Mingəçevir Dövlət Universiteti “sıfır tullantı” modelinin tətbiqi üçün Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Gündəm / Siyasət
Oxunub: 196
17 Tem 2026 | 21:08
Mingəçevir Dövlət Universiteti “sıfır tullantı” modelinin tətbiqi üçün Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib
2026-cı ilin 17 iyul tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər çərçivəsində Sıfır Atık Vakfında olub.
MDU-nun nümayəndə heyətini Sıfır Atık Vakfının Mütevelli Heyəti və İdarə Heyətinin sədri Samed Ağırbaş qəbul edib.

Görüşün əsas məqsədi tullantıların yaranmasının qarşısının alınması və azaldılması, karbon emissiyasının minimuma endirilməsi, təbii resurslardan səmərəli istifadə, təkrar emal mədəniyyətinin inkişaf etdirilməsi və dairəvi iqtisadiyyat prinsiplərinin universitet mühitində tətbiqi istiqamətində Fondun beynəlxalq təcrübəsindən, metodoloji yanaşmalarından və institusional əməkdaşlıq imkanlarından faydalanmaq olub.

Görüşdə MDU-nun nəzdində fəaliyyət göstərən Davamlı Enerji və Mühəndislik Sistemləri Tədqiqatları İnstitutunun xətti ilə sıfır tullantı modelinin formalaşdırılması, kampus ərazisində tullantıların çeşidlənməsi və idarə olunması sisteminin təkmilləşdirilməsi, enerji və su resurslarından qənaətlə istifadə, karbon izinin ölçülməsi və azaldılması, ekoloji göstəricilərin monitorinqi, eləcə də tələbə və əməkdaşların ekoloji təşəbbüslərə cəlb edilməsi məsələləri müzakirə olunub.
Tərəflər universitet kampusunda sıfır tullantı yanaşmasının mərhələli şəkildə tətbiqi, birgə layihə və maarifləndirici proqramların, təlimlərin və seminarların təşkili, ekoloji layihələrin hazırlanması, müvafiq təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetində həyata keçirilən institusional inkişaf prosesində ekoloji məsuliyyətin və resursların səmərəli idarə edilməsinin əsas istiqamətlərdən biri olduğunu bildirib. Rektor qeyd edib ki, universitetdə tullantıların idarə olunması, enerji səmərəliliyinin artırılması, karbon izinin azaldılması və ekoloji davranış mədəniyyətinin formalaşdırılması ilə bağlı təşəbbüslərin vahid sistem əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Anar Eminov Sıfır Atık Vakfının bu sahədə formalaşdırdığı təcrübənin öyrənilməsinin Mingəçevir Dövlət Universitetində ölçülə bilən ekoloji göstəricilərə əsaslanan idarəetmə mexanizmlərinin qurulmasına, kampus infrastrukturunun təkmilləşdirilməsinə və tələbələrin yaşıl bacarıqlarının inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Sıfır Atık Vakfının sədri Samed Ağırbaş Mingəçevir Dövlət Universiteti ilə birgə layihələrin yaxın gələcəkdə icrasının mümkünlüyünə əminliyini bildirib. O, gənclərin ekoloji məsuliyyət, şüurlu istehlak və resurslardan səmərəli istifadə prinsipləri əsasında yