Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə - Aydınlıq gətirdi
Sosial
Oxunub: 333
23 Haz 2026 | 00:32
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə - Aydınlıq gətirdi
“Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq”.

“Dialoq.az ”xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Trend-ə, APA-ya və “Xəzər Tv”yə birgə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, bu gün tələbə kontingentinin təxminən üçdəikisi Bakı və onun ətrafında, üçdəbiri isə Bakının kənarında yerləşən ali məktəblərdə təhsil alır. O qeyd edib ki, son illərdə tələbələrin sayı artmaqdadır:

“Çünki ali təhsil daha əlçatan olub, qəbul planlarımız artır. Biz daha çox insanın ali təhsilli olmasının tərəfdarıyıq. Eyni zamanda, regionlarımızda universitetlərimizin sayı və imkanları da genişlənir. Məsələn, Mingəçevir Dövlət Universitetinin yeni kampusu tikilir, Qarabağ Universiteti fəaliyyətə başlayıb, Naxçıvan Dövlət Universitetində və Lənkəran Dövlət Universitetində imkanlar genişləndirilir, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı fəaliyyət göstərir və digər təşəbbüslər həyata keçirilir.

İkinci məqam ondan ibarətdir ki, bu prosesə yalnız köçürmə üsulu ilə yanaşmaq düzgün olmaz. Elə köklü universitetlərimiz var ki, onların yüzillik tarixi mövcuddur. Həmin universitetləri köçürməkdən daha çox, tələbə kontingentinin sayını azaldıb, keyfiyyəti artırmaq istiqamətində işləməliyik. Bu istiqamətdə fəaliyyətimiz artıq iki ildir davam edir”.

Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda bir tələbənin təhsilhaqqı digər ölkələrlə müqayisədə çox aşağıdır:

“Əgər biz iki min manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, təbii ki, tələbə üçün bunun ucuz olması yaxşıdır. Amma təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir. Keyfiyyətlə dəyər arasındakı əlaqəni tamamilə pozmaq mümkün deyil. Əgər ucuz və yüksək keyfiyyətli kadr hazırlığının universal üsulunu tapsaq, bütün dünya bizə müraciət edər. Keyfiyyəti artırmaq üçün maliyyələşməni artırmağa məcburuq. Bu istiqamətdə “SABAH qrupları” vacib həll yollarından biridir. Eyni zamanda təhsil haqqını artırmaq mümkün deyilsə, universitetlər tələbə sayını artırmağa məcbur olur. Bu zaman isə kəmiyyətlə keyfiyyət arasında tərs mütənasiblik yaranır. Ona görə də bir çox ali təhsil müəssisələrimizdə tələbə sayının artması təhsil keyfiyyətinin azalmasına səbəb ola bilir. Həyata keçirdiyimiz islahatların məqsədi ondan ibarətdir ki, ciddi sosial narazılıq yaratmadan ali təhsilin keyfiyyətini yüksəldək və eyni zamanda şəhərdə sıxlığın artmasına təsir etmədən regional universitetləri inkişaf etdirərək tələbələrin regionlarda təhsil almasına nail olaq. Regionlarda tələbələrə yüksək keyfiyyətli təhsil vermək mümkündür. Hətta bəzi ixtisaslar üzrə regionlardakı universitetlər daha yaxşı nəticələr göstərir. Elə regional ali təhsil müəssisələrimiz var ki, onların təhsil keyfiyyəti müəyyən istiqamətlərdə Bakıdakı universitetlərdən daha yüksəkdir”.

Nazir vurğulayıb ki, Azərbaycanda tələbələrin yaşı nisbətən azdır və valideynlər övladlarını özlərindən uzaqda təhsil almağa göndərmək istəmirlər. Bu da davranış dəyişikliyi tələb edən bir məsələdir:

“Reallıq ondan ibarətdir ki, bizdə 17-18, hətta 22 yaşlı gənclər belə çox vaxt valideynlərinin qərarlarına uyğun hərəkət edirlər. Buna görə də evinin yaxınlığında təhsil almaq ehtiyacı hələ də böyük olaraq qalır. Nəhayət, əsas məsələlər keyfiyyətin artırılması, maliyyələşmənin gücləndirilməsi və qəbul yerlərinin elə tənzimlənməsidir ki, regionlarda daha çox, Bakıda isə nisbətən daha az tələbənin təhsil aldığı bir ssenari formalaşsın. Bu isə o demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri açılmayacaq”.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir
23-10-2026, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
23-10-2026, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
22-10-2026, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq