Mingəçevirdə “Vətən uğrunda gedən şəhidlər” devizi altında şəhid ailələri ilə görüş keçirilib

Vətən uğrunda gedən şəhidlər.
Dialoq.az xəbər verir ki,26.04.2026-cı il tarixdə Mingəçevir şəhər Gənclər Evində şəhid ailələri ilə "Vətən uğrunda gedən şəhidlər" devizi altında görüş keçirildi. Görüş Azərbaycan Respublikasının himni ilə başladı. Sonra şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin təşkilatçısı Nərmin Əliyeva şəhid ailələrini salamladı. Sonra sözü Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımova verdi. Nofəl müəllim şəhidlərimizə və şəhid ailələrinə göstərilən qayğıya görə təşkilatçıya və dövlət orqanlarına minnətdarlığını bildirdi. Ölkə prezidenti cənab İlham Əliyevin itkin düşən şəhidlərimizin tapılıb ailələrinə verilməsində göstərdiyi səyləri görüş iştirakçılarına çatdırdı. Sonra Natiq Qasımov adına 4 saylı məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söylədilər.
Tədbirdə iştirak edən şair-publisist Məmməd Mərzili şəhid valideynlərini salamladı. Şəhidlərə həsr etdiyi əsərlərdən danışdı. Şəhidlərin qəhrəmanlıqlarından söz açdı. AYB-nin üzvü Əhməd Əfsun vətən müharibəsində özünün də iştirakından və yanında şəhid olan qəhrəman oğullarımızdan görüş iştirakçılarına məlumat verdi. Şəhidliyin türk törənini xatırlatdı. Bundan sonra N. Qasımov adına 4 saylı məktəbin şagirdi Məhəmməd Museybzadə bir şəhidin anasına yazdığı məktubu çox ifadəli oxudu.
Azərbaycan Qadınlar Cəmiyyətinin Mingəçevir bölməsinin sədri Adilə Cəlilova və digər çıxış edənlər xatirələrini hər zaman əziz tutduqlarını şəhid valideynlərinə çatdırdılar .
N.Qasımov adına 4 saylı məktəbin direktoru Zaur Müseyibov, 8 saylı məktəbin direktoru Aysel Xəlilova şəhidlərimizin haqqında keçirilən tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolundan danışdılar. Məktəblərində də şəhidlərə həsr olunmuş tədbirlərin keçirilməsini gələcək nəsilə bir örnək olmasını qeyd etdilər.
Din xadimi Cavid Ələmdar şəhidlərimizin ruhuna dualar oxudu.
Şəhidlərimiz haqqında topladığı videolardan, görüntülərdən bəhs etdi. Şagird Həmzə Əliyevin şəhidlərə həsr olunmuş şeir söylədi. Sonda görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən qayğıya görə ölkə prezidentinə və tədbir iştirakçılarına təşəkkürlərini bildirdilər.

.

.

.

.

.

.

.

.

.

Dialoq.az
Bugün, 22:17
Mingəçevirdə piyadanı maşın vurdu
Bugün, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
Bugün, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
Bugün, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
Bugün, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
Bugün, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub