Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var-Yenilənib

Dünən səhər saatlarında Qara dənizin Odessa limanı yaxınlığında göyərtəsində 4 Azərbaycan vətəndaşının olduğu gəmiyə dronlarla zərbə endirilib.
Dialoq.az xəbər verir ki, bu barədə “Azərbaycan dənizçilərə dəstək” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, “Mert Marine Corporation” şirkətinə məxsus olan və Somali bayrağı altında üzən “TEDY” (9059200 imo) yedək gəmisi dron hücümüna məruz qalıb. Gəminin göyətəsində 4 Azərbaycan, 3 Türkiyə, 2 Almaniya, 1 Ukrayna vətəndaşı olub.
Zədələnmiş gəmi gecə saatlarında Konstansa limanına doğru gedərkən yenidən 2 dron hücumuna məruz qalıb. Nəticədə azərbaycanlı dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olub.
Digər 2 həmyerlimiz yanıq xəsarətləri ilə Odessa şəhərində xəstəxanaya yerləşdirilib.
***********
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, sentyabrın 9-da Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb:
“Hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər.
Hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə cənazələr üzrə prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq.
Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə bir daha çağırırıq”.
Dialoq.az
Bugün, 14:14
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var-Yenilənib
Bugün, 00:12
Yevlax 1 saylı Mediasiya Təşkilatı 2026-cı ilin ötən 8 ayı ərzində yüzlərlə mübahisədən, onlarla barışıq əldə edib. - RƏSMİ AÇIQLAMA
8-09-2026, 21:31
Peşəkar jurnalistləri həmrəyliyə çağırıram - Rəşad Məciddən açıqlama
8-09-2026, 20:59
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının XI konfransı keçirilib
8-09-2026, 20:50
Ukrayna ordusunda zabit qıtlığı yaranıb
8-09-2026, 20:42
Bakını bir-birinə qatan sürücü 25 sutkalıq həbs edildi
8-09-2026, 20:30
“Şəki yaylası”nda faciə - 2 nəfər öldü
8-09-2026, 15:17
Media və Yayım Şurasının sədri və üzvləri təyin edilib - SƏRƏNCAM
7-09-2026, 03:20
İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
6-09-2026, 22:35
“Yağış yağanda su evimin içinə tökülür” – Yevlax sakini qaz xəttindən şikayətlənir
6-09-2026, 22:02
Ramal İsayev tarixi abidələri yazanlara səsləndi - “Xatirə deyil, vandalizmdir”
6-09-2026, 15:48
Yevlaxda iki avtomobil toqquşdu: ağac və hasara da zərər dəydi-VİDEO
4-09-2026, 18:48
Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100% dolub: 1750 nəfər tələbə adını qazanıb
4-09-2026, 13:16
Bakıda bu yollarda məhdudiyyət olacaq
4-09-2026, 12:45
Rəşad Məcid özünün facebook sosial şəbəkə hesabında paylaşım edib: "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı"
2-09-2026, 20:33
Azərbaycandan Ermənistana növbəti dizel tədarükü
2-09-2026, 20:31
Tbilisiyə saxta bilet satışı ilə bağlı ADY-dən - Xəbərdarlıq
2-09-2026, 20:22
Goranboyda baş vermiş hadisə ilə bağlı operativ iclas keçirilib
1-09-2026, 23:59
Mersində avtomobil avtosalona çırpılıb – qəza anı təhlükəsizlik kamerasına düşdü
1-09-2026, 23:42
Gülistan Doku işi üzrə saxlanılanların sayı 30-a çatıb
1-09-2026, 23:26
ABŞ-dan yeni zərbələr: İranda bir neçə şəhərdə partlayış səsləri eşidilib
1-09-2026, 22:24
Ağdaşda bədbəxt hadisə baş verib. 31 yaşlı kişini qatar vuraraq öldürüb
1-09-2026, 22:20
Bərdədə Beynəlxalq İtkinlər Günü ilə bağlı ilk dəfə rəsmi anım tədbiri keçirilib-VİDEO
1-09-2026, 22:07
Bakının bu küçələri bağlı olacaq
31-08-2026, 15:37
Mingəçevir Dövlət Universitetində Turizm və marketinq kafedrası yeni əməkdaşlıq modeli ilə fəaliyyətə başlayır: Turizm təhsili, sənaye və dövlət qurumlarını bir araya gətirəcək Turizm Sənaye Şurası yaradılır
31-08-2026, 13:46
Xaçmaz stansiyasında yük qatarının qarşısına qəfil çıxan şəxs öldü
31-08-2026, 13:23
Ödənişli yolda lüks avtomobil aşdı - Ölən və yaralananlar var - Foto