevirin 78 illiyi təntənəli şəkildə qeyd olunub: Rektor Anar Eminov şəhərin elm və təhsil həyatının inkişafına verdiyi töhfələrə görə təltif edilib