Bərdədə Beynəlxalq İtkinlər Günü ilə bağlı ilk dəfə rəsmi anım tədbiri keçirilib-VİDEO

30 avqust – Beynəlxalq İtkinlər Günü ilə əlaqədar Bərdə rayonunda itkinlərin əziz xatirəsinə həsr olunmuş ilk rəsmi anım tədbiri keçirilib.
Dialoq.az xəbər verir ki, tədbirin təşkilatçısı şəhid qardaşlar Tahir və Mahir Cəfərovların bacısı, Bərdə şəhər 2 nömrəli kitabxananın müdiri Nərgiz Cəfərova olub.
Qeyd edək ki, 5-ci Bərdə Taborunun komandiri olmuş Tahir Cəfərov 1993-cü ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib və həmin döyüşlər zamanı şəhid olub. Onun nəşi bu günədək tapılmayıb.
Anım tədbirinin əsas məqsədi itkin ailələrinin üzvlərini bir araya gətirmək, itkinlərin adlarını yad etmək və onların xatirəsini yaşatmaq olub.
Tədbir iştirakçıları əvvəlcə Bərdə Şəhidlər Xiyabanını ziyarət ediblər. Burada itkin şəhid Tahir Cəfərovun fotosunun yerləşdirildiyi naməlum məzarın önünə əklil qoyulub və onun xatirəsi yad edilib.
Daha sonra anım tədbiri rəsmi hissə ilə davam edib.
Tədbirdə Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, İcra Hakimiyyəti yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın sədri Səfurə Hümbətova, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova, Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zeynəb Misirli, “Qürur” İctimai Birliyinin həmsədri, hər iki Qarabağ müharibəsinin iştirakçısı, qazi Bəxtiyar Hüseynov, pedaqoq Liza Cabbarova və hər iki müharibənin iştirakçısı, qazi Elbəy Məmmədov çıxış ediblər.
İtkin ailələrinin üzvləri də çıxış edərək yaxınları ilə bağlı xatirələrini bölüşüblər.
Anım tədbiri çərçivəsində vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, həmçinin kitab və rəsm sərgiləri nümayiş etdirilib.
Dialoq.az
Dün, 21:39
Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Sizinlə gələcəyə” adlı tədbir keçirilib
Dün, 13:18
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
9-10-2026, 21:13
MDU-da mühəndislik üzrə magistrantlarla görüş keçirilib: elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
9-10-2026, 20:47
Universitet–məzun əlaqələrinin inkişafına töhfə – Mingəçevir Dövlət Universitetinin məzunları ilə çay süfrəsi ətrafında görüş keçirilib
9-10-2026, 13:44
Yevlaxda ASAN xidmət bu tarixədək sakinlərə xidmət göstərəcək
8-10-2026, 17:00
Mingəçevir Dövlət Universitetinin şəhid məzunu Əzəmi Hüseynovun məzarı ziyarət edilib
6-10-2026, 18:47
Tanınmış cərrah İcbari Tibbi Sığortanı tənqid etdi - "Rüşvət alaq, yoxsa ölkədən gedək?"
5-10-2026, 21:51
“İranın iştirakına gəldikdə, tutarlı sübut görməmişəm”
5-10-2026, 21:40
Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Sizinlə gələcəyə” adlı tədbir keçirilib
5-10-2026, 21:22
Mingəçevir Dövlət Universitetində müəllim əməyinə yüksək dəyər: Fəaliyyəti ilə fərqlənən professor-müəllim heyəti təltif olunub
5-10-2026, 20:26
Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı
5-10-2026, 18:10
DƏHŞƏTLİ HADİSƏ: Ər arvadını baxçada bıçaqladı -VİDEO
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR