Mingəçevir Dövlət Universitetində Turizm və marketinq kafedrası yeni əməkdaşlıq modeli ilə fəaliyyətə başlayır: Turizm təhsili, sənaye və dövlət qurumlarını bir araya gətirəcək Turizm Sənaye Şurası yaradılır

2026-cı ilin 31 avqust tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov yeni yaradılan Turizm və marketinq kafedrasının müəllimləri, işə qəbul müsabiqəsində uğurlu nəticə əldə etmiş namizədlər, Mingəçevir Regional Turizm İdarəsinin rəhbərliyi, eləcə də turizm və marketinq sahəsinin sənaye nümayəndələri ilə görüş keçirib.
Görüşün əsas məqsədi yeni yaradılan kafedranın fəaliyyətinin müasir turizm sənayesinin tələblərinə uyğun formalaşdırılması, əmək bazarının gözləntilərinin tədris prosesinə inteqrasiyası, tələbələrin nəzəri biliklərinin real iş mühiti ilə tamamlanması, dövlət və özəl sektorla davamlı əməkdaşlıq mexanizmlərinin qurulması, eləcə də Mingəçevir və regionun turizm potensialının təhsil, praktika və tətbiqi tədqiqat imkanlarına çevrilməsi istiqamətlərində fikir mübadiləsi aparmaq olub.
Görüşdə çıxış edən rektor Anar Eminov Turizm və marketinq kafedrasının yaradılması münasibətilə universitet kollektivini və tələbələri təbrik edib, kafedranın fəaliyyətində uğurlar arzulayıb. Rektor qeyd edib ki, turizm sənayesinin dinamik inkişafı, xidmət sektorunda yeni yanaşmaların formalaşması və əmək bazarının dəyişən tələbləri bu sahədə mütəxəssis hazırlığına yeni baxışın tətbiqini zəruri edir. Bu baxımdan kafedranın fəaliyyəti müasir tədris yanaşmaları ilə yanaşı, real sektorla sıx əməkdaşlıq, praktiki hazırlıq və tətbiqi tədqiqatlar üzərində qurulmalıdır.
Qeyd olunub ki, Mingəçevir Dövlət Universitetində bakalavriat və magistratura səviyyələrində turizm ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Yeni kafedranın yaradılması ilə bu istiqamətdə tədris, praktiki hazırlıq, elmi-tədqiqat və sənaye əməkdaşlığının daha sistemli şəkildə əlaqələndirilməsi üçün yeni imkanlar yaranır. Kafedranın formalaşdırılması prosesində Türkiyənin Dokuz Eylül Universitetinin turizm təhsili sahəsindəki təcrübəsindən, eləcə də turizm sektorunun müxtəlif istiqamətlərində fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq çərçivəsində əldə edilmiş təklif və müraciətlərdən istifadə olunub. Sənaye nümayəndələrinin universitetə müraciətlərində sektorda praktik bacarıqlara malik, müasir texnologiyalardan və idarəetmə alətlərindən istifadə edə bilən, xarici dilləri bilən və real iş mühitinə hazır mütəxəssislərə ehtiyacın artdığı diqqətə çatdırılıb.
Anar Eminov 2026/2027-ci tədris ilindən etibarən Mingəçevir Dövlət Universitetində turizm sahəsində ilk dəfə ingilis dilində də kadr hazırlığına başlanılacağını vurğulayıb. Bildirib ki, turizm təhsilinin beynəlxalq dil mühitində təşkili tələbələrin qlobal turizm bazarının tələblərinə uyğun kompetensiyalar qazanmasına, beynəlxalq turistlərlə və xarici tərəfdaşlarla peşəkar kommunikasiya qurmasına, beynəlxalq əməkdaşlıq və karyera imkanlarının genişlənməsinə mühüm töhfə verəcək. Rektor bu istiqamətin universitetin turizm təhsilinin beynəlxalqlaşmasına və məzunların rəqabət qabiliyyətinin artırılmasına xidmət etdiyini qeyd edib.
Görüş zamanı 2030-cu ildə turizm mütəxəssisinə qoyulacaq tələblər, məzunların əmək bazarına daxil olduqları zaman birbaşa hansı vəzifələrdə fəaliyyət göstərə bilmələri və tədris proqramlarının gələcəyin peşə bacarıqlarına uyğunlaşdırılması ətrafında geniş müzakirələr aparılıb. Rəqəmsal texnologiyalar, turizm marketinqi, məlumatların təhlili, xarici dillər, müştəri təcrübəsinin idarə olunması, kommunikasiya, innovativ düşüncə, xidmət keyfiyyəti, idarəetmə və dayanıqlı turizm yanaşmalarının gələcəyin turizm mütəxəssisinin əsas kompetensiyaları sırasında yer almasının vacibliyi vurğulanıb.
Sənaye nümayəndələri tərəfindən tədris proqramlarına real sektorun ehtiyaclarını əks etdirən fənn və modulların daxil edilməsi, tələbələrin təhsil müddətində daha böyük hissəsinin real müəssisələrdə praktiki hazırlığa yönəldilməsi, hotel, restoran, turizm şirkətləri və digər xidmət müəssisələri ilə davamlı əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Bununla yanaşı, tələbələrin yalnız təcrübə keçən deyil, real layihələrin hazırlanması və həyata keçirilməsində iştirak edən tərəf kimi formalaşdırılmasının əhəmiyyəti qeyd olunub.
