Təhlükəsiz və dayanıqlı universitet mühiti: Mingəçevir Dövlət Universitetində fövqəladə halların qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib

Mingəçevir Dövlət Universitetində təhlükəsiz və sağlam təhsil mühitinin formalaşdırılması, fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, risklərin qabaqlayıcı idarə olunması və universitet ictimaiyyətinin təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.
2026-cı il noyabrın 26-da Mingəçevir Dövlət
Universiteti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Föqəladə halların qarşısının alınması və təhlükəsizlik tədbirləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Universitetin akt zalında keçirilən tədbirdə FHN-in Aran Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev və əməkdaşları, Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşları, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Tədbirdən öncə universitetdə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Tədbir Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan Mingəçevir Dövlət Universitetinin rektorunun tədrisin təşkili və idarə olunması məsələləri üzrə müşaviri Ceyhun Mahmudov təhlükəsiz, sağlam və dayanıqlı universitet mühitinin yaradılmasının müasir ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. Universitetdə təhsilalanların və əməkdaşların təhlükəsizliyinin təmin olunması, fövqəladə hallara hazırlıq bacarıqlarının inkişaf etdirilməsi, potensial risklərə qarşı preventiv yanaşmanın formalaşdırılması baxımından bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb. Ceyhun Mahmudov aidiyyəti dövlət qurumları ilə institusional əməkdaşlığın genişləndirilməsinin, nəzəri biliklərin praktiki bacarıqlarla zənginləşdirilməsinin və gənclərdə sosial məsuliyyət hissinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Ardınca FHN-in Aran Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Aran Regional Mərkəzinin fəaliyyət istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. Nazirliyin və regional mərkəzin əsas fəaliyyət istiqamətləri, fövqəladə halların qarşısının alınması, əhalinin mühafizəsi, təbii və texnogen mənşəli təhlükələrə qarşı hazırlığın təmin edilməsi, qəza-xilasetmə və maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verib.
Vaqif Fətullayev bu cür maarifləndirici tədbirin məhz Mingəçevir Dövlət Universitetində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Gənclərin təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılmasının, onlarda fövqəladə hallara adekvat reaksiya vermək vərdişlərinin formalaşdırılmasının bütövlükdə cəmiyyətin təhlükəsizlik mədəniyyətinin inkişafına mühüm töhfə olduğunu diqqətə çatdırıb. Ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin regionda təhlükəsizlik üzrə maarifləndirmə fəaliyyətinin daha geniş auditoriyanı əhatə etməsi baxımından əhəmiyyətini qeyd edib.
Daha sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət nəzarəti şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Seymur İbrahimov “Fəlakətdən öncə gələn məsuliyyət” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə fövqəladə hadisələrin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin, fərdi və kollektiv məsuliyyətin, eləcə də təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyindən bəhs olunub.
FHN-in Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, mayor Rəmzi Məmmədli “Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları” mövzusunda çıxış edərək fövqəladə hallar zamanı insan həyatının və sağlamlığının qorunmasında fərdi mühafizə vasitələrinin rolu və onlardan düzgün istifadə qaydaları barədə məlumat verib.
Mingəçevir Dövlət Universitetinin müəllimi Ələkbər Süleymanov “Fövqəladə hallarda yanğın təhlükəsizliyi” mövzusunda məruzə ilə çıxış edib. Yanğın risklərinin minimuma endirilməsi, təhlükəsizlik tələblərinə əməl olunması və fövqəladə vəziyyətlərdə düzgün davranış qaydalarının mənimsənilməsinin əhəmiyyətinə diqqət çəkib.
Məruzələrdən sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin praktiki hissəsi universitetin həyətində davam etdirilib. Burada FHN-in balansında olan xüsusi təyinatlı avtomobillərin, yanğınsöndürmə və qəza-xilasetmə texnikasının, eləcə də müxtəlif alət və avadanlıqların nümayişi təşkil olunub. Tədbir iştirakçılarına nümayiş etdirilən texnika və avadanlıqların təyinatı, funksional imkanları və fövqəladə hallar zamanı tətbiqi xüsusiyyətləri barədə məlumat verilib. Tələbə və magistrantlar fövqəladə halların nəticələrinin aradan qaldırılmasında istifadə olunan texniki vasitələrlə yaxından tanış olmaq imkanı əldə ediblər.
Nəzəri maarifləndirmə ilə praktiki nümayişi özündə birləşdirən tədbir universitet ictimaiyyətinin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, risklərə qarşı məlumatlılığının artırılması və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edib.
Mingəçevir Dövlət Universitetində bu istiqamətdə həyata keçirilən təşəbbüslər insan həyatının və sağlamlığının qorunmasına, təhlükəsiz və dayanıqlı kampus mühitinin inkişaf etdirilməsinə, institusional risklərin səmərəli idarə olunmasına, ekoloji və texnogen təhlükələrə qarşı hazırlığın gücləndirilməsinə xidmət edir. Eyni zamanda, dövlət qurumları ilə birgə reallaşdırılan belə tədbirlər universitetin regionda maarifləndirmə, sosial məsuliyyət və ictimai təhlükəsizlik sahələrində rolunun genişlənməsinə töhfə verir.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Dialoq.az
Bugün, 18:26
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Bugün, 17:30
Təhlükəsiz və dayanıqlı universitet mühiti: Mingəçevir Dövlət Universitetində fövqəladə halların qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib
Dün, 23:41
Yevlaxda yarım tikili uçdu.Qaz,su,internet kəsildi-VİDEO
Dün, 22:53
Yevlaxda yol qəzası.Yaralanan və ölən var-VİDEO
Dün, 14:54
Mingəçevir Dövlət Universitetinin tələbələrinin beynəlxalq uğuru: “Türk-Forum 2026” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıblar
24-11-2026, 09:24
Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı - Rəsmi açıqlama
23-11-2026, 21:09
Mingəçevir Dövlət Universiteti ilə “Marxal” Müalicə-İstirahət Kompleksi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. FOTOLAR
23-11-2026, 18:14
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
23-11-2026, 18:14
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
23-11-2026, 18:14
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
23-11-2026, 00:55
Yevlaxda avtomobil piyadanı vurub
21-11-2026, 20:57
49 yaşlı kişi dəm qazından boğulub öldü
21-11-2026, 20:54
Sevinc Maniyeva vəfat etdi
20-11-2026, 21:02
Yevlaxda Vətən müharibəsi şəhidi İldırım Ağayevin məzarı və ailəsi ziyarət olunub. FOTOLAR
20-11-2026, 19:10
50 ali təhsil müəssisəsi arasında ilk beşlikdə — Mingəçevir Dövlət Universitetinin tələbələrindən ümumrespublika bilik yarışında uğurlu nəticə
20-11-2026, 14:48
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ingilis dilində təhsil alan birinci kurs tələbələri ilə görüşüb
20-11-2026, 14:41
Yevlaxda Yük maşını 12 yaşlı yeniyetməni vurub-Video
20-11-2026, 10:51
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax şəhər 6 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirib
20-11-2026, 10:51
Yevlaxda daha iki şəhidin anım tədbiri keçirilib
19-11-2026, 01:12
Yevlaxda iki qardaşın acınacaqlı həyatı:Köməyə ehtiyacları var
18-11-2026, 16:06
İstilik verilən məktəblərin sayı açıqlandı
18-11-2026, 11:49
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
17-11-2026, 12:44
Yevlaxda dəhşətli qəza: 30 və 26 yaşlı iki nəfər dünyasını dəyişdi
16-11-2026, 22:41
Yevlaxda gecə faciəsi: 50-dən çox heyvan tələf oldu-VİDEO
16-11-2026, 17:44
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
16-11-2026, 08:29
Bakıda avtomobil gənc qızı vurub
15-11-2026, 19:06
Yevlaxlı tar ifaçısı Nicat Məmmədov İctimai Televiziyanın efirində-VİDEO