Uşaqların əlindən telefonları almaq mümkün deyil - Rəşad Məcid
Sosial
Oxunub: 64
9 Haz 2026 | 09:42
Uşaqların əlindən telefonları almaq mümkün deyil - Rəşad Məcid
Mən hesab edirəm ki, bu qanun qəbul olunmalıdır və buna ehtiyac var. Yəqin ki, parlamentdə də müzakirələrdən sonra qəbul ediləcək. Amma eyni zamanda özümüzü aldatmamalıyıq.

Dialoq.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında deyib.

Onun sözlərinə görə, bu gün uşaqların əlindən telefonları almaq faktiki olaraq mümkün deyil:

"Onların həyatı artıq böyük ölçüdə internetdə və sosial mediada cərəyan edir. Bu gün hətta dərs hazırlığında, məlumat axtarışında və müxtəlif tapşırıqların yerinə yetirilməsində süni intellekt alətlərindən, o cümlədən ChatGPT kimi platformalardan istifadə olunur. Biz artıq yeni bir dünyada yaşayırıq və bu reallığı nəzərə almalıyıq.

Bu baxımdan hesab edirəm ki, ictimai nəzarət və ictimai qınaq mexanizmləri də vacib rol oynayır. Necə ki, 50 il əvvəl valideynlər övladlarının kimlərlə ünsiyyətdə olduğuna, hansı mühitlərdə vaxt keçirdiyinə diqqət yetirirdilər, bu gün də həmin nəzarət virtual mühitdə həyata keçirilməlidir".

Rəşad Məcid qeyd edib ki, platforma provayderlərinin bir ildən sonra hansı texnoloji həlləri təqdim edəcəyini bu gün tam şəkildə proqnozlaşdırmaq mümkün deyil və bu dəyişikliklərlə ayaqlaşmaq lazımdır.

"Qanunvericilik isə təbiəti etibarilə hər zaman texnoloji inkişafın bir qədər arxasınca gəlir. Ona görə də hesab edirəm ki, müəyyən süzgəclərin və filtrlərin tətbiqi ilə uşaqları zərərli vərdişlərdən və risklərdən müəyyən qədər uzaq saxlamaq mümkündür.

Eyni zamanda bugünkü müzakirələrdə “İnformasiyalaşdırma, informasiyanın əldə edilməsi və mühafizəsi haqqında” qanunvericilik çərçivəsində ictimai mənəviyyata zərər vuran, söyüş və təhqir xarakterli məzmun yayan sosial media istifadəçilərinə qarşı tədbirlərin nəzərdə tutulması məsələsi də qeyd edildi. Məncə, bu məqam da xüsusi vurğulanmalıdır", - o vurğulayıb.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
Bugün, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
Bugün, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
Bugün, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
Bugün, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir