MDU-da mühəndislik üzrə magistrantlarla görüş keçirilib: elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
Sosial
Oxunub: 90
9 Ekm 2026 | 21:13
MDU-da mühəndislik üzrə magistrantlarla görüş keçirilib: elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub

Mingəçevir Dövlət Universitetində (MDU) mühəndislik istiqaməti üzrə təhsil alan magistrantlarla elmi tədqiqatların inkişafı, beynəlxalq akademik imkanlar və innovativ texnologiyaların tətbiqi mövzularında görüş keçirilib.

Görüş universitetin Dayanıqlı Enerji və Mühəndislik Sistemləri Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutub. Bu barədə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov özünün Facebook hesabında paylaşım edib.
Görüş zamanı magistrantların elmi potensialının inkişaf etdirilməsi, onların tədqiqat fəaliyyətinə daha fəal cəlb olunması, beynəlxalq akademik mühitə inteqrasiyası və gələcək peşəkar inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrdə xarici universitetlərdə təhsil və elmi tədqiqat imkanları, beynəlxalq mübadilə proqramları, birgə elmi layihələrin həyata keçirilməsi, nüfuzlu elmi jurnallarda məqalələrin nəşri, beynəlxalq konfranslarda iştirak və doktorantura təhsili məsələlərinə xüsusi diqqət yetirilib.

Eyni zamanda, dayanıqlı enerji, yaşıl texnologiyalar, rəqəmsal mühəndislik, süni intellektin mühəndislik sistemlərində tətbiqi və sənaye müəssisələri ilə birgə tədqiqatların aparılması istiqamətində magistrantların iştirak imkanları müzakirə olunub.
İnteraktiv şəraitdə keçən görüşdə magistrantların sualları cavablandırılıb, onların təklifləri dinlənilib. Elmi rəhbərlik, tədqiqat mövzularının düzgün seçilməsi və beynəlxalq akademik əlaqələrin genişləndirilməsi ilə bağlı tövsiyələr verilib.
Qeyd olunub ki, magistrantların yalnız nəzəri biliklərə yiyələnməsi deyil, həm də real elmi problemlərin həllində iştirak edən, innovativ düşüncəyə və müasir tədqiqat bacarıqlarına malik mütəxəssislər kimi formalaşması əsas hədəflərdəndir.

Universitet rəhbərliyinin yanaşmasına görə, müasir ali təhsil müəssisəsi yalnız biliklərin ötürüldüyü məkan deyil, həm də yeni biliklərin yaradıldığı, gənc tədqiqatçıların dəstəkləndiyi və elmi nəticələrin real sektorla əlaqələndirildiyi bir mühit olmalıdır.
Mingəçevir Dövlət Universitetində bu istiqamətdə həyata keçirilən təşəbbüslər magistrantların elmi fəaliyyətə marağının artırılması, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və innovativ düşüncəyə malik mütəxəssislərin yetişdirilməsi baxımından əhəmiyyət daşıyır.
Rektor Anar Eminov paylaşımında universitetin gələcək inkişafında tələbə və magistrantların roluna diqqət çəkərək bu fikri vurğulayıb: “Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!”

.

.

.

.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 14:04
Heydər Əliyev və Azərbaycanın suveren dövlətçilik modelinin formalaşması
Bugün, 14:01
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
Bugün, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
Bugün, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
Bugün, 13:55
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
Bugün, 10:10
Mingəçevirin 78 illiyi təntənəli şəkildə qeyd olunub: Rektor Anar Eminov şəhərin elm və təhsil həyatının inkişafına verdiyi töhfələrə görə təltif edilib
Dün, 22:17
Mingəçevirdə piyadanı maşın vurdu
Dün, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
Dün, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
Dün, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
Dün, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
Dün, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib