MDU və “FLEX” MMC arasında memorandum imzalandı

Mingəçevir Dövlət Universiteti Publik Hüquqi şəxslə “FLEX” Məhdud Məsuliyyətli Cəmiyyət arasında əməkdaşlıq memorandumu imzalanıb.
1. Memorandumun məqsədi
Anlaşma memorandumunun əsas məqsədi Mingəçevir Dövlət Universitetində təhsil alan tələbələrin, akademik və inzibati heyətin informasiya texnologiyaları, şəbəkə inzibatçılığı, kibertəhlükəsizlik, rəqəmsal infrastrukturun idarə edilməsi, təhlükəsizlik sistemləri və telekommunikasiya sahələrində bilik və praktik bacarıqlarının artırılması, universitetin tədris və təcrübə prosesinin əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması və “FLEX” MMC-nin peşəkar təcrübəsinin təhsil, tədqiqat və innovasiya mühitinə inteqrasiyasıdır.
Memorandum tərəflər arasında informasiya texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq haqqında sənəddir və aşağıdakı hədəflərə xidmət edir:
1.1. Kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, telekommunikasiya, mühəndislik, biznes və digər əlaqəli istiqamətlər üzrə təhsil alan tələbələrin praktik bilik və bacarıqlarının artırılması;
1.2. İT infrastruktur, şəbəkə avadanlıqları, server və bulud həlləri, VoIP, məlumatların saxlanılması və rəqəmsal xidmətlərin idarə olunması sahələrində təcrübə yönümlü tədris imkanlarının genişləndirilməsi;
1.3. Kibertəhlükəsizlik, firewall, EDR, NAC, PAM, penetrasiya testləri, risklərin qiymətləndirilməsi və insidentlərə cavab yanaşmaları üzrə maarifləndirici və praktik proqramların hazırlanması;
1.4. Videomüşahidə, access control, turniket, baryer və digər təhlükəsizlik sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki istismarı ilə bağlı praktiki biliklərin artırılması;
1.5. Universitet məzunlarının əmək bazarına uyğun, rəqabətqabiliyyətli və praktik bacarıqlara malik kadr kimi yetişdirilməsinə töhfə verilməsi;
1.6. Birgə seminar, ustad dərsi, təlim, vebinar, simulyasiya, laboratoriya məşğələsi və karyera yönümlü tədbirlərin təşkili;
1.7. İT, kibertəhlükəsizlik və rəqəmsal infrastruktur sahəsində tədqiqat, innovasiya, startap və tətbiqi layihə təşəbbüslərinin dəstəklənməsi;
1.8. Tərəflər arasında uzunmüddətli strateji tərəfdaşlığın formalaşdırılması.
Memorandum üçüncü tərəflərə münasibətdə öhdəliklər yaratmır və tərəflərin hər birinin iştirakçısı olduğu digər sənədlərdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
2. Birgə əməkdaşlıq sahələri
Mingəçevir Dövlət Universiteti Publik Hüquqi Şəxsi ilə “FLEX” MMC aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq etməyi razılaşdırırlar:
2.1. Təhsil, təcrübə və peşəkar inkişaf sahəsində əməkdaşlıq:
• Universitet tələbələri üçün İT infrastruktur, şəbəkə inzibatçılığı, server, cloud, hostinq, VoIP, kibertəhlükəsizlik və təhlükəsizlik sistemləri üzrə təlim proqramlarının hazırlanması;
• “FLEX” MMC mütəxəssislərinin Mingəçevir Dövlət Universitetində ustad dərslərinə, seminar və praktiki məşğələlərə cəlb edilməsi;
• Tələbələr üçün real iş mühitinə uyğun praktik tapşırıqlar, case-study, simulyasiya və layihə əsaslı öyrənmə formatlarının tətbiqi;
• Tələbələrin şirkətin mövcud imkanları və daxili qaydaları çərçivəsində təcrübə, mentorluq və karyera məsləhəti proqramlarına cəlb edilməsi imkanlarının araşdırılması;
• Akademik və inzibati heyət üçün rəqəmsal təhlükəsizlik, İT xidmətlərinin idarə edilməsi və kibergigiyena üzrə maarifləndirici təlimlərin təşkili.
2.2. İT infrastruktur və telekommunikasiya sahəsində əməkdaşlıq:
• Şəbəkə, server, data saxlama, bulud, hostinq və VoIP həlləri üzrə təcrübə mübadiləsinin aparılması;
• Universitetin əlaqəli tədris proqramlarında İT infrastrukturun layihələndirilməsi, idarə olunması və texniki istismarı üzrə praktik komponentlərin gücləndirilməsinə dəstək göstərilməsi;
• İT xidmətlərinin planlaşdırılması, texniki dəstək, texniki sənədləşmə və sistem inzibatçılığı üzrə tələbələrə praktik biliklərin ötürülməsi;
• Birgə laboratoriya məşğələləri, demo təqdimatlar və texnologiya günlərinin təşkil edilməsi imkanlarının dəyərləndirilməsi.
2.3. Kibertəhlükəsizlik və rəqəmsal müdafiə sahəsində əməkdaşlıq:
• Firewall, EDR, NAC, PAM, penetrasiya testləri, şəbəkə təhlükəsizliyi və girişlərin idarə olunması üzrə praktik maarifləndirmə və təlimlərin keçirilməsi;
• Kiber risklərin ilkin qiymətləndirilməsi, təhlükəsizlik auditinə hazırlıq, zəifliklərin aşkarlanması və insidentlərə cavab mövzularında seminarların təşkili;
• Tələbələrin kibertəhlükəsizlik üzrə praktiki bacarıqlarını artırmaq üçün simulyasiya, laborator tapşırıq, mini-hackathon və case-study formatlarının tətbiqi;
• Kiber savadlılıq, şəxsi məlumatların qorunması, təhlükəsiz internet istifadəsi və sosial mühəndislik hücumlarından müdafiə üzrə maarifləndirici materialların hazırlanması.
2.4. Təhlükəsizlik sistemləri və ağıllı infrastruktur sahəsində əməkdaşlıq:
• Videomüşahidə, girişə nəzarət, turniket, baryer, RFID, biometrik identifikasiya və digər təhlükəsizlik sistemləri üzrə praktiki təlim və təqdimatların təşkili;
• Ağıllı kampus, təhlükəsiz kampus, rəqəmsal nəzarət və obyekt təhlükəsizliyi konsepsiyaları üzrə birgə ideya və layihə təkliflərinin hazırlanması;
• Tələbələrin təhlükəsizlik sistemlərinin layihələndirilməsi, quraşdırılması, istismarı və texniki xidmət prosesləri ilə tanışlığının təmin edilməsi;
• Mühəndislik və İT yönümlü tələbə layihələrində təhlükəsizlik sistemlərinin inteqrasiyası üzrə məsləhət və ekspert dəstəyinin göstərilməsi.
2.5. Elmi-tədqiqat, innovasiya və sosial təşəbbüslər sahəsində əməkdaşlıq:
• Rəqəmsal transformasiya, İT infrastruktur, kibertəhlükəsizlik, ağıllı kampus və təhlükəsizlik sistemləri üzrə birgə tədqiqat və tətbiqi layihələrin hazırlanması;
• Buraxılış işləri, magistr dissertasiyaları və tələbə layihələri üçün praktik yönümlü mövzuların təklif edilməsi;
• Birgə elmi-praktik konfrans, forum, dəyirmi masa, karyera günü, texnologiya sərgisi və hackathonların təşkili;
• Regionda rəqəmsal savadlılığın, kiberdayanıqlılığın və təhlükəsizlik mədəniyyətinin artırılmasına yönəlmiş sosial və ictimai təşəbbüslərdə birgə iştirak;
• Elmi, metodiki və maarifləndirici nəşrlərin, tədris materiallarının və analitik məlumatların mübadiləsi.
3. Tərəflərin öhdəlikləri
3.1. “FLEX” MMC öz üzərinə aşağıdakı öhdəlikləri götürür:
3.1.1. İnformasiya texnologiyaları, telekommunikasiya, təhlükəsizlik sistemləri və kibertəhlükəsizlik sahəsində mövcud peşəkar təcrübəsini Mingəçevir Dövlət Universiteti ilə paylaşmaq;
3.1.2. Universitet tələbələri, müəllimləri və əməkdaşları üçün razılaşdırılmış mövzular üzrə təlim, ustad dərsi, seminar, vebinar və praktik məşğələlərin keçirilməsinə dəstək göstərmək;
3.1.3. İT infrastruktur, şəbəkə həlləri, server, cloud, hostinq, VoIP, firewall, EDR, NAC, PAM və penetrasiya testləri üzrə praktik təcrübə nümunələrinin tədris prosesinə uyğunlaşdırılmasına kömək etmək;
3.1.4. Videomüşahidə, girişə nəzarət, turniket, baryer və digər təhlükəsizlik sistemləri üzrə demo, konsultasiya və praktiki maarifləndirmə imkanlarını tərəflərin razılığı əsasında təmin etmək;
3.1.5. Tələbələr üçün təcrübə, mentorluq, layihə əsaslı əməkdaşlıq və gələcək məşğulluq imkanlarını şirkətin daxili qaydaları və mövcud imkanları çərçivəsində dəyərləndirmək;
3.1.6. Birgə layihə, tədqiqat, innovasiya və sosial təşəbbüslərdə ekspert qismində iştirak etmək;
3.1.7. Tərəflər arasında razılaşdırılmış məlumatların konfidensiallığını qorumaq və kommersiya sirri hesab edilən məlumatların üçüncü şəxslərə ötürülməsinə yol verməmək.
3.2. Mingəçevir Dövlət Universiteti Publik Hüquqi Şəxsi öz üzərinə aşağıdakı öhdəlikləri götürür:
3.2.1. İT, kibertəhlükəsizlik, rəqəmsal savadlılıq və təhlükəsizlik sistemləri üzrə təlim və maarifləndirmə fəaliyyətlərinin təşkilinə zəruri təşkilati dəstək göstərmək;
3.2.2. Tələbə, müəllim və əməkdaşların birgə tədbirlərdə iştirakını təmin etmək və müvafiq məlumatlandırma işlərini aparmaq;
3.2.3. Tədris proqramlarının əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması məqsədilə “FLEX” MMC-nin mütəxəssis rəylərinin nəzərə alınması imkanlarını dəyərləndirmək;
3.2.4. Birgə seminar, konfrans, dəyirmi masa, hackathon, texnologiya günü və karyera tədbirlərinin keçirilməsi üçün auditoriya, texniki və kommunikasiya imkanlarından istifadəni təmin etmək;
3.2.5. Tələbə layihələri, buraxılış işləri və magistr dissertasiyaları üzrə şirkətlə razılaşdırılmış praktik mövzuların akademik mühitə uyğunlaşdırılmasına dəstək vermək;
3.2.6. Birgə layihə və tədqiqat təşəbbüslərində akademik və metodiki dəstək göstərmək;
3.2.7. Tərəflər arasında razılaşdırılmış məlumatların konfidensiallığını qorumaq və üçüncü şəxslərə ötürülməsinə yol verməmək.
4. Memorandumun icrası və koordinasiyası
4.1. Tərəflər əməkdaşlığın səmərəli icrası üçün qarşılıqlı razılaşma əsasında məsul şəxslər müəyyən edirlər.
4.2. Tərəflər ehtiyac olduqda birgə Koordinasiya qrupu yarada, illik fəaliyyət planı hazırlaya və həyata keçirilən tədbirlərin nəticələrini müzakirə edə bilərlər.
4.3. Birgə fəaliyyətlər tərəflərin qarşılıqlı razılığı əsasında təsdiq olunan tədbirlər planı, yazılı müraciətlər, protokollar və ya digər razılaşdırılmış sənədlər əsasında həyata keçirilir.
4.4. Əməkdaşlıq çərçivəsində qarşıya çıxan təşkilati, texniki və hüquqi məsələlər tərəflərin səlahiyyətli nümayəndələri arasında məsləhətləşmələr yolu ilə həll edilir.
4.5. Tərəflər birgə fəaliyyətlər barədə ictimaiyyətə açıqlama verərkən qarşı tərəfin adından, loqosundan və məlumatlarından yalnız əvvəlcədən razılaşdırılmış qaydada istifadə edirlər.
5. Memorandumun müddəti, xitamı və düzəlişi
5.1. Bu memorandum imzalandığı gündən qüvvəyə minir.
5.2. Memorandum 5 (beş) il müddətinə bağlanır və tərəflərdən biri memorandumun bitməsinə ən azı 1 (bir) ay qalmış onu ləğv etmək niyyəti barədə digər tərəfə yazılı xəbərdarlıq verməzsə, onun qüvvəsi növbəti 5 (beş) il müddətinə uzadılmış hesab olunur.
5.3. Memoranduma tərəflərin qarşılıqlı razılığı əsasında yazılı formada əlavələr və dəyişikliklər edilə bilər. Dəyişiklik və əlavələr ayrıca protokollar formasında rəsmiləşdirilir və memorandumun ayrılmaz tərkib hissəsini təşkil edir.
5.4. Bu memoranduma tərəflərin qarşılıqlı razılığı ilə və ya tərəflərdən birinin digər tərəfə əvvəlcədən yazılı bildiriş göndərməsi əsasında xitam verilə bilər.
5.5. Memorandumun müddəti başa çatdıqda və ya ona xitam verildikdə, həmin tarixədək başlanılmış və davam edən birgə layihə və proqramlar tərəflərin ayrıca razılığı ilə tamamlanana qədər davam etdirilə bilər.
5.6. Memorandum Azərbaycan dilində iki əsl nüsxədə tərtib olunur və hər iki nüsxə eyni hüquqi qüvvəyə malikdir.
6. Yekun müddəalar
6.1. Bu memorandum tərəflər arasında yuxarıda göstərilən məqsədlərə çatılması üçün əsas əməkdaşlıq və koordinasiya sənədi rolunu oynayır.
6.2. Bu memorandum tərəflər üçün birbaşa maliyyə öhdəliyi yaratmır. Hər hansı maliyyə öhdəliyi, resurs ayrılması və ya xidmət göstərilməsi zərurəti yarandıqda, bu məsələlər ayrıca müqavilə və ya razılaşma ilə tənzimlənir.
6.3. Bu memorandumun müddəaları tərəflərin mövcud və ya gələcəkdə imzalayacaqları ikitərəfli və çoxtərəfli müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
6.4. Tərəflər əməkdaşlıq çərçivəsində əldə etdikləri məlumatların konfidensiallığını qorumağı, şəxsi məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etməyi öhdələrinə götürürlər.
6.5. Tərəflər bu memorandumun icrası zamanı yaranan mübahisəli məsələləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyi çərçivəsində qarşılıqlı məsləhətləşmələr və danışıqlar yolu ilə həll etməyə çalışırlar.

.

.

.

Dialoq.az
Bugün, 21:19
“Bu, Azərbaycanın quru sərhədlərinin bağlı olması ilə əlaqədardır”
Bugün, 21:10
“Şamaxinka”da maşın yandı - Tıxac yarandı
Bugün, 17:26
İyul pensiyaları bu tarixdə veriləcək!
Bugün, 15:30
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib-Video
Bugün, 15:21
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın 2025/2026-cı tədris ili üzrə sonuncu iclası keçirilib
Bugün, 14:07
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın 2025/2026-cı tədris ili üzrə sonuncu iclası keçirilib
Bugün, 09:10
Azərbaycan dəmir yollarında artım: İyunda 1,6 milyon tondan çox yük daşınıb
Bugün, 00:03
MDU və “FLEX” MMC arasında memorandum imzalandı
Dün, 23:44
Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
Dün, 23:11
Regionlarda kibertəhlükəsizlik biliklərinin inkişafına doğru mühüm addım: V “Cyber Summer School 2026” Mingəçevirdə başladı
Dün, 21:01
Dənizdə 4 nəfər batdı - İkisi xilas olundu
Dün, 13:23
Bakıda avtovağzalın yaxınlığında avtobus yandı
Dün, 12:46
Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı
Dün, 11:47
Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib
Dün, 11:41
41 yaşlı kişini maşın vurub öldürdü
Dün, 11:09
Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş - Foto
Dün, 10:57
Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü
5-07-2026, 19:39
Yevlaxda yol qəzası: “Hyundai” və “Chevrolet” toqquşdu-FOTO
5-07-2026, 15:08
Diqqət telefona yönəldi, iki nəfər öldü
5-07-2026, 13:29
Tünzalə Əliyevanın qardaşı vəfat etdi
5-07-2026, 13:18
Sabah Bakıda 34 dərəcə isti olacaq
5-07-2026, 01:23
Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO
5-07-2026, 01:00
İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
5-07-2026, 00:49
Meyiti yaşadığı evin həyətindən tapıldı
5-07-2026, 00:40
Yevlaxda üç avtomobilin toqquşması ilə nəticələnən qəza: Xəsarət alanlar var
4-07-2026, 21:47
Bakıda avtobus evə çırpıldı - 5 sərnişin xəsarət aldı
4-07-2026, 12:03
16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış