Yevlaxda Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə tədbir keçirilib. FOTOLAR

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Yevlax şəhər Şəhidlər Xiyabanında Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, rayonda məskunlaşmış Xocalı rayonundan olan keçmiş məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində şəhidlərimizin ruhuna dualar oxunub, tədbir iştirakçıları Xocalıda şəhid olmuş həmvətənlərimizin xatirəsinə inşa edilən abidənin və şəhid məzarlarının önünə gül dəstələri düzərək, onların müqəddəs xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayətlərdən, uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla dinc əhaliyə qarşı həyata keçirilmiş vəhşiliklərdən və qətllərdən danışıb. Faciə zamanı Xocalıda yaşayan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib.
Bildirib ki, Xocalı soyqırımı azərbaycanlılar üçün tarixin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, ermənilərin əsl üzünü göstərən insanlıq tarixinin ən dəhşətli nümunələrindən biridir. Baş vermiş faciə insanlıq və bəşəriyyət əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir.
İcra Hakimiyyətinin Başçısı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi bu dəhşətli faciəyə yalnız 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində ilk dəfə siyasi qiymət verildiyini, Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı günü” elan olunduğunu, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər ünvanlandığını qeyd edib. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 25-də imzaladığı “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncama əsasən, hər il fevralın 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Anar Tağıyev Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər həyata keçirildiyini və bu istiqamətdə tədbirlərin bu gün də ardıcıl şəkildə davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın böyük əməyi vardır.
Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xarici ölkələrdə təqdimatlar keçirilir, nəşrlər və sənədli materiallar hazırlanır, müxtəlif dillərdə məlumat kitabçaları çap olunur.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyasına star verilib. Bu Kompaniya Xocalı hadisələri barədə məlumatlılığın artırılmasına, qurbanların xatirəsinin yaşadılmasına və həqiqətlərin beynəlxalq aləmdə tanıdılmasına yönəlmişdir. Kompaniyanın fəaliyyəti 100 minlərlə şəxs və 115 təşkilat tərəfindən dəstəklənir. İyirmiyə yaxın ölkənin parlamenti, həmçinin ABŞ-nin 20-dən çox ştatı tərəfindən Xocalı soyqırımı ilə bağlı müvafiq parlament qətnamələri qəbul edilib. Şəhər İcra Hakimiyyətinin Başçısı bildirib ki, Möhtərəm Prezidentimizin rəhbərliyi altında Ordumuz tərəfindən 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsində 30 il düşmən işğal altında qalan torpaqlarımız azad edilib və şəhidlərimizin qisası alınıb.
İcra Hakimiyyətinin Başçısı həmçinin qeyd edib ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu hadisə şəhidlərin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirdi. Dövlətimiz Xocalını yenidən inşa edir, müasir infrastruktur yaradılır. Xocalı sakinləri “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına qayıdırlar. Bu gün Xocalı ümidin, dirçəlişin və inkişafın mərkəzinə çevrilib. Şəhərin yenidən qurulması Azərbaycan xalqının öz tarixinə sahib çıxmasının və gələcəyə inamla baxmasının parlaq nümunəsidir.

Tədbirdə Xocalı faciəsinə həsr olunmuş Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hazırlanan “Artıq Sən Azadsan Xocalı" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Xocalı rayonundan olan keçmiş məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Dialoq.az
Bugün, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
Bugün, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
Bugün, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
Bugün, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
Bugün, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir