5 ölkənin ali təhsil müəssisələrinin yer aldığı Türk Dünyası Universitetləri Dayanıqlı İnkişaf Şəbəkəsi (TDÜSA) qurulur: Mingəçevir Dövlət Universiteti qurucu üzvlər sırasında yer alıb
Sosial
Oxunub: 16
27 Ağu 2026 | 16:44
5 ölkənin ali təhsil müəssisələrinin yer aldığı Türk Dünyası Universitetləri Dayanıqlı İnkişaf Şəbəkəsi (TDÜSA) qurulur: Mingəçevir Dövlət Universiteti qurucu üzvlər sırasında yer alıb

2026-cı il 27 avqust tarixində türk dünyası universitetləri arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsi, təcrübə və bilik mübadiləsinin genişləndirilməsi məqsədilə Türk Dünyası Universitetləri Dayanıqlı İnkişaf Şəbəkəsinin (TDÜSA/TWUSN) təsis olunması ilə bağlı onlayn formatda iclas keçirilib.

Ege Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, eləcə də şəbəkənin digər təsisçi universitetlərinin rektorları və nümayəndələri iştirak ediblər. TDÜSA-nın təsisçi universitetlərindən biri kimi Mingəçevir Dövlət Universitetinin bu təşəbbüsdə iştirakı universitetin beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi fəaliyyətlərin türk dünyası miqyasında genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Təsis toplantısının açılışında Ege Universitetinin rektoru və TDÜSA Şəbəkə Başçısı Prof. Dr. Musa Alcı çıxış edərək iştirakçıları salamlayıb və şəbəkənin yaradılmasının türk dünyası universitetləri arasında ortaq məqsədlər ətrafında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Daha sonra təsisçi universitetlərin rektorları və səlahiyyətli nümayəndələri çıxış edərək rəhbərlik etdikləri ali təhsil müəssisələri haqqında məlumat verib, şəbəkənin yaradılması təşəbbüsünü dəstəklədiklərini ifadə edib və dayanıqlı inkişaf sahəsində birgə fəaliyyət imkanlarına dair fikirlərini bölüşüblər.
Görüşdə Mingəçevir Dövlət Universitetini rektor Anar Eminov çıxış zamanı MDU-nun beynəlxalq əməkdaşlığın inkişafına, dayanıqlı inkişaf prinsiplərinin universitet həyatında tətbiqinə və bu istiqamətdə müxtəlif yerli və beynəlxalq təşəbbüslərdə fəal iştiraka xüsusi önəm verdiyi qeyd olunub. MDU-nun türk dünyası universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin, birgə layihələrin və akademik əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.

Toplantıda TDÜSA-nın yaradılması, şəbəkənin fəaliyyətinin əsas istiqamətləri, strateji məqsədləri, struktur və idarəetmə modeli ilə bağlı məsələlər nəzərdən keçirilib. Həmçinin təsisçi universitetlərin təklif və qiymətləndirmələri dinlənilib, gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Türk dünyası universitetlərini dayanıqlı gələcək hədəfi ətrafında birləşdirmək məqsədi daşıyan TDÜSA-nın yaradılması ali təhsil müəssisələri arasında dayanıqlı inkişaf üzrə təcrübə və qabaqcıl təcrübələrin paylaşılması, birgə elmi-tədqiqat və layihələrin həyata keçirilməsi, akademik əməkdaşlığın gücləndirilməsi və ortaq təşəbbüslərin reallaşdırılması üçün yeni imkanlar formalaşdırır. Şəbəkənin fəaliyyətinin türk dünyası universitetləri arasında əməkdaşlıq və həmrəyliyin daha da möhkəmləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türk Dünyası Universitetləri Dayanıqlı İnkişaf Şəbəkəsinin təsisçi universitetləri sırasında Türkiyədən Ege Universiteti – təsisçi və icraçı universitet, Qazaxıstandan Atyrau Universiteti, Azərbaycandan Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universiteti, Qırğızıstandan Qırğızıstan Respublikası Beynəlxalq Universiteti və Qırğızıstan-Türkiyə Manas Universiteti, Özbəkistandan isə Ürgənc Dövlət Tibb İnstitutu yer alır.

Mingəçevir Dövlət Universitetinin TDÜSA-nın təsisçi üzvü kimi bu beynəlxalq platformada təmsil olunması universitetin türk dünyası ali təhsil müəssisələri ilə əlaqələrinin inkişaf etdirilməsi, dayanıqlı inkişaf üzrə institusional təcrübəsinin bölüşülməsi və gələcəkdə birgə təşəbbüslərdə iştirakının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

.

.

.

.

.

.

.

.

.

.

.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir
Dün, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
Dün, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
22-10-2026, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq
20-10-2026, 11:26
Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılışı olub. FOTOLAR
19-10-2026, 09:42
Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
18-10-2026, 13:47
Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı
18-10-2026, 13:38
Yevlaxda avtobus və minik maşınları toqquşdu-ViDEO
16-10-2026, 16:03
Mingəçevir Dövlət Universiteti şəhid məzununun xatirəsini yad edib – Kənan Abdullayevin məzarı ziyarət olunub. - FOTOLAR
16-10-2026, 15:55
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb
15-10-2026, 08:37
Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
14-10-2026, 22:27
Murat Bozun da olduğu studiya suya qərq oldu - Köməksiz qaldılar
14-10-2026, 22:23
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
14-10-2026, 22:18
Prezident Emoməli Rəhmonla görüşdü
14-10-2026, 20:12
Qətər Əmiri Azərbaycandadır - Fotolar
14-10-2026, 20:07
Hakan Fidan Bakıdadır - Yenilənib
14-10-2026, 19:40
Dövlət Baxçalı: Türkiyə və Azərbaycan qardaşlığına xələl gətirilməsinə imkan verilməməlidir-VİDEO
14-10-2026, 19:22
“313 Team” saytlarımıza kiberhücuma görə - Məsuliyyəti üzərinə götürdü
14-10-2026, 15:42
Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü
14-10-2026, 10:05
Natiq Əlisoy: “Uşaqların dini hisslərindən və saf duyğularından siyasi məqsədlər naminə istifadə edilməməlidir”
13-10-2026, 05:46
“Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”
12-10-2026, 13:18
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
9-10-2026, 21:13
MDU-da mühəndislik üzrə magistrantlarla görüş keçirilib: elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
9-10-2026, 21:13
MDU-da mühəndislik üzrə magistrantlarla görüş keçirilib: elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
9-10-2026, 20:47
Universitet–məzun əlaqələrinin inkişafına töhfə – Mingəçevir Dövlət Universitetinin məzunları ilə çay süfrəsi ətrafında görüş keçirilib