Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür

Bu gün Azərbaycan tarixinin mühüm hadisələrindən biri – 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində başlanmış lokal xarakterli antiterror tədbirlərinin ildönümüdür.
Dialoq.az xəbər verir ki, antiterror tədbirlərindən əvvəlki dövrdə Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması, ərazilərin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis baxımından təkmilləşdirilməsi, səngər və sığınacaqların sayının artırılması müşahidə olunub.
Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər vasitələrlə gücləndirilməsi, bölmələrin döyüş hazırlığının artırılması, kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi və terror-təxribat məqsədli fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı məlumatlar qeydə alınıb.
2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb, mülki şəxslər həlak olub.
Həmin gün Daxili İşlər Nazirliyinin əməkdaşlarını daşıyan nəqliyyat vasitəsinin də mina partlayışına məruz qalması nəticəsində polis əməkdaşları həlak olub və yaralanıb.
Baş verən hadisələrdən sonra üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, hərbi infrastrukturun zərərsizləşdirilməsi, əhalinin və bərpa-quruculuq işlərinə cəlb olunan şəxslərin təhlükəsizliyinin təmin olunması, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə yerləşən mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.
Bildirilib ki, lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilib.
2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoymalı, döyüş mövqelərindən çıxmalı və tam şəkildə tərksilah olunmalı idi. Həmçinin silah-sursat və ağır texnikanın təhvil verilməsi, prosesin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il sentyabrın 20-də xalqa müraciəti zamanı bildirib ki, 19 sentyabr 2023-cü ildə başlayan və uğurla başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa edib.
Qeyd edək ki, lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbi qulluqçusu şəhid olub.
Xatırladaq ki, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb.
Dialoq.az
Dün, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
Dün, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
Dün, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü
10-09-2026, 21:29
Ağdaşda tövlə yanğını: alov elektrik xəttinə də ziyan vurdu
10-09-2026, 14:14
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var-Yenilənib
10-09-2026, 00:12
Yevlax 1 saylı Mediasiya Təşkilatı 2026-cı ilin ötən 8 ayı ərzində yüzlərlə mübahisədən, onlarla barışıq əldə edib. - RƏSMİ AÇIQLAMA
8-09-2026, 21:31
Peşəkar jurnalistləri həmrəyliyə çağırıram - Rəşad Məciddən açıqlama
8-09-2026, 20:59
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının XI konfransı keçirilib
8-09-2026, 20:50
Ukrayna ordusunda zabit qıtlığı yaranıb
8-09-2026, 20:42
Bakını bir-birinə qatan sürücü 25 sutkalıq həbs edildi