“Yüksəksürətli internet ən azı 2 dəfə ucuzlaşmalıdır” - Elvin Abbasov

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov müsahibə verib.
Dialoq.az Qafqazinfo-ya istinadən həmin müsahibəni təqdim edir.
- İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) iyun ayı üzrə internet operator və provayderlərin median sürət göstəricilərini təqdim edib. Həmin göstəriciləri necə şərh edirsiniz?
- Ölkədə 1 Gbit/s sürəti dəstəkləyən infrastruktur qurulub və onun əhatə dairəsi 3 milyon təsərrüfatdan çoxdur. Amma hələ də cəmi 3 provayder 150 Mbit/s və üzəri sürət təqdim edir. Provayderlərin əksəriyyəti 100 Mbit/s-nin altında xidmət təklif edir. 1 Gbit-lik infrastruktur üzərindən onun 10-da biri qədər xidmət göstərməyin hansı məntiqə və məqsədə əsaslandığını anlamaq çətindir. Bunun əziyyətini də istehlakçı və ölkə iqtisadiyyatı çəkir.
- Siz əvvəllər ölkədə median sürətin artması ilə bağlı məlumatlar dərc edirdiniz. Son zamanlar isə ancaq provayderləri tənqid edirsiniz. Amma median sürət də artır. Bəs tənqidin səbəbi nədir?
- Azərbaycan üzrə genişzolaqlı internetin median sürəti 92,18 Mbit/s-dir. Təxmini belə deyək ki, bir evdə eyni vaxta 2 nəfər “YouTube”dan, 2 nəfər “Netflix”dən, 1 nəfər də “TikTok”dan istifadə etsə, bu sürət artıq yetərsizdir. Çünki bir ev təsərrüfatında orta hesabla 5 nəfərin eyni vaxtda 3 fərqli cihaz vasitəsilə internet istifadə edərək 3 müxtəlif platformanın xidmətindən keyfiyyətli faydalanması üçün minimal 162 Mbit/s sürət tələb olunur. Mən hələ “smart” saatları, qulaqcıqları, internetə bağlanmış digər məişət əşyalarını nəzərə almadan deyirəm. Dünya təcrübəsində pik saatlar və şəbəkə dalğalanmaları da nəzərə alınmaqla tövsiyə olunan minimal sürət 200-300 Mbit/s olaraq qəbul edilib. Ölkəmizdə isə median sürət 100 Mbit/s-dən aşağıdır və hələ də provayderlər infrastrukturun 10-da biri qədər sürət paketləri təklif edirlər. Demək istədiyim odur ki, ölkə üzrə median sürət daha çox ola bilər. Amma provayderlər buna imkan yaratmırlar.
- Bəlkə yüksəksürətli paketləri təqdim etməklə provayderlər daha çox xərc çəkmiş olacaqlar? Səbəb bu ola bilərmi?
- Xeyr, bu belə deyil. Daha əvvəl də vurğuladığım kimi, əsas infrastrukturdur və onu da həm dövlət provayderləri, həm də özəl provayderlər çoxdan qurublar. Yüksəksürətli paketlər təqdim etmək üçün provayderlərin əlavə xərc çəkməsinə ehtiyac yoxdur. Ölkədə 3 milyon təsərrüfatı əhatə edən 1 Gbit-lik şəbəkə artıq 2 ildir ki aktiv fəaliyyətdədir. Ölkə üzrə hər təsərrüfat orta hesabla 2 provayderin əhatəsindədir. Başqa sözlə, rəqabət mühiti də formalaşıb və istehlakçının seçim imkanı bu infrastruktur qurulmamışdan öncəki dövrlərlə müqayisədə daha çoxdur. Problem xərclə bağlı deyil. Problem provayderlərin yanlış yanaşmasında, daha konkret isə yanlış qiymət siyasətindədir.
- Dünya təcrübəsində yanaşma necədir?
- Median sürətin bizdən yüksək olduğu ölkələrə baxdıqda provayderlərin qiymət strukturunun necə formalaşması ilə bağlı təcrübəni nəzərdən keçirmək lazımdır. Həmin ölkələrdə 1000 Mbit/s-lik paketlər aşağısürətli paketlərə nisbətən daha sərfəlidir. Bu ölkələrdə qiymət strukturu istehlakçını yüksəksürətli paketlərə təşviq etmək üzərində qurulub.
Nümunə üzərindən getsək, Özbəkistanda median sürət 94,14 Mbit/s-dir. Orada 100 Mbit/s-lik paket bizdəki kimi 25 AZN-dir. 300 Mbit/s-lik paket isə 30 AZN-dir. Başqa sözlə, istehlakçı 5 AZN artıq ödəyərək 3 dəfə daha çox sürət əldə edir və hər Mbit/s üçün 12 qəpik ödəyir. Başqa bir nümunə kimi Litvanı gətirə bilərəm, orada median sürət 208 Mbit/s-dir. 100 Mbit/s-lik paket 23 AZN-dir. 250-300 Mbit/s-lik paketlər isə 30 AZN civarındadır və hər Mbit/s üçün qiymət 11 qəpikdir. 1000 Mbit/s-lik paketlər bizdən fərqli olaraq 49 AZN yox, 38 AZN civarındadır.
Median sürəti bizdən yüksək olan bir çox ölkələrdə isə ümumiyyətlə minimal internet paketi 250 Mbit/s-dən başlayır. Hətta bəzi bazarlarda minimal standart 500 Mbit/s olaraq qəbul edilir. Ümumiləşdirsək isə mənzərə onu göstərir ki, insanların yüksəksürətli internet paketləri alması üçün onların qiymətləri aşağısürətli paketlərdən daha ucuz olmalıdır. Velosiped icad etməyə ehtiyac yoxdur. Reallıq ondan ibarətdir ki, provayderlər 1 Gbit yox, lap 20 Gbit-lik də infrastruktur qursalar, istehlakçı yalnız ona sərf edən təklifdən istifadə edəcək.
- Provayderlərdən gözləntiniz nədir?
- Provayderlərdən gözləntim yüksəksürətli tarif paketlərini daha sərfəli etmələridir. Hesab edirəm ki, indiki başlanğıc tarifi olan 100 Mbit/s ya ləğv edilməlidir, ya da qiymət strukturu elə formalaşmalıdır ki, istehlakçı 25 AZN verib yetərsiz 100 Mbit/s interket paketi almaq əvəzinə, 250-300 Mbit/s-lik paketlərə üstünlük versin. Belə olan təqdirdə istifadəçi hər Mbit/s üçün 25 qəpik əvəzinə, 11-12 qəpik ödəməklə 28-31 AZN aralığında olan 250-300 Mbit/s-lik tarif paketlərinə keçə bilər. Ümumiləşdirsək isə provayderlər yüksəksürətli paketlərin qiymətini ən azı 2 dəfə ucuzlaşdırmalı və sürəti 2,5-3 dəfə artırmalıdırlar.
Dialoq.az
Bugün, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
Bugün, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
Bugün, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
Bugün, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
Bugün, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir