ADY yay mövsümündə sərnişindaşıma xidmətini intensivləşdirir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi hal aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı qarşılanması üçün əlavə tədbirlər görür.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.Belə ki, 13 iyun–31 avqust tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə səfərlər hər şənbə və bazar günləri olmaqla təşkil ediləcək. Eyni zamanda, 15 iyun – Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü bu marşrutla əlavə qatar reysləri icra olunacaq.
Qatar Bakıdan şənbə günü saat 08:30-da, Ağstafadan isə bazar günü saat 17:15-də yola düşəcək.
ADY-nin digər sərnişindaşıma marşrutu olan Bakı–Qəbələ–Bakı marşrutu üzrə 6 iyun tarixindən başlayaraq şənbə və bazar günlərində hər iki istiqamətdə səfərlər həyata keçirilir. Sərnişin tələbatını təmin etmək məqsədilə 26 iyunda Bakı–Qəbələ–Bakı marşrutu üzrə əlavə reys təyin ediləcək. Bundan əlavə, 4 iyuldan etibarən bu marşrut üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da dayanacaq veriləcək ki, bu da bölgə sakinlərinin və sərnişinlərin xidmətlərdən daha rahat istifadə etməsinə imkan yaradacaq.
Qatar Bakı–Qəbələ istiqamətində saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşür.
Daha bir yenilik 1 iyuldan etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkət qrafikində tətbiq ediləcək. Belə ki, Bakıdan saat 23:30-də (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.
Bundan əlavə, 12 və 13 iyun tarixlərində Bakıdan və Balakəndən hərəkət edəcək qatarların vaqon tərkibi artırılaraq 9-a çatdırılacaq və daha çox sərnişinin daşınması təmin ediləcək.
Xatırladaq ki, 6 iyundan başlayaraq rayonlararası istiqamətlər üzrə Dərnəgül stansiyasından da səfərlər təşkil olunur.
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü qatarlar qeyri-iş günü qrafikinə uyğun hərəkət edəcək.
Sərnişinlərimizə səfərlərini öncədən planlaşdırmağı və biletləri vaxtında əldə etməyi tövsiyə edir, xoş səfərlər arzulayırıq.
Hərəkət cədvəlləri ilə saytımızda və ya “ADY Mobile” tətbiqində tanış ola bilərsiniz.
Dialoq.az
Dün, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir
23-10-2026, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
23-10-2026, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
22-10-2026, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq