Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Sizinlə gələcəyə” adlı tədbir keçirilib

5 oktyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Sizinlə gələcəyə” adlı tədbir keçirilib. Professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə müəllim əməyinə hörmət və minnətdarlıq ifadə olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Heydər Əliyevin müəllimlik peşəsi haqqında fikirləri təqdim olunub.
Çıxış edən MDU-nun rektoru Anar Eminov professor-müəllim heyətini peşə bayramı münasibətilə təbrik edib, müəllimlərin tələbələrin bilik və bacarıqlarının, dünyagörüşünün və sosial məsuliyyət hissinin formalaşmasındakı rolunu vurğulayıb. Rektor universitetin dayanıqlı inkişafında peşəkar akademik heyətin əhəmiyyətini qeyd edib, təcrübəli müəllimlərin bilik və təcrübəsinin qorunmasının, gənc akademiklərin inkişafının dəstəklənməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra Humanitar fənlər kafedrasının müdiri dosent Esmira Cəfərova və Pedaqogika və psixologiya kafedrasının gənc müəllimi Səbinə Musayeva çıxış edərək təbriklərini bölüşüblər. Çıxışlarda müəllimlik ənənələrinin yaşadılması və müəllim-tələbə münasibətlərində qarşılıqlı etimadın əhəmiyyəti vurğulanıb.
Tələbələr müəllimlərinə ünvanladıqları təbrikləri doqquz dildə səsləndirərək minnətdarlıqlarını ifadə ediblər. Müxtəlif dillərdə təqdim olunan təbriklər mədəni müxtəlifliyə hörmət və qarşılıqlı anlaşma mesajları ilə yadda qalıb.
Tədbir birinci kurs tələbələrinin hazırladıqları bədii proqramla davam edib. Müəllimlərə həsr olunmuş şeirlər, gitara ifası, nağara və tarın müşayiəti ilə musiqi nömrələri, milli rəqs və xarici dildə mahnı təqdim olunub. Tələbələrin yaradıcı çıxışları tədbirə xoş ovqat bəxş edib, müəllimlərinə olan sevgi və ehtiramlarını əks etdirib.
Bayram münasibətilə Anar Eminov universitetin İqtisadiyyat və idarəetmə, Mühəndislik, Pedaqoji, Riyaziyyat və informasiya texnologiyaları fakültələrinin müəllimləri ilə də görüşüb, onlarla həmsöhbət olub. Görüşlərdə tədris və elmi fəaliyyət, tələbələrin peşəkar hazırlığı və universitetin inkişafına müəllimlərin töhfələri barədə fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində uzunmüddətli pedaqoji fəaliyyəti, tədris və elmi nailiyyətləri ilə seçilən bir qrup müəllim, eləcə də fəaliyyəti ilə fərqlənən gənc əməkdaşlar təltif olunublar.

.

.

.

.

.

.

.

.

.

.

.

Dialoq.az
Dün, 21:51
“İranın iştirakına gəldikdə, tutarlı sübut görməmişəm”
Dün, 21:40
Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Sizinlə gələcəyə” adlı tədbir keçirilib
Dün, 21:22
Mingəçevir Dövlət Universitetində müəllim əməyinə yüksək dəyər: Fəaliyyəti ilə fərqlənən professor-müəllim heyəti təltif olunub
Dün, 20:26
Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı
Dün, 18:10
DƏHŞƏTLİ HADİSƏ: Ər arvadını baxçada bıçaqladı -VİDEO
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü