Mingəçevir Dövlət Universitetində müəllim əməyinə yüksək dəyər: Fəaliyyəti ilə fərqlənən professor-müəllim heyəti təltif olunub

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevir Dövlət Universitetində təhsil və insan kapitalının inkişafında mühüm rol oynayan professor-müəllim heyətinin əməyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov universitetdə uzun illər pedaqoji fəaliyyət göstərən, tədris və elmi fəaliyyəti ilə fərqlənən, eləcə də gənc nəslin peşəkar inkişafına töhfə verən müəllimlərlə görüşüb.
Görüş zamanı müəllim əməyinin yalnız auditoriya çərçivəsində deyil, universitetin ümumi inkişafı, tələbələrin formalaşması, elmi mühitin gücləndirilməsi və müasir təhsil ekosisteminin qurulmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Rektor Anar Eminov çıxışında bildirib ki, universitetin dayanıqlı inkişafının əsas şərtlərindən biri güclü və peşəkar akademik insan kapitalının formalaşdırılmasıdır. Qeyd olunub ki, Mingəçevir Dövlət Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tədris mühitinin yaradılması, rəqəmsal imkanların genişləndirilməsi və beynəlxalq standartlara uyğun universitet modelinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə professor-müəllim heyətinin rolu xüsusi əhəmiyyət daşıyır.
Bildirilib ki, universitetin inkişaf strategiyasında müxtəlif nəsilləri təmsil edən müəllimlərin təcrübəsinin qorunması ilə yanaşı, gənc akademiklərin inkişafının dəstəklənməsi və onların universitetin gələcək inkişafında fəal iştirakının təmin olunması prioritet istiqamətlərdəndir.
Tədbirin davamında universitetdə səmərəli fəaliyyəti ilə seçilən bir qrup müəllim Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib. Təltif olunanlar arasında uzun illərdir Mingəçevir Dövlət Universitetində çalışan təcrübəli müəllimlərlə yanaşı, gənc və peşəkar fəaliyyəti ilə fərqlənən əməkdaşlar da yer alıb.
Təltifetmə mərasimi universitetdə müəllim əməyinə verilən dəyərin, akademik fəaliyyətin təşviqinin və insan kapitalına yönəlmiş institusional yanaşmanın növbəti nümunəsi kimi yadda qalıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin inkişaf konsepsiyasında keyfiyyətli təhsil, güclü insan kapitalı, innovasiya, rəqəmsallaşma və dayanıqlı inkişaf bir-birini tamamlayan əsas istiqamətlər kimi müəyyənləşdirilib.

.

.

.

.

.

.

.

.

Dialoq.az
Bugün, 00:55
Yevlaxda avtomobil piyadanı vurub
21-11-2026, 20:57
49 yaşlı kişi dəm qazından boğulub öldü
21-11-2026, 20:54
Sevinc Maniyeva vəfat etdi
20-11-2026, 21:02
Yevlaxda Vətən müharibəsi şəhidi İldırım Ağayevin məzarı və ailəsi ziyarət olunub. FOTOLAR
20-11-2026, 19:10
50 ali təhsil müəssisəsi arasında ilk beşlikdə — Mingəçevir Dövlət Universitetinin tələbələrindən ümumrespublika bilik yarışında uğurlu nəticə
20-11-2026, 14:48
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ingilis dilində təhsil alan birinci kurs tələbələri ilə görüşüb
20-11-2026, 14:41
Yevlaxda Yük maşını 12 yaşlı yeniyetməni vurub-Video
20-11-2026, 10:51
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax şəhər 6 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirib
20-11-2026, 10:51
Yevlaxda daha iki şəhidin anım tədbiri keçirilib
19-11-2026, 01:12
Yevlaxda iki qardaşın acınacaqlı həyatı:Köməyə ehtiyacları var
18-11-2026, 16:06
İstilik verilən məktəblərin sayı açıqlandı
18-11-2026, 11:49
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
17-11-2026, 12:44
Yevlaxda dəhşətli qəza: 30 və 26 yaşlı iki nəfər dünyasını dəyişdi
16-11-2026, 22:41
Yevlaxda gecə faciəsi: 50-dən çox heyvan tələf oldu-VİDEO
16-11-2026, 17:44
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
16-11-2026, 08:29
Bakıda avtomobil gənc qızı vurub
15-11-2026, 19:06
Yevlaxlı tar ifaçısı Nicat Məmmədov İctimai Televiziyanın efirində-VİDEO
15-11-2026, 17:27
Gənc həkim infarktdan öldü
15-11-2026, 17:21
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
15-11-2026, 17:18
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
14-11-2026, 19:02
BDYPİ sürücülərə müraciət etdi - Foto
12-11-2026, 23:12
Yevlaxın Aran qəsəbəsində xeyirxahlıq nümunəsi: Hərəkət imkanları məhdud şəxsə yeni əlil arabası hədiyyə edildi
12-11-2026, 22:20
Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
12-11-2026, 21:20
Yevlaxda şəhid İldırım Ağayevin anım tədbiri keçirilib
12-11-2026, 14:04
Heydər Əliyev və Azərbaycanın suveren dövlətçilik modelinin formalaşması
12-11-2026, 14:01
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
12-11-2026, 13:58
Qəbiristanlıqdan meyit tapıldı