“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
Siyasət
Oxunub: 10
17 Eyl 2026 | 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
“Yenə də ölkələrimizin üstünlüyü ondan ibarətdir ki, geniş coğrafiyada ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Lakin bu o demək deyil ki, biz arxayınlaşmalıyıq. Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür”.

“Dialoq.az ” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib.

Prezident qeyd edib ki, müharibələrin coğrafiyası genişlənir: “Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur. Hazırkı vəziyyətdə də, Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir.

Artıq dediyim kimi, bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Bu kontekstdə dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsi, hesab edirəm ki, hamımız üçün həyati əhəmiyyət daşıyır. Əminəm ki, Bakıda keçiriləcək şura çərçivəsində bütün bu məsələlər müzakirə olunacaq. Lakin bunlar həm də daim ölkələrimizin rəhbərliyinin nəzarətindədir”.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 01:20
Milli Musiqi Günüdür
Bugün, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
Dün, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
Dün, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü
10-09-2026, 21:29
Ağdaşda tövlə yanğını: alov elektrik xəttinə də ziyan vurdu
10-09-2026, 14:14
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var-Yenilənib
10-09-2026, 00:12
Yevlax 1 saylı Mediasiya Təşkilatı 2026-cı ilin ötən 8 ayı ərzində yüzlərlə mübahisədən, onlarla barışıq əldə edib. - RƏSMİ AÇIQLAMA
8-09-2026, 21:31
Peşəkar jurnalistləri həmrəyliyə çağırıram - Rəşad Məciddən açıqlama
8-09-2026, 20:59
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının XI konfransı keçirilib
8-09-2026, 20:50
Ukrayna ordusunda zabit qıtlığı yaranıb
8-09-2026, 20:42
Bakını bir-birinə qatan sürücü 25 sutkalıq həbs edildi
8-09-2026, 20:30
“Şəki yaylası”nda faciə - 2 nəfər öldü
8-09-2026, 15:17
Media və Yayım Şurasının sədri və üzvləri təyin edilib - SƏRƏNCAM
7-09-2026, 03:20
İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi