Yevlaxda Milli Mətbuat Günü:Sakinlər danışdı-VİDEO

22 İyul 2026-cı il Azərbaycan milli mətbuatının yaranmasının növbəti ildönümünü qeyd edirik. 22 İyul təkcə jurnalistlərin peşə bayramı deyil, həm də sözün, həqiqətin, ictimai məsuliyyətin və dövlətçilik düşüncəsinin təntənəsidir.
Biz – Dialoq TV və Dialoq.az olaraq fəaliyyət göstərdiyimiz ilk gündən qarşımıza bir məqsəd qoymuşuq: dövlətimizə, cəmiyyətimizə və insanlara vicdanla xidmət etmək.
Yevlax şəhərində fəaliyyət göstərdiyimiz müddət ərzində çalışmışıq ki, həyatın bütün sahələrinə mümkün qədər toxunaq. Şəhərin sosial-iqtisadi inkişafı, həyata keçirilən quruculuq işləri, vətəndaşları narahat edən problemlər, vacib xəbərlər, maarifləndirici məlumatlar, səhiyyə, təhsil, mədəniyyət, idman, yol, su, işıq, qaz təsərrüfatı, şəhərin təmizliyi və ictimaiyyəti maraqlandıran digər mövzuları daim diqqətdə saxlamışıq. Bizim üçün vacib olan yalnız xəbəri çatdırmaq deyil, cəmiyyətlə dövlət arasında sağlam informasiya körpüsü yaratmaqdır.
Bu yolda, əlbəttə ki, çətinliklər də yaşamışıq. Bəzən media olaraq irəli sürdüyümüz haqlı tənqidlər ayrı-ayrı şəxslər tərəfindən narazılıqla qarşılanıb. Bəzən haqqı yazmaq, problemi göstərmək kimlərinsə maraqlarına toxunub. Lakin bütün bunlara baxmayaraq, biz seçdiyimiz haqq, media və dövlətçilik yolundan geri dönməmişik.
Bəlkə də kənardan hər zaman hər şey aydın görünmür, amma regionlarda fəaliyyət göstərən sağlam media subyektlərinin üzərinə çox böyük məsuliyyət düşür. Əgər rayonlarda, şəhərlərdə, qəsəbələrdə və kəndlərdə müstəqil, vicdanlı və peşəkar media olmasa, insanların gündəlik problemlərinin böyük hissəsi olduğu kimi qalar, o problemlər illərlə heç kimin diqqətini çəkməz və nəticədə daha böyük sosial narazılıqlara səbəb olar.
Məhz buna görə də regional media ölkənin ən uzaq görən və eşidən "gözləri və qulaqları" hesab edilməlidir. Regionlarda baş verən müsbət dəyişikliklər də, mövcud çatışmazlıqlar da vaxtında ictimaiyyətə çatdırılmalıdır ki, dövlət qurumları çevik qərarlar qəbul edə bilsin.
Hesab edirik ki, regionlarda fəaliyyət göstərən media subyektlərinin, o cümlədən regional yayımçıların fəaliyyətinə daha çox diqqət ayrılmalı, onların maddi-texniki imkanları gücləndirilməli, peşəkar inkişafı dəstəklənməli və fəaliyyəti stimullaşdırılmalıdır. Güclü regional media bütövlükdə güclü Azərbaycan mediası deməkdir.
Biz istəyirik ki, ölkədə media sistemi elə formalaşsın ki, Azərbaycanın ən ucqar kəndində baş verən hadisə də, ən böyük şəhərində baş verən inkişaf da operativ şəkildə görünə bilsin. Ölkənin hər bir nöqtəsində mövcud vəziyyət – həm uğurlar, həm də problemlər vaxtında aşkarlansın, obyektiv qiymətləndirilsin və operativ həllini tapsın.
Eyni zamanda arzu edirik ki, cəmiyyətdə sağlam tənqid mədəniyyəti daha da inkişaf etsin. Haqlı tənqid düşmənçilik kimi qəbul edilməsin. Heç bir vəzifəli şəxs öz qanunsuz və ya nöqsanlı fəaliyyətini gizlətmək üçün media ilə "soyuq müharibə" aparmağa çalışmasın. Əksinə, media ilə əməkdaşlıq edərək problemlərin həllinə töhfə versin.
Bizim idealımız sivil media mühitidir. Elə bir mühit ki, burada vətəndaşın səsi eşidilsin, medianın fəaliyyəti hörmətlə qarşılansın, dövlət qurumları şəffaf işləsin və hər üç tərəf – vətəndaş, media və dövlət – eyni məqsəd uğrunda birləşsin. Çünki məqsəd birdir: daha güclü Azərbaycan, daha sağlam cəmiyyət və daha firavan gələcək.
Əziz həmvətənlər!
22 İyul – Milli Mətbuatın Yaranması Günü münasibətilə hər birinizi birliyə, dürüstlüyə, qarşılıqlı hörmətə, sağlam düşüncəyə və məsuliyyətli informasiya mühitinin formalaşmasına dəvət edirik.
Gəlin birlikdə elə bir media mühiti quraq ki, burada həqiqət qorxmasın, söz susdurulmasın, tənqid düşmənçilik sayılmasın, dövlətçilik isə hər zaman ən ali dəyər kimi yaşasın.
Çünki güclü media – güclü cəmiyyət, güclü cəmiyyət isə güclü dövlət deməkdir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, hər kəsə peşə fəaliyyətində uğurlar, cəmiyyətimizə isə birlik, inkişaf və firavan gələcək arzulayırıq.
Dialoq.az
Dün, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir
23-10-2026, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
23-10-2026, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
22-10-2026, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq