Yevlax 1 saylı Mediasiya Təşkilatı 2026-cı ilin ötən 8 ayı ərzində yüzlərlə mübahisədən, onlarla barışıq əldə edib. - RƏSMİ AÇIQLAMA
Gündəm
Oxunub: 450
10 Eyl 2026 | 00:12
Yevlax 1 saylı Mediasiya Təşkilatı 2026-cı ilin ötən 8 ayı ərzində yüzlərlə mübahisədən, onlarla barışıq əldə edib. - RƏSMİ AÇIQLAMA
Yevlax rayonunda mübahisələrin məhkəmədən kənar, qarşılıqlı anlaşma və barışıq yolu ilə həllində Yevlax 1 saylı Mediasiya Təşkilatı mühüm rol oynamaqdadır.

Müasir hüquqi cəmiyyətdə insanlar arasında yaranan hər bir mübahisənin məhkəmə yolu ilə həll olunması bəzən uzun müddət, əlavə xərc və tərəflər arasında münasibətlərin daha da gərginləşməsi ilə nəticələnə bilir. Bu baxımdan mediasiya institutu mübahisələrin daha çevik, qarşılıqlı hörmət və anlaşma şəraitində həllinə imkan verən mühüm hüquqi mexanizmlərdən biridir. Yevlax 1 saylı Mediasiya Təşkilatının təsisçisi və direktoru Hüseynzadə Nigar Qubad qızı 2026-cı ilin ötən 8 ayı ərzində təşkilatın fəaliyyəti ilə bağlı yekun rəqəmləri "Dialoq.az" xəbər saytına açıqlayıb.
Açıqlanan məlumatlara əsasən, 2026-cı ilin ötən 8 ayı ərzində Yevlax rayon ərazisindən Yevlax 1 saylı Mediasiya Təşkilatına müxtəlif mübahisələrlə bağlı ümumilikdə 443 iş daxil olub.

Daxil olan müraciətlər arasında:
1. 387 iş ailə məsələləri üzrə;
2. 23 iş əmək məsələləri üzrə;
3. 5 iş mülki məsələlər üzrə olub.
Hazırda isə 28 iş təşkilatın icraatındadır və həmin mübahisələrin də mediasiya yolu ilə həll olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

BARIŞIQ-MEDİASİYANIN ƏSAS MƏQSƏDİDİR
Mediasiyanın əsas məqsədi tərəflərdən birini haqlı, digərini haqsız çıxarmaq deyil. Burada əsas məqsəd insanlar arasında yaranmış fikir ayrılıqlarını dialoq yolu ilə aradan qaldırmaq, hər iki tərəfin maraqlarını nəzərə almaq və mümkün olduğu halda qarşılıqlı razılıq əldə etməkdir. Yevlax 1 saylı Mediasiya Təşkilatında 2026-cı ilin ötən 8 ayı ərzində əldə olunan nəticələr də göstərir ki, vətəndaşlar arasında yaranan bir sıra mübahisələrin məhkəməyə getmədən həll olunması mümkün olub.

Belə ki, həmin dövr ərzində:
1. Ailə məsələləri üzrə 107 barışıq əldə olunub;
2. Əmək məsələləri üzrə 7 barışıq əldə olunub;
3. Mülki məsələlər üzrə isə 3 barışıq əldə olunub.
Bu rəqəmlər təkcə statistik göstərici deyil. Əldə olunan hər bir barışıq insanların vaxtına, maddi vəsaitinə qənaət etməklə yanaşı, ən əsası tərəflər arasında münasibətlərin tamamilə pozulmasının qarşısını almağa xidmət edir. Xüsusilə ailə mübahisələrində mediasiyanın əhəmiyyəti daha böyükdür. Çünki ailə məsələləri yalnız hüquqi deyil, həm də mənəvi, psixoloji və sosial tərəfləri olan həssas məsələlərdir. Ər-arvad, valideyn və övladlar, digər ailə üzvləri arasında yaranan mübahisələrin qarşılıqlı dialoq yolu ilə həll edilməsi bəzən bir ailənin dağılmasının qarşısını ala, uşaqların gələcək taleyinə müsbət təsir göstərə bilər.

