Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb
Sosial
Oxunub: 565
24 Haz 2026 | 17:49
Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq reytinqlərdə iştirak və qlobal ali təhsil məkanına inteqrasiya istiqamətində növbəti mühüm nailiyyət əldə edib. Böyük Britaniyanın nüfuzlu reytinq təşkilatı olan “Times Higher Education” tərəfindən açıqlanan “THE Impact Rankings 2026” nəticələrinə əsasən, MDU dünya universitetləri arasında 1001–1500 qrupunda qərarlaşıb.

Bu nəticə universitetin dayanıqlı inkişaf, sosial məsuliyyət, ekoloji maarifləndirmə, yaşıl kampus, innovasiya, tədqiqat və beynəlxalq əməkdaşlıq istiqamətlərində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir.
Qeyd edək ki, MDU 2025-ci ildə “THE Impact Rankings” nəticələrində 1501+ qrupunda yer almışdı. 2026-cı ildə isə universitet mövqeyini yaxşılaşdıraraq 1001–1500 qrupuna yüksəlib. Bununla yanaşı, MDU-nun ümumi nəticə göstəricisi də artaraq 2025-ci ildəki 49.7 baldan 2026-cı ildə 53.6 bala yüksəlib.

2026-cı ilin nəticələrinə əsasən, Mingəçevir Dövlət Universiteti BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən 9-u üzrə Azərbaycan universitetləri arasında ilk 10-luqda yer alıb. Universitetin ən yüksək ölkə göstəriciləri SDG 14 – Sudakı həyat, SDG 12 – Məsuliyyətli istehlak və istehsal, SDG 15 – Qurudakı həyat, SDG 6 – Təmiz su və sanitariya və SDG 9 – Sənaye, innovasiya və infrastruktur istiqamətləri üzrə qeydə alınıb.
MDU SDG 14 – Sudakı həyat üzrə Azərbaycan universitetləri arasında 5-ci, SDG 12 – Məsuliyyətli istehlak və istehsal üzrə 6-cı, SDG 15 – Qurudakı həyat üzrə 6-cı, SDG 6 – Təmiz su və sanitariya üzrə 7-ci, SDG 9 – Sənaye, innovasiya və infrastruktur üzrə isə 7-ci yerdə qərarlaşıb.

Universitet dünya reytinqində də bir sıra istiqamətlər üzrə diqqətçəkən nəticələr əldə edib. Belə ki, MDU SDG 12 – Məsuliyyətli istehlak və istehsal və SDG 15 – Qurudakı həyat istiqamətləri üzrə dünya universitetləri arasında 301–400, SDG 6 – Təmiz su və sanitariya üzrə 401–600, SDG 9 – Sənaye, innovasiya və infrastruktur üzrə isə 601–800 aralığında yer alıb.

Bununla yanaşı, Mingəçevir Dövlət Universiteti SDG 1 – Yoxsulluğa son, SDG 2 – Aclığa son, SDG 3 – Sağlamlıq və rifah, SDG 5 – Gender bərabərliyi, SDG 7 – Əlçatan və təmiz enerji, SDG 10 – Bərabərsizliyin azaldılması, SDG 16 – Sülh, ədalət və güclü təsisatlar və SDG 17 – Məqsədlər naminə tərəfdaşlıq istiqamətlərində də ölkənin aparıcı ali təhsil müəssisələri sırasında təmsil olunub.

Əldə olunan nəticələr MDU-da son illərdə həyata keçirilən sistemli islahatların, təhsil və tədqiqat fəaliyyətinin dayanıqlı inkişaf gündəliyi ilə uzlaşdırılmasının, yaşıl kampus təşəbbüslərinin genişləndirilməsinin, tələbə və əməkdaşların sosial məsuliyyət və ekoloji düşüncə istiqamətində fəallığının artırılmasının, eləcə də yerli və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinin məntiqi nəticəsi kimi qiymətləndirilir.

MDU-nun “THE Impact Rankings” 2026-da əldə etdiyi irəliləyiş universitetin regional ali təhsil müəssisəsi kimi yalnız yerli deyil, həm də beynəlxalq səviyyədə tanınan dayanıqlı inkişaf platformasına çevrilməsi istiqamətində mühüm addımdır. Bu uğur universitetin 2026–2030-cu illər üzrə inkişaf hədəfləri, tədqiqat yönümlü universitet modelinə keçid, rəqəmsal transformasiya, yaşıl kampus və beynəlmiləlləşmə prioritetləri ilə tam uzlaşır.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti bundan sonra da dayanıqlı inkişaf məqsədlərinə uyğun təhsil, tədqiqat, innovasiya və sosial məsuliyyət fəaliyyətlərini genişləndirməyi, beynəlxalq reytinqlərdə mövqeyini daha da gücləndirməyi və ölkəmizin ali təhsil sisteminin qlobal nüfuzunun artırılmasına töhfə verməyi hədəfləyir.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir
23-10-2026, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
23-10-2026, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
22-10-2026, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq