Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
Siyasət
Oxunub: 40
6 Kas 2026 | 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
Mingəçevir Dövlət Universitetində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Üçrəngli bayraq: milli istiqlalın, dövlət suverenliyinin və Azərbaycançılıq ideologiyasının təcəssümü” mövzusunda tədbir keçirilib.

Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının Dövlət Bayrağının milli dövlətçilik tarixindəki müstəsna əhəmiyyətini, müstəqillik və suverenlik ideallarının təcəssümü kimi mənəvi dəyərini təbliğ etmək, gənc nəsildə vətənpərvərlik, milli birlik və dövlətçilik ənənələrinə sədaqət hissini gücləndirmək olub. Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən MDU-nun rektoru Anar Eminov Azərbaycan Bayrağının xalqımızın milli kimliyini, dövlət müstəqilliyini və suverenliyini ifadə edən müqəddəs rəmz olduğunu vurğulayıb. Rektor qeyd edib ki, üçrəngli bayrağımızın dövlətçilik tariximizdə yenidən öz layiqli yerini tutması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Belə ki, 1990-cı il noyabrın 17-də dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağın muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul edilməsi milli dövlətçiliyimizin bərpası istiqamətində mühüm tarixi addım olub. Həmin sessiyada üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə respublikanın ali qanunvericilik orqanı qarşısında məsələ qaldırılması da xüsusi tarixi əhəmiyyət daşıyıb. Anar Eminov bildirib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlətçilik ənənələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2007-ci il 17 noyabr tarixli “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” və 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamları milli atributlarımıza göstərilən yüksək ehtiramın və dövlətçilik dəyərlərinin qorunmasına verilən xüsusi önəmin bariz ifadəsidir.
Rektor diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ölkəmizin ərazi bütövlüyü ilə suverenliyinin tam bərpası üçrəngli bayrağımızın qürur və qəhrəmanlıq rəmzi kimi mənəvi əhəmiyyətini daha da yüksəldib. Azərbaycanın bütün suveren ərazilərində Dövlət Bayrağının dalğalanması xalqımızın milli iradəsinin, birliyinin və dövlətçilik qüdrətinin təntənəsidir. O, gənclərin bu tarixi irsə sahib çıxmasının, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər şəxsiyyətlər kimi yetişməsinin vacibliyini vurğulayıb.
Açılış nitqindən sonra tədbirin proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun müəllimi Mətanət Abbasova “Azərbaycan Bayrağının yaranma tarixi və üçrəngli bayrağın milli dövlətçilik ənənələrimizdə yeri” mövzusunda məruzə ilə çıxış edərək Dövlət Bayrağının tarixi inkişaf mərhələləri, milli müstəqillik ideyasının formalaşmasındakı rolu və Azərbaycan dövlətçiliyinin ideoloji əsasları barədə fikirlərini bölüşüb.

MDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Ayna Babazadə isə “Azərbaycan poeziyasında bayraq obrazı: milli kimlik və istiqlal ideyası” mövzusunda məruzəsində Azərbaycan ədəbiyyatında üçrəngli bayrağın azadlıq, vətən sevgisi, milli qürur və istiqlal ideallarının bədii ifadəsi kimi əhəmiyyətindən bəhs edib.
Tədbirdə Dövlət Bayrağının Azərbaycan xalqının tarixi yaddaşında, milli mənlik şüurunun formalaşmasında və dövlətçilik dəyərlərinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığı vurğulanıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi və gənclərin dövlətçilik ənənələrinə sədaqət ruhunda yetişdirilməsi istiqamətində maarifləndirici və elmi-mədəni tədbirlərə xüsusi önəm verilir.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
Dün, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
Dün, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
Dün, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
Dün, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
Dün, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
Dün, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir
23-10-2026, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
23-10-2026, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
22-10-2026, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq
20-10-2026, 11:26
Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılışı olub. FOTOLAR
19-10-2026, 09:42
Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı