Yevlaxda antisanitar vəziyyət pik həddə çatıb – məsul qurumlar niyə susur?-Video

Şəhər təkcə yolları, binaları və parkları ilə deyil, ilk növbədə təmizliyi, sanitariya vəziyyəti və sakinlərin sağlam yaşam mühiti ilə qiymətləndirilir. Təmizlik olan yerdə sağlamlıq, nizam-intizam və inkişaf var. Antisanitariya hökm sürən yerdə isə xəstəlik, laqeydlik və idarəetmədə ciddi boşluqlar özünü göstərir.
Təəssüf hissi ilə qeyd etməliyik ki, son dövrlər Yevlax şəhərinin müxtəlif ərazilərində müşahidə olunan antisanitar vəziyyət ciddi narahatlıq doğurur. Küçələrin müxtəlif hissələrində yaranan zibilliklər, vaxtında daşınmayan məişət tullantıları, binaların zirzəmilərində toplanan çirkab suları, kanalizasiya xətlərinin tez-tez partlaması, həmin suların zirzəmilərə dolması, üfunət iyi, ağcaqanad, milçək və digər həşəratların çoxalması artıq təkcə estetik problem deyil, insanların sağlamlığını təhlükə altına alan ciddi sanitariya problemidir.
Mütəxəssislər dəfələrlə bildiriblər ki, çirkab sularının uzun müddət zirzəmilərdə qalması, tullantıların vaxtında yığışdırılmaması müxtəlif yoluxucu xəstəliklərin yayılması üçün əlverişli şərait yaradır. Belə vəziyyət isə xüsusilə uşaqların, yaşlı insanların və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin sağlamlığı üçün ciddi risk hesab olunur.
Ən acınacaqlı məqam isə ondan ibarətdir ki, sanki problemlər yalnız ictimailəşdirildikdən, media tərəfindən işıqlandırıldıqdan, sosial şəbəkələrdə tənqid edildikdən və ictimai qınaq formalaşdıqdan sonra aidiyyəti qurumlar hərəkətə keçməyə başlayırlar. Halbuki dövlət qurumlarının əsas vəzifəsi problemi yaranandan sonra deyil, yaranmamışdan əvvəl qarşısını almaqdır. İdarəetmənin mahiyyəti də məhz bundan ibarətdir.
Şəhər rəhbərliyi və məsul qurumlar elə bir nəzarət sistemi qurmalıdırlar ki, küçələrdə günlərlə qalaqlanmış zibillər yaranmasın, kanalizasiya şəbəkələri mütəmadi yoxlanılsın, qəzalı xətlər vaxtında təmir edilsin, binaların zirzəmilərində çirkab suları yığılmasın, yaşayış məntəqələrində antisanitariya ocaqları formalaşmasın. Problemlərin böyüməsini gözləmək deyil, onların qarşısını almaq əsas fəaliyyət prinsipi olmalıdır.
Şübhəsiz ki, bu məsələlərdə bəzi sakinlərin də məsuliyyətsiz davranışları var. Məişət tullantılarının müəyyən olunmayan yerlərə atılması, ətraf mühitə biganə münasibət problemlərin artmasına səbəb olur. Lakin məsuliyyətin ən böyük hissəsi yenə də şəhər rəhbərliyinin və aidiyyəti xidmət qurumlarının üzərinə düşür. Çünki nəzarəti təşkil edən, qaydaların icrasını təmin edən və şəhərin sanitariya vəziyyətinə cavabdeh olan məhz onlardır. Güclü nəzarət olan yerdə belə mənzərələrin yaranmasına imkan verilməz.
Müasir şəhər idarəçiliyi yalnız yolların çəkilməsi və ya parkların salınması ilə ölçülmür. Ən vacib göstəricilərdən biri şəhərin təmizliyi, kanalizasiya sisteminin saz vəziyyətdə saxlanılması, tullantıların operativ daşınması və sanitariya normalarına ciddi əməl edilməsidir. Elə bir idarəetmə sistemi formalaşdırılmalıdır ki, nə şəhərdə, nə də şəhər ətrafı yaşayış məntəqələrində zibilliklər və antisanitariya ocaqları yaranmasın.
Bu gün susmaq, problemləri gizlətmək və ya görməzlikdən gəlmək çıxış yolu deyil. Əksinə, ictimai nəzarət, media, tənqid və ictimai qınaq sağlam cəmiyyətin inkişafına xidmət edən ən mühüm vasitələrdən biridir. Çünki problemlər dilə gətirildikcə onların həlli istiqamətində real addımlar atılması üçün ictimai təzyiq formalaşır.
Biz bütün aidiyyəti qurumları üzərlərinə düşən vəzifələri vicdanla yerinə yetirməyə, şəhərin sanitariya vəziyyətinə gündəlik nəzarəti gücləndirməyə, sakinləri isə yaşadıqları mühitə daha məsuliyyətlə yanaşmağa çağırırıq.
Unutmayaq ki, hər şey təmizlikdən başlayır. Bir yerdə təmizlik yoxdursa, orada sağlamlıqdan, inkişafdan, yüksək həyat səviyyəsindən və müsbət dəyişikliklərdən danışmaq mümkün deyil. Təmiz şəhər yalnız kommunal xidmətlərin deyil, həm də məsuliyyətli idarəetmənin, ictimai nəzarətin və hər bir vətəndaşın ortaq məsuliyyətinin nəticəsidir.
Dialoq.az
Bugün, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir
23-10-2026, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
23-10-2026, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
22-10-2026, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq
20-10-2026, 11:26
Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılışı olub. FOTOLAR
19-10-2026, 09:42
Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
18-10-2026, 13:47
Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı
18-10-2026, 13:38
Yevlaxda avtobus və minik maşınları toqquşdu-ViDEO
17-10-2026, 18:42
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
16-10-2026, 16:03
Mingəçevir Dövlət Universiteti şəhid məzununun xatirəsini yad edib – Kənan Abdullayevin məzarı ziyarət olunub. - FOTOLAR
16-10-2026, 15:55
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb
15-10-2026, 08:37
Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
14-10-2026, 22:27
Murat Bozun da olduğu studiya suya qərq oldu - Köməksiz qaldılar
14-10-2026, 22:23
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
14-10-2026, 22:18
Prezident Emoməli Rəhmonla görüşdü
14-10-2026, 20:12
Qətər Əmiri Azərbaycandadır - Fotolar
14-10-2026, 20:07
Hakan Fidan Bakıdadır - Yenilənib
14-10-2026, 19:40
Dövlət Baxçalı: Türkiyə və Azərbaycan qardaşlığına xələl gətirilməsinə imkan verilməməlidir-VİDEO
14-10-2026, 19:22
“313 Team” saytlarımıza kiberhücuma görə - Məsuliyyəti üzərinə götürdü
14-10-2026, 15:42
Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü
14-10-2026, 10:05
Natiq Əlisoy: “Uşaqların dini hisslərindən və saf duyğularından siyasi məqsədlər naminə istifadə edilməməlidir”
13-10-2026, 05:46
“Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”