Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb

Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə Torpaq bəndlərində kaskad qəza riskləri üzrə Beynəlxalq Konfransı öz işinə başlayıb.
2026-cı ilin 22 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun birgə təşkilatçılığı, AMIR Texniki Xidmətlər Şirkəti, Avropa Təhlükəsizlik və Etibarlılıq Assosiasiyası (ESRA), Gürcüstanın Tbilisi Dövlət Universiteti, Vyetnamın Cənub-Şərqi Asiya Su Ehtiyatları və Ətraf Mühit İnstitutu, İtaliyanın Milan Politexnik Universiteti və Beynəlxalq Suvarma və Drenaj Komissiyasının (ICID) tərəfdaşlığı ilə Torpaq bəndlərində kaskad qəza riskləri üzrə Beynəlxalq Konfransı (RISK-2026) öz işinə başlayıb.
22–23 oktyabr tarixlərini əhatə edən konfransın əsas elmi müzakirələri iki gün ərzində Bakı və Mingəçevir şəhərlərində təşkil olunur. Konfransın rəsmi açılış mərasimi oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının konfrans zalında keçirilir. Beynəlxalq tədbirin əsas proqramının ikinci günü isə oktyabrın 23-də Mingəçevir şəhərində “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin konfrans zalında yekunlaşacaq.
Açılış mərasimində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, su infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, təbii və texnogen risklərin idarə olunmasında elmi yanaşmaların tətbiqi, eləcə də universitetlər, tədqiqat institutları və sənaye müəssisələri arasında bilik və təcrübə mübadiləsinin əhəmiyyəti diqqət mərkəzindədir.
Açılış mərasimində çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın elmi və strateji əhəmiyyətindən bəhs edərək müasir dövrdə iqlim dəyişiklikləri, su ehtiyatlarının təhlükəsizliyi və enerji infrastrukturunun dayanıqlılığı kimi qlobal çağırışların universitetlər qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini vurğulayıb. Rektor qeyd edib ki, ali təhsil müəssisələrinin missiyası yalnız yüksəkixtisaslı kadr hazırlığı ilə məhdudlaşmır, həm də cəmiyyətin və iqtisadiyyatın aktual problemlərinə elmi əsaslandırılmış, innovativ həllər təqdim etməyi əhatə edir. Anar Eminov Mingəçevir Dövlət Universitetinin beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, yaşıl texnologiyaların inkişafı, su və enerji təhlükəsizliyi sahəsində tədqiqatların gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, konfransın Mingəçevirdə davam etdirilməsinin şəhərin enerji və su ehtiyatları potensialının beynəlxalq elmi müzakirələr müstəvisində dəyərləndirilməsi, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi və regionda innovasiya ekosisteminin inkişafı baxımından mühüm imkanlar yaratdığını bildirib.
Coğrafiya İnstitutunun direktoru Zaur İmrani çıxışında su ehtiyatlarının idarə olunması, hidrotexniki qurğuların təhlükəsizliyi və iqlim dəyişikliklərinin təbii sistemlərə təsirinin öyrənilməsində kompleks elmi yanaşmaların əhəmiyyətini vurğulayıb. O, xüsusilə Kür-Araz hövzəsində hidroloji proseslərin tədqiqinin, daşqın və digər təbii təhlükələrin proqnozlaşdırılmasının, coğrafi informasiya sistemləri və müasir monitorinq texnologiyalarının tətbiqinin vacibliyinə diqqət çəkib. Zaur İmrani konfransın müxtəlif ölkələrin alimlərini bir araya gətirməklə ortaq elmi problemlərin həllinə, birgə tədqiqat təşəbbüslərinin formalaşdırılmasına və əldə olunan nəticələrin praktik sahələrdə tətbiqinə əlverişli zəmin yaratdığını bildirib.
Konfrans çərçivəsində Azərbaycanla yanaşı, Gürcüstan, İtaliya, Vyetnam, Türkiyə, Avstraliya, Qazaxıstan və digər ölkələri təmsil edən alim və tədqiqatçıların elmi məruzələri təqdim olunur. Məruzələrdə su anbarlarının və bəndlərin etibarlılığı, Kür-Araz hövzəsində daşqın riskləri, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, süni intellekt və maşın öyrənməsi vasitəsilə erkən xəbərdarlıq sistemləri, ekoloji təhlükəsizlik və dayanıqlı infrastrukturun inkişafı kimi aktual məsələlər araşdırılır.
Konfransın Mingəçevirdə davam etdirilməsi xüsusi elmi və strateji əhəmiyyətə malikdir. Azərbaycanın mühüm enerji istehsalı mərkəzlərindən biri olan Mingəçevir şəhərinin Kür çayı, su anbarı və iri enerji infrastrukturu ilə bağlı potensialı su təhlükəsizliyi, enerji dayanıqlılığı və ekoloji risklərin idarə olunması istiqamətində aparılan beynəlxalq elmi müzakirələr üçün əlverişli mühit formalaşdırır.
İki günlük əsas elmi proqramın yekun mərhələsində Mingəçevir şəhərində keçiriləcək. Cənubi Qafqaz Seminarında Kür çayı hövzəsində bəndlərin kaskad zədələnmə risklərinin qiymətləndirilməsi və modelləşdirilməsi üzrə müzakirələr aparılacaq. Bu istiqamətdə təqdim olunan elmi yanaşmalar su və enerji infrastrukturlarının təhlükəsizliyinin artırılması, ətraf mühitin qorunması və fövqəladə risklərə qarşı dayanıqlılığın gücləndirilməsi baxımından mühüm elmi nəticələrin formalaşmasına zəmin yaradır.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin beynəlxalq konfransa həmtəşkilatçılıq etməsi ali təhsil müəssisəsinin qlobal akademik məkana inteqrasiyasını, elmi-tədqiqat potensialının gücləndirilməsini və regional inkişafın intellektual mərkəzlərindən birinə çevrilmək istiqamətində ardıcıl fəaliyyətini əks etdirir. Universitet elm, sənaye və beynəlxalq tərəfdaşlıq arasında körpü rolunu gücləndirməklə dayanıqlı, təhlükəsiz və innovasiyalara əsaslanan gələcəyin formalaşdırılmasına töhfə vermək əzmini nümayiş etdirir.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Dialoq.az
Bugün, 14:04
Heydər Əliyev və Azərbaycanın suveren dövlətçilik modelinin formalaşması
Bugün, 14:01
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
Bugün, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
Bugün, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
Bugün, 13:55
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
Bugün, 10:10
Mingəçevirin 78 illiyi təntənəli şəkildə qeyd olunub: Rektor Anar Eminov şəhərin elm və təhsil həyatının inkişafına verdiyi töhfələrə görə təltif edilib
Dün, 22:17
Mingəçevirdə piyadanı maşın vurdu
Dün, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
Dün, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
Dün, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
Dün, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
Dün, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib