Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab

Şagirdlərin “mygov” platformasında fərdi hesablarının yaradılması məsələsi müzakirələrə səbəb olub.
Dialoq.az Qafqazinfo-ya istinadən
xəbər verir ki, Gülzar Mustafayeva adlı sosial şəbəkə istifadəçisi bununla bağlı paylaşım edərək aidiyyəti qurumlardan məsələyə aydınlıq gətirilməsini istəyib.
O bildirib ki, uşaqların “mygov”da qeydiyyata alınmasının Elm və Təhsil Nazirliyinin göstərişi olduğu deyilir. Lakin valideyn bu tələbin hansı zərurətdən irəli gəldiyini anlamadığını qeyd edib.
G. Mustafayeva yetkinlik yaşına çatmamış uşaqların bu platformadan hansı məqsədlə istifadə edəcəyini sual edib: “Əgər söhbət onun hərbi komissarlıq məsələsindən gedirsə, o məlumat mənim “mygov”umda var, onun peyvəndlərinin məlumatı və s. olduğu kimi. Onsuz da o əsgərliyə 18 yaşdan sonra gedəcək, elə o vaxtda “mygov”dan qeydiyyatdan keçsin də, indidən nə vacibdir?
Bir aspekt də var, məktəb uşaqlarından tələb edirlər ki, onların smartfonları olmasın, bununla razıyam, oğlum məktəbə köhnə deyməli telefonla gedir. İndi sizin bu tələbinizə görə mən pul xərcləyib uşağa smartfon almalıyam ki, ona SİMA və dalınca da “mygov” tətbiqlərini yükləyim, yenə də – nə üçün?
Hər zaman deyilir ki, şəxsi məlumatları üçüncü şəxslərə ötürməyin, rəqəmsal məlumatlarınızı gizli saxlayın və s. Bəs uşaqlar buna necə riayət etsinlər, oyunlar oynayırlar, harasa girə bilərlər və özləri bilmədən də nəsə məlumat sızdıra bilərlər, bunun qabağı necə alınacaq?”
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Qafqazinfo.az'ın sorğumuza cavab olaraq bildirilib ki, ölkədə rəqəmsal xidmətlərdən istifadənin əhatəliliyinin artırılması və təhsil sahəsində rəqəmsal imkanların inkişaf etdirilməsi çərçivəsində ümumi təhsil müəssisələrində şagirdlərin “mygov” platformasında fərdi hesablarının yaradılması ilə bağlı məlumatlandırma aparılır: “Bu təşəbbüsün əsas məqsədi hər bir şagirdin rəqəmsal mühitdə fərdi hesabının formalaşdırılması, təhsillə bağlı məlumatlarına və müvafiq təhsil sənədlərinə daha rahat çıxış imkanının təmin edilməsidir. Fərdi hesabların yaradılması bu xidmətlərdən daha operativ, rahat və əlçatan şəkildə istifadə olunmasına imkan verəcək.
Bu istiqamətdə valideynlərə mobil telefonlarına “mygov” tətbiqini yükləmək və aktiv istifadə etmək tövsiyə edilir. Yaşı 7 və daha yuxarı olan şagirdlər üçün ayrıca hesabın yaradılması nəzərdə tutulur. Bu istiqamətdə çətinlik yaşayan valideynlərə ümumi təhsil müəssisələrində müvafiq məlumatlar verilir.
Qeyd edək ki, texniki baxımdan bir mobil telefonda bir neçə şagird üçün ayrıca “mygov” hesabı yaratmaq mümkündür”.
Narazılıqlarla bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən isə müraciətimizə cavab olaraq qeyd edilib ki, valideynlər ikinci hesab kimi öz “mygov” tətbiqlərindən övladlarına aid hesabı aktivləşdirə bilərlər: “Platformadan istifadə vətəndaşlara dövlət xidmətlərinə rəqəmsal formada çıxış, fərdi məlumatlarının paylaşılmasına nəzarət və dövlət qurumları ilə rəqəmsal kommunikasiya imkanları yaradır.
Qeyd edək ki, bu istiqamətdə görülən işlər “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində həyata keçirilir. Fəaliyyət Planına uyğun olaraq, rəqəmsal dövlət xidmətlərinin təşviqi və vətəndaşların bu xidmətlərdən istifadə imkanları barədə məlumatlandırılması istiqamətində tədbirlər görülür.
7 yaşdan yuxarı uşaqlar da “mygov” platformasında fərdi hesab yarada bilərlər. Bunun üçün uşağın ayrıca mobil telefona sahib olması zəruri deyil. Hesaba valideynin mobil telefonu və ya fərdi kompüter vasitəsilə də daxil olmaq mümkündür.
Bir cihazdan bir neçə ailə üzvünün hesabından istifadə etmək üçün əvvəlcə platformada açıq olan hesabdan çıxış etmək, daha sonra digər şəxsin hesabına daxil olmaq kifayətdir. Beləliklə, eyni cihazdan növbə ilə bir neçə istifadəçinin “mygov” hesabına daxil olmaq mümkündür.
Şəxsi mobil telefondan istifadə imkanı olan yuxarı sinif şagirdlərinə isə “mygov” mobil tətbiqini öz cihazlarına yükləyərək fərdi hesablarından istifadə etmələri tövsiyə olunur”.
Dialoq.az
Dün, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
Dün, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir
23-10-2026, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
23-10-2026, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
22-10-2026, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq
20-10-2026, 11:26
Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılışı olub. FOTOLAR
19-10-2026, 09:42
Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
18-10-2026, 13:47
Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı
18-10-2026, 13:38
Yevlaxda avtobus və minik maşınları toqquşdu-ViDEO
17-10-2026, 18:42
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
16-10-2026, 16:03
Mingəçevir Dövlət Universiteti şəhid məzununun xatirəsini yad edib – Kənan Abdullayevin məzarı ziyarət olunub. - FOTOLAR
16-10-2026, 15:55
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb
15-10-2026, 08:37
Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
14-10-2026, 22:27
Murat Bozun da olduğu studiya suya qərq oldu - Köməksiz qaldılar