Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Baş DYP İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Dialoq.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.Müraciətdə bildirilir ki,Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
Dialoq.az
Bugün, 20:06
Prezident bu xanıma yüksək vəzifə verdi
Bugün, 20:04
Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? — AÇIQLAMA
Bugün, 17:32
AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
Bugün, 17:27
Bakı–Tbilisi–Qars dəmir yolu genişmiqyaslı modernləşdirmədən sonra yeni mərhələyə qədəm qoyur
Bugün, 16:58
Baş DYP İdarəsi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
Bugün, 11:45
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən - Açıqlama
Bugün, 11:38
TƏBİB-də yeni təyinat
Bugün, 10:57
Təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb oldu
Bugün, 09:19
Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı
Dün, 22:03
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd olunub. FOTOLAR
Dün, 18:43
KMBİ onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib-VİDEO
Dün, 16:35
BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi tədbiri keçiriləcək
Dün, 09:20
Prezidentin sosial şəbəkə hesablarında 1 İyunla bağlı paylaşım edildi
Dün, 09:00
Bakının 12 əsas yolunda sıxlıq: Sürücülərə xəbərdarlıq
31-05-2026, 21:40
Göygöldə yol qəzasında şəhid anası və qardaşı xəsarət aldı
31-05-2026, 21:35
Mingəçevirdə “Toyota Prius” 15 yaşlı qızı vurdu
31-05-2026, 20:11
Livan Baş naziri İsraili atəşkəsə çağırdı
31-05-2026, 20:01
“Makedon” vəfat etdi
31-05-2026, 18:23
Sakinlər narazıdır: Ağdaşda yolun təmiri yarımçıq qalıb
31-05-2026, 09:36
Türkiyədə avtobus yanıb kül oldu - 8 ölü, 33 yaralı - Fotolar
31-05-2026, 09:29
“BMW” idarəetmədən çıxıb aşdı - Yaralılar var - Fotolar
30-05-2026, 00:10
Məktəb direktoru vəfat etdi
30-05-2026, 00:00
Oğuzda külək elektrik dirəklərini aşırdı - 15 kənd işıqsız qaldı
29-05-2026, 22:52
Külək ağacı yola aşırdı – BDYPİ sürücülərə müraciət etdi
29-05-2026, 22:45
Yevlaxda binaların zirzəmiləri acınacaqlı vəziyyətə düşüb
28-05-2026, 23:46
Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə və buğda göndəriləcək
28-05-2026, 23:43
Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun!