Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR

Mingəçevir Dövlət Universiteti (MDU) elmin, təhsilin və mədəniyyətin inteqrasiyasının gücləndirilməsi, akademik biliklərin paylaşılması və beynəlxalq elmi-mədəni platformalarda təmsilçiliyinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Universitet bu məqsədlə 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.
Qeyd edək ki, bu barədə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov özünün Facebook sosial media hesabında paylaşım edib. Paylaşımda deyilir:
"2026-cı il oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində keçirilən sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və SOCAR-ın əsas tərəfdaşlığı ilə baş tutur. “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı altında təşkil olunan tədbirdə dünyanın 32 ölkəsini təmsil edən iştirakçılar bir araya gəliblər.
Kitab mədəniyyətinin inkişafı, elmi mübadilənin təşviqi və mədəniyyətlərarası dialoqun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan sərgi nəşriyyatların, müəlliflərin, təhsil müəssisələrinin və kitabsevərlərin görüş platformasına çevrilib.
Sərgi çərçivəsində Mingəçevir Dövlət Universitetinin stendində ali təhsil müəssisəsinin elmi və akademik nəşrləri, professor-müəllim heyətinin tədqiqat əsərləri, eləcə də müəllim və tələbələrin müəllifi olduqları kitablar nümayiş etdirilir. Təqdim olunan nəşrlər universitetin elmi potensialını, akademik fəaliyyətini və bilik istehsalına verdiyi töhfəni əks etdirir.

MDU-nun əməkdaşları və könüllü tələbələri sərgi ziyarətçilərinə universitetin tədris prosesi, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələri və innovasiya istiqamətində həyata keçirdiyi işlər barədə ətraflı məlumat verirlər. Universitetin intellektual potensialının təbliğinə xidmət edən stend ziyarətçilərin diqqətini cəlb edir. Mingəçevir Dövlət Universitetinin beynəlxalq kitab sərgisində iştirakı yalnız elmi nəşrlərin təqdimatı ilə məhdudlaşmır. Bu iştirak, eyni zamanda, ali təhsil müəssisəsinin akademik nailiyyətlərinin daha geniş auditoriyaya çatdırılması, elmi düşüncənin təşviqi, müəlliflik fəaliyyətinin dəstəklənməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından əhəmiyyətlidir.
Universitetin belə beynəlxalq platformalarda təmsil olunması regionda elmin və təhsilin inkişafına, akademik mühitin zənginləşdirilməsinə, həmçinin Mingəçevir Dövlət Universitetinin elmi və intellektual potensialının daha geniş miqyasda tanıdılmasına xidmət edir.
Mingəçevir Dövlət Universiteti bundan sonra da bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, elmi yaradıcılığın təşviqi və təhsil-mədəniyyət əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir,-Deyə rektor qeyd edib".














Dialoq.az
Dün, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq
20-10-2026, 11:26
Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılışı olub. FOTOLAR
19-10-2026, 09:42
Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
18-10-2026, 13:47
Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı
18-10-2026, 13:38
Yevlaxda avtobus və minik maşınları toqquşdu-ViDEO
16-10-2026, 16:03
Mingəçevir Dövlət Universiteti şəhid məzununun xatirəsini yad edib – Kənan Abdullayevin məzarı ziyarət olunub. - FOTOLAR
16-10-2026, 15:55
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb
15-10-2026, 08:37
Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
14-10-2026, 22:27
Murat Bozun da olduğu studiya suya qərq oldu - Köməksiz qaldılar
14-10-2026, 22:23
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
14-10-2026, 22:18
Prezident Emoməli Rəhmonla görüşdü
14-10-2026, 20:12
Qətər Əmiri Azərbaycandadır - Fotolar
14-10-2026, 20:07
Hakan Fidan Bakıdadır - Yenilənib
14-10-2026, 19:40
Dövlət Baxçalı: Türkiyə və Azərbaycan qardaşlığına xələl gətirilməsinə imkan verilməməlidir-VİDEO
14-10-2026, 19:22
“313 Team” saytlarımıza kiberhücuma görə - Məsuliyyəti üzərinə götürdü
14-10-2026, 15:42
Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü
14-10-2026, 10:05
Natiq Əlisoy: “Uşaqların dini hisslərindən və saf duyğularından siyasi məqsədlər naminə istifadə edilməməlidir”
13-10-2026, 05:46
“Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”
12-10-2026, 13:18
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
9-10-2026, 21:13
MDU-da mühəndislik üzrə magistrantlarla görüş keçirilib: elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
9-10-2026, 21:13
MDU-da mühəndislik üzrə magistrantlarla görüş keçirilib: elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
9-10-2026, 20:47
Universitet–məzun əlaqələrinin inkişafına töhfə – Mingəçevir Dövlət Universitetinin məzunları ilə çay süfrəsi ətrafında görüş keçirilib
9-10-2026, 13:44
Yevlaxda ASAN xidmət bu tarixədək sakinlərə xidmət göstərəcək
8-10-2026, 17:00
Mingəçevir Dövlət Universitetinin şəhid məzunu Əzəmi Hüseynovun məzarı ziyarət edilib
6-10-2026, 18:47
Tanınmış cərrah İcbari Tibbi Sığortanı tənqid etdi - "Rüşvət alaq, yoxsa ölkədən gedək?"
5-10-2026, 21:51
“İranın iştirakına gəldikdə, tutarlı sübut görməmişəm”