Müzakirələrdə Mingəçevir Dövlət Universitetinin məzunlarının hotelçilik, restoran və xidmət sektoru, turizm şirkətləri, turizm məhsullarının hazırlanması və marketinqi, destinasiya idarəçiliyi, tədbir və xidmətlərin təşkili, eləcə də dövlət qurumlarında turizm istiqaməti üzrə fəaliyyət göstərə bilməsi üçün zəruri praktiki bacarıqların təhsil prosesində formalaşdırılması məsələsinə xüsusi diqqət yetirilib.
Turizm sahəsində tətbiqi tədqiqatların genişləndirilməsi də görüşün əsas müzakirə istiqamətlərindən biri olub. Universitetin elmi potensialının turizm sənayesinin real ehtiyaclarına yönəldilməsi, Mingəçevir və regionun turizm resurslarının sistemli şəkildə araşdırılması, yeni turizm məhsullarının və marşrutlarının hazırlanması, turizm axınlarının öyrənilməsi və əldə olunan elmi nəticələrin praktikada tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.
Bu baxımdan Mingəçevirin və regionun turizm potensialının universitet üçün canlı tədris və tədqiqat mühitinə çevrilməsi ideyası önə çıxıb. Şəhərin təbii, mədəni, tarixi və rekreasiya imkanlarının tələbələrin tədris, praktika və layihə fəaliyyətlərinə inteqrasiyası, yerli turizm ekosisteminin öyrənilməsi və regionun turizm imkanlarının daha geniş şəkildə təşviqi istiqamətində universitetin üzərinə düşən rol müzakirə olunub.
Görüşdə universitet və turizm sənayesi arasında əməkdaşlığın daha sistemli və davamlı xarakter alması məqsədilə “Mingəçevir Dövlət Universiteti Turizm Sənaye Şurası”nın yaradılması təşəbbüsü də irəli sürülüb. Şuranın Mingəçevir Dövlət Universitetinin müəllimləri, hotel rəhbərləri, turizm şirkətləri, restoran və xidmət sektoru nümayəndələri, eləcə də Dövlət Turizm Agentliyinin regional nümayəndəliyinin iştirakı ilə formalaşdırılması təklif edilib.
Yeni platformanın turizm təhsilinin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, tədris proqramlarının sənaye nümayəndələrinin iştirakı ilə mütəmadi təkmilləşdirilməsi, tələbələrin praktiki hazırlığının gücləndirilməsi, təcrübə və məşğulluq imkanlarının artırılması, birgə layihə və tətbiqi tədqiqatların həyata keçirilməsi üçün davamlı əməkdaşlıq mexanizminə çevrilməsi nəzərdə tutulur. Şuranın fəaliyyəti çərçivəsində sənayedə yaranan yeni ehtiyacların universitetə operativ şəkildə ötürülməsi və təhsil prosesinin bu dəyişikliklərə çevik uyğunlaşdırılması da prioritet istiqamətlərdən biri olacaq.
Mingəçevir Regional Turizm İdarəsinin rəhbərliyi və sənaye nümayəndələri universitetlə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək, tələbələrin praktiki hazırlığına, birgə layihələrin həyata keçirilməsinə, təcrübə imkanlarının genişləndirilməsinə və regionun turizm potensialının təşviqinə yönəlmiş təşəbbüslərdə iştirak etməyə hazır olduqlarını qeyd ediblər.
Müəllimlər və işə qəbul müsabiqəsində uğurlu nəticə əldə etmiş namizədlər isə kafedranın tədris və elmi fəaliyyətinin təşkili, müasir təlim metodlarının tətbiqi, sənaye nümayəndələrinin tədris prosesinə cəlb olunması, tələbələrin praktiki layihələrdə iştirakının genişləndirilməsi və turizm sahəsində aktual problemlərə həsr olunmuş tətbiqi tədqiqatların təşviqi ilə bağlı fikirlərini bölüşüblər.
Görüşdə səsləndirilən təkliflərin Turizm və marketinq kafedrasının fəaliyyətinin əsas istiqamətlərinin formalaşdırılmasında nəzərə alınması, universitet–sənaye əməkdaşlığının institusional əsaslarının gücləndirilməsi və tələbələrin müasir turizm sektorunun tələblərinə uyğun hazırlanması istiqamətində işlərin davam etdirilməsi qərara alınıb.
Yeni kafedranın fəaliyyəti ilə Mingəçevir Dövlət Universitetində turizm üzrə təhsil, praktiki hazırlıq, tətbiqi tədqiqat və sənaye əməkdaşlığının vahid ekosistem daxilində inkişaf etdirilməsi, eyni zamanda Mingəçevir və regionun turizm potensialının yeni bilik, layihə və innovativ təşəbbüslərə çevrilməsi üçün daha geniş imkanlar formalaşır.

.

.

.

.

.

.

.

.

.

Dialoq.az
Dün, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir
Dün, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
Dün, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
22-10-2026, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq
20-10-2026, 11:26
Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılışı olub. FOTOLAR
19-10-2026, 09:42
Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
18-10-2026, 13:47
Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı
18-10-2026, 13:38
Yevlaxda avtobus və minik maşınları toqquşdu-ViDEO
16-10-2026, 16:03
Mingəçevir Dövlət Universiteti şəhid məzununun xatirəsini yad edib – Kənan Abdullayevin məzarı ziyarət olunub. - FOTOLAR
16-10-2026, 15:55
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb
15-10-2026, 08:37
Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
14-10-2026, 22:27
Murat Bozun da olduğu studiya suya qərq oldu - Köməksiz qaldılar
14-10-2026, 22:23
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
14-10-2026, 22:18
Prezident Emoməli Rəhmonla görüşdü
14-10-2026, 20:12
Qətər Əmiri Azərbaycandadır - Fotolar
14-10-2026, 20:07
Hakan Fidan Bakıdadır - Yenilənib
14-10-2026, 19:40
Dövlət Baxçalı: Türkiyə və Azərbaycan qardaşlığına xələl gətirilməsinə imkan verilməməlidir-VİDEO
14-10-2026, 19:22
“313 Team” saytlarımıza kiberhücuma görə - Məsuliyyəti üzərinə götürdü
14-10-2026, 15:42
Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü
14-10-2026, 10:05
Natiq Əlisoy: “Uşaqların dini hisslərindən və saf duyğularından siyasi məqsədlər naminə istifadə edilməməlidir”
13-10-2026, 05:46
“Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”
12-10-2026, 13:18
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
9-10-2026, 21:13
MDU-da mühəndislik üzrə magistrantlarla görüş keçirilib: elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
9-10-2026, 21:13
MDU-da mühəndislik üzrə magistrantlarla görüş keçirilib: elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
9-10-2026, 20:47
Universitet–məzun əlaqələrinin inkişafına töhfə – Mingəçevir Dövlət Universitetinin məzunları ilə çay süfrəsi ətrafında görüş keçirilib