280 BOŞANMA İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB
Yevlax 1 saylı Mediasiya Təşkilatının açıqladığı statistikaya əsasən, 2026-cı ilin ötən 8 ayı ərzində ümumilikdə 280 boşanma işi məhkəməyə göndərilib. Qeyd etmək lazımdır ki, boşanma ilə bağlı müraciətlərdə mediasiya prosesinin keçirilməsi tərəflər üçün mühüm imkan yaradır. Bu proses zamanı ailə üzvlərinə yaranmış mübahisəni sakit və qarşılıqlı anlaşma şəraitində müzakirə etmək imkanı verilir. Tərəflər arasında barışıq mümkün olmadığı hallarda isə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədlər hazırlanır və işin məhkəmə qaydasında davam etdirilməsi üçün lazımi prosedurlar həyata keçirilir. Bu baxımdan mediasiya məhkəmənin alternativi olmaqla yanaşı, eyni zamanda hüquqi mübahisələrin daha səmərəli və mədəni formada həllinə xidmət edən mühüm bir mexanizmdir.

MEDİASİYA NƏDİR VƏ VƏTƏNDAŞLARA NƏ VERİR?
Mediasiya – insanlar arasında yaranan mübahisələrin neytral və peşəkar vasitəçinin, yəni mediatorun iştirakı ilə qarşılıqlı razılıq əsasında həll olunması prosesidir. Mediator tərəflərdən heç birinin mövqeyini müdafiə etmir və hər hansı tərəfin xeyrinə qərar qəbul etmir. Mediatorun əsas vəzifəsi tərəflər arasında dialoqu təşkil etmək, onları dinləmək, qarşılıqlı anlaşmaya şərait yaratmaq və mübahisənin mümkün qədər razılıq yolu ilə həllinə kömək etməkdir.

Mediasiyanın əsas üstünlükləri aşağıdakılardır:
1. Mübahisələrin daha qısa müddətdə həll olunmasına imkan yaradır;
2. Tərəflər arasında qarşılıqlı dialoq və anlaşmanı gücləndirir;
3. İnsanların vaxtına və vəsaitinə qənaət edir;
4. Ailə münasibətlərinin qorunmasına kömək edir;
5. Əmək münasibətlərində qarşılıqlı razılıq üçün şərait yaradır;
6. Mülki mübahisələrin məhkəməyə getmədən həllinə imkan verir;
7. Cəmiyyətdə hüquqi mədəniyyətin və barışıq ənənələrinin inkişafına xidmət edir.
Məhz bu səbəbdən mediasiya institutunun inkişafı dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.

YEVLAXDA MEDİASİYA MƏDƏNİYYƏTİ FORMALAŞIR
2026-cı ilin ötən 8 ayı ərzində Yevlax 1 saylı Mediasiya Təşkilatına daxil olan 443 müraciət, əldə olunan 117 barışıq və hazırda davam edən 28 iş göstərir ki, Yevlax rayonunda vətəndaşların mediasiya institutuna marağı və etimadı formalaşmaqdadır. Xüsusilə 117 mübahisənin qarşılıqlı razılıq yolu ilə həll edilməsi təqdirəlayiq nəticə kimi qiymətləndirilə bilər.
Çünki hər bir barışıq arxasında bir insan taleyi, bir ailə, əmək münasibətləri və ya vətəndaşlar arasında yaranmış münasibət dayanır. Bəzən bir masa arxasında aparılan sağlam dialoq uzun sürən məhkəmə çəkişməsindən daha səmərəli nəticə verə bilir. Bu baxımdan Yevlax 1 saylı Mediasiya Təşkilatının 2026-cı ilin ötən 8 ayı ərzindəki fəaliyyətini ümumilikdə müsbət qiymətləndirmək olar.
Təşkilata daxil olan müraciətlərin araşdırılması, tərəflərin dinlənilməsi, barışıq imkanlarının yaradılması və mübahisələrin qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənməsi Yevlax rayonunda hüquqi münasibətlərin inkişafına öz töhfəsini verir.

YEVLAX 1 SAYLI MEDİASİYA TƏŞKİLATININ RƏHBƏRLİYİNDƏN VƏTƏNDAŞLARA MÜRACİƏT

Hörmətli Yevlax rayon sakinləri və əziz vətəndaşlarımız!
Cəmiyyətin inkişafı, insanların bir-birinə olan hörməti və qarşılıqlı münasibətlərin sağlam qurulması hər birimizdən məsuliyyət tələb edir.
Həyatda müxtəlif səbəblərdən insanlar arasında fikir ayrılıqları və mübahisələr yarana bilər. Lakin hər bir fikir ayrılığının düşmənçiliyə, hər bir mübahisənin uzunmüddətli qarşıdurmaya çevrilməsi düzgün yol deyil. Sizi yaranmış mübahisələrin həllində ilk növbədə dialoqa, qarşılıqlı hörmətə, anlayışa və barışığa üstünlük verməyə çağırırıq. Unutmayaq ki, bəzən bir-birimizi dinləmək, qarşı tərəfin fikrinə hörmətlə yanaşmaq və ortaq məxrəcə gəlmək ən böyük qələbədir. Ailə münasibətlərində səbirli və anlayışlı olaq. Əmək münasibətlərində qarşılıqlı hörməti və qanunun tələblərini rəhbər tutaq. Mülki münasibətlərdə hüquqlarımıza hörmət etdiyimiz kimi, başqalarının da hüquqlarına hörmətlə yanaşaq.
Sülh, barışıq və qarşılıqlı anlaşma hər bir sağlam cəmiyyətin əsas dayaqlarındandır. Yevlax 1 saylı Mediasiya Təşkilatı bundan sonra da öz fəaliyyətində vətəndaşların hüquq və maraqlarının qorunmasına, mübahisələrin qanuni və qarşılıqlı razılıq yolu ilə həllinə, cəmiyyətdə barışıq və dialoq mədəniyyətinin inkişafına öz töhfəsini verməyə çalışacaq. Hər bir vətəndaşı qanunlara riayət etməyə, hüquqi mədəniyyətə hörmətlə yanaşmağa, mübahisələrin həllində qarşılıqlı anlaşma və dialoq imkanlarından istifadə etməyə dəvət edirik. Gəlin, mübahisələri qarşıdurma ilə deyil, dialoqla; düşmənçiliklə deyil, anlaşma ilə; nifrətlə deyil, barışıqla həll etməyə çalışaq.
Çünki barışıq – yalnız iki tərəfin razılaşması deyil, həm də cəmiyyətin sağlam gələcəyinə verilən töhfədir,-Deyə Yevlax 1 saylı Mediasiya Təşkilatının təsisçisi və direktoru Nigar Hüseynzadə vurğulayıb.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
Dün, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir
23-10-2026, 17:01
Yevlaxda 100-ə yaxın şagird icbari dispanserizasiyadan keçirilib
23-10-2026, 16:50
Xairici ölkələrin alimləri Mingəçevir Dövlət Universitetində ortaq hədəf ətrafında birləşib: VIII Avrasiya Konfransında su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub
22-10-2026, 13:35
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb
21-10-2026, 15:32
Kitabdan biliyə, bilikdən gələcəyə: Mingəçevir Dövlət Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. FOTOLAR
20-10-2026, 21:40
Sabahdan bu yol bağlı olacaq
20-10-2026, 11:26
Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılışı olub. FOTOLAR
19-10-2026, 09:42
Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
18-10-2026, 13:47
Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı
18-10-2026, 13:38
Yevlaxda avtobus və minik maşınları toqquşdu-ViDEO
17-10-2026, 18:42
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
16-10-2026, 16:03
Mingəçevir Dövlət Universiteti şəhid məzununun xatirəsini yad edib – Kənan Abdullayevin məzarı ziyarət olunub. - FOTOLAR
16-10-2026, 15:55
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb
15-10-2026, 08:37
Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
14-10-2026, 22:27
Murat Bozun da olduğu studiya suya qərq oldu - Köməksiz qaldılar
14-10-2026, 22:23
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
14-10-2026, 22:18
Prezident Emoməli Rəhmonla görüşdü
14-10-2026, 20:12
Qətər Əmiri Azərbaycandadır - Fotolar
14-10-2026, 20:07
Hakan Fidan Bakıdadır - Yenilənib
14-10-2026, 19:40
Dövlət Baxçalı: Türkiyə və Azərbaycan qardaşlığına xələl gətirilməsinə imkan verilməməlidir-VİDEO
14-10-2026, 19:22
“313 Team” saytlarımıza kiberhücuma görə - Məsuliyyəti üzərinə götürdü
14-10-2026, 15:42
Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü
14-10-2026, 10:05
Natiq Əlisoy: “Uşaqların dini hisslərindən və saf duyğularından siyasi məqsədlər naminə istifadə edilməməlidir”
13-10-2026, 05:46
“Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”
12-10-2026, 13:18
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub