“Karvan” yeni mövsümə hazırlaşır – yeni heyət formalaşdırılıb-VİDEO

“Karvan” yeni mövsümə iddialı hazırlaşır.
Dialoq.az xəbər verir ki,Yevlaxın “Karvan” futbol klubunda yeni mövsümə hazırlıq prosesi davam edir.
Qarşıdakı yarışlara ciddi şəkildə hazırlaşan Yevlax təmsilçisi heyətin komplektləşdirilməsi və komandanın oyun səviyyəsinin yüksəldilməsi istiqamətində çalışmalarını davam etdirir.
Klubda həyata keçirilən əsas yeniliklərdən biri baş məşqçi postuna təcrübəli mütəxəssis Ramiz Məmmədovun təyin olunmasıdır. Azərbaycan futbolunda zəngin məşqçilik təcrübəsinə malik olan Ramiz Məmmədov müxtəlif illərdə bir sıra klublarda çalışıb və yerli futbol ictimaiyyətində tanınmış simalardan biridir.
Baş məşqçinin rəhbərliyi altında yeni mövsüm üçün formalaşdırılan heyət hazırlıq prosesinə cəlb olunub. Məşqlərdə futbolçuların fiziki hazırlığının artırılması, taktiki-texniki göstəricilərinin təkmilləşdirilməsi, oyun intizamının möhkəmləndirilməsi və komanda şəklində mübarizə aparmaq bacarığının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
“Karvan”ın ev oyunlarına ev sahibliyi edən, 5 min tamaşaçı tutumuna malik stadionda da yeni mövsüm öncəsi müəyyən yeniliklər həyata keçirilib. Arenada həm meydan sahibi komanda, həm də qonaq kollektivlər üçün zəruri şərait yaradılıb. Komandaların istifadəsi üçün soyunub-geyinmə otaqları və digər müvafiq infrastruktur imkanları mövcuddur.
Klubun bazasında futbolçuların rahatlığı və hazırlıq prosesinin daha səmərəli təşkili məqsədilə yeni avadanlıqlar quraşdırılıb, məşq və bərpa prosesləri üçün imkanlar yaxşılaşdırılıb.
Qeyd edək ki, “Karvan” Futbol Klubu 2004-cü ildə təsis olunub və fəaliyyət göstərdiyi müddətdə Yevlaxın futbol ənənələrinin formalaşmasına mühüm töhfələr verib. Klubun əsas hədəfləri ölkə futbolunun inkişafına töhfə vermək, perspektivli gənc futbolçuları üzə çıxarmaq və Yevlaxı futbol sahəsində layiqincə təmsil etməkdir.
Yeni mövsüm ərəfəsində hazırlıqlarını davam etdirən “Karvan”ın qarşısına uğurlu nəticələr əldə etmək və azarkeşlərini sevindirmək məqsədi qoyulub. Klub rəhbərliyi mövsümə hazırlıq prosesinin planlı şəkildə davam etdirildiyini və komandanın qarşıdakı yarışlara maksimum hazırlıqla çıxması üçün bütün zəruri addımların atıldığını bildirib.
Dialoq.az
Bugün, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir
23-10-2026, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
23-10-2026, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
22-10-2026, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq
20-10-2026, 11:26
Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılışı olub. FOTOLAR
19-10-2026, 09:42
Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
18-10-2026, 13:47
Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı
18-10-2026, 13:38
Yevlaxda avtobus və minik maşınları toqquşdu-ViDEO
17-10-2026, 18:42
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
16-10-2026, 16:03
Mingəçevir Dövlət Universiteti şəhid məzununun xatirəsini yad edib – Kənan Abdullayevin məzarı ziyarət olunub. - FOTOLAR
16-10-2026, 15:55
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb
15-10-2026, 08:37
Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
14-10-2026, 22:27
Murat Bozun da olduğu studiya suya qərq oldu - Köməksiz qaldılar
14-10-2026, 22:23
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
14-10-2026, 22:18
Prezident Emoməli Rəhmonla görüşdü
14-10-2026, 20:12
Qətər Əmiri Azərbaycandadır - Fotolar
14-10-2026, 20:07
Hakan Fidan Bakıdadır - Yenilənib
14-10-2026, 19:40
Dövlət Baxçalı: Türkiyə və Azərbaycan qardaşlığına xələl gətirilməsinə imkan verilməməlidir-VİDEO
14-10-2026, 19:22
“313 Team” saytlarımıza kiberhücuma görə - Məsuliyyəti üzərinə götürdü
14-10-2026, 15:42
Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü
14-10-2026, 10:05
Natiq Əlisoy: “Uşaqların dini hisslərindən və saf duyğularından siyasi məqsədlər naminə istifadə edilməməlidir”
13-10-2026, 05:46
“Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”