Yevlaxda qazıntı işləri nə zaman bitəcək? Şəhər rəhbəri görülən işlərdən danışdı. - VİDEO
Sosial
Oxunub: 216
27 Tem 2026 | 00:08
Yevlaxda qazıntı işləri nə zaman bitəcək? Şəhər rəhbəri görülən işlərdən danışdı. - VİDEO
Yevlaxda aparılan qazıntı işləri müvəqqətidir – yollar layihələr başa çatdıqdan sonra bərpa olunacaq.
Yevlax şəhərində həyata keçirilən içməli su və kanalizasiya sisteminin yenilənməsi işləri ilə əlaqədar aparılan qazıntılar son günlər şəhər sakinlərinin ən çox müzakirə etdiyi mövzulardan birinə çevrilib. Küçələrdə aparılan işlər nəticəsində bəzi yollarda hərəkət çətinləşib, bu isə sakinlərdə haqlı olaraq bir sıra suallar yaradıb. Şəhər sakinlərini əsasən düşündürən məsələ işlərin nə vaxt başa çatacağı, yolların nə zaman əvvəlki vəziyyətinə qaytarılacağı və şəhərdə həyata keçirilən infrastruktur layihələrinin nə vaxt yekunlaşacağıdır.


"Dialoq.az" xəbər verir ki, yaranmış suallara Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə keçirdiyi görüşdə aydınlıq gətirib. Şəhərin sosial-iqtisadi inkişafı ilə bağlı fikir mübadiləsi zamanı şəhər rəhbəri hazırda Yevlaxda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrindən danışıb.
Anar Tağıyev bildirib ki, şəhərdə yol, içməli su və kanalizasiya xətlərinin yenilənməsi istiqamətində mühüm layihələr icra olunur. Onun sözlərinə görə, bu layihələrin həyata keçirilməsi zamanı aparılan qazıntı işləri müəyyən müddət ərzində şəhər sakinləri üçün narahatlıq yaratsa da, bu, tamamilə müvəqqəti xarakter daşıyır.

Şəhər rəhbəri qeyd edib ki, hazırda icra olunan layihələr Yevlaxın mühəndis-kommunikasiya infrastrukturunun müasirləşdirilməsinə xidmət edir. O vurğulayıb ki, bütün işlər planlı şəkildə və mərhələli qaydada həyata keçirilir. Layihələr tam başa çatdıqdan sonra qazıntı aparılmış bütün ərazilər, eləcə də şəhərin yol şəbəkəsi müəyyən edilmiş plana uyğun şəkildə bərpa ediləcək.
Anar Tağıyev bildirib ki, hazırda sakinlərin qarşılaşdığı müvəqqəti çətinliklər görülən genişmiqyaslı infrastruktur layihələrinin ayrılmaz tərkib hissəsidir. Layihələrin yekununda isə Yevlax şəhərinin içməli su təchizatı, kanalizasiya sistemi və yol infrastrukturu daha müasir və dayanıqlı vəziyyətə gətiriləcək.

Görüş zamanı şəhər rəhbəri yalnız infrastruktur layihələri ilə kifayətlənməyərək şəhərin digər aktual məsələlərinə də toxunub. O, gənclərin sağlam inkişafı, düzgün sosiallaşması, idmana marağının artırılması, təhsilə münasibətinin gücləndirilməsi, vətənpərvərlik ruhunda formalaşdırılması və sağlam gələcəyin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, bu sahədə görülən işlər gələcəkdə sağlam düşüncəli, savadlı və cəmiyyət üçün faydalı gənc nəslin yetişməsinə xidmət edir.
Anar Tağıyev media nümayəndələrinə də müraciət edərək qeyd edib ki, gənclərin maarifləndirilməsində, düzgün istiqamətləndirilməsində və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasında medianın rolu olduqca böyükdür. O, media nümayəndələrinə bu istiqamətdə maarifləndirici materiallara daha çox yer ayırmağı tövsiyə edib.

Şəhər rəhbəri çıxışında məşğulluq məsələsinə də toxunub. O bildirib ki, bu gün Yevlaxda savadlı, bacarıqlı və perspektivli gənclər kifayət qədərdir və onlar müxtəlif peşə sahələrində uğurla fəaliyyət göstərirlər. Bununla yanaşı, bəzi hallarda gənclərin peşə seçimində yanlış qərarlar verdiyini, seçdikləri sahəni dərindən öyrənmədiklərini qeyd edib. Nəticədə onların bir qismi ya işsiz qalır, ya da təklif olunan işlərə uyğunlaşa bilmir və həmin sahədə özlərini doğrultmaqda çətinlik çəkirlər.

Anar Tağıyev vurğulayıb ki, gənclər peşə və sənət seçiminə məsuliyyətlə yanaşmalı, seçdikləri sahəni dərindən mənimsəməli, daim öz üzərlərində işləməli, rəqabətqabiliyyətli, yaradıcı və yenilikçi olmağa çalışmalıdırlar.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
Bugün, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
Bugün, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
Bugün, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
Bugün, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir