Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
Sosial
Oxunub: 70
20 Eyl 2026 | 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
Ağdamda Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş”Düşmənə qarşı tək” qısametrajlı filminin təqdimatı keçirilib.

19 sentyabr 2026-cı il tarixində Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış “Düşmənə qarşı tək” qısametrajlı filminin təqdimatı keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, “SOY” Production şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva, filmin əsas yaradıcı heyəti, Milli Qəhrəmanın ailə üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli lider Heydər Əliyevin, Milli Qəhrəman Natiq Qasımovun və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra film tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin və milli qəhrəmanların xatirəsinin daim uca tutulduğunu, onların həyat və qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət göstərildiyini bildirib. O, Natiq Qasımovun həyat və döyüş yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayaraq, ekran əsərinin ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə təşəkkürünü bildirib.

Çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev filmin hazırlanmasında süni intellekt texnologiyalarından istifadə olunmasını xüsusi əhəmiyyətli hadisə kimi qiymətləndirib. O, müasir texnologiyaların tarixi hadisələrin və qəhrəmanlarımızın həyat hekayələrinin yeni təqdimat imkanları yaratdığını qeyd edib.

Çıxış edən “SOY” Production şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva bildirib ki, “Düşmənə qarşı tək” filminin Ağdamda təqdim olunması onlar üçün xüsusi məna daşıyır. O qeyd edib ki, süni intellekt texnologiyaları ilə hazırlanan film şirkətin üçüncü belə layihəsidir. Filmin əsas məqsədinin Milli Qəhrəman Natiq Qasımovun həyatını, qəhrəmanlığını və Vətənə bağlılığını tamaşaçılara çatdırmaq olduğunu vurğulayan Dilarə Əliyeva layihənin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə Bakı Media Mərkəzinə, xüsusilə onun rəhbəri Arzu Əliyevaya və təqdimatın təşkilatçılığına görə Ağdam Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

Natiq Qasımov haqqında kitabın redaktoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, teleaparıcı İnqilab Şirinli isə filmin mühüm ideoloji əhəmiyyətindən bəhs edib və formalaşmaqda olan gənc nəslin bu qəbildən olan filimlərə daha həssas yanaşmasının vacibliyini vurğulayıb.

Sonda Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

.

.

.

.

.

.

.

.

.

.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir
23-10-2026, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
23-10-2026, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
22-10-2026, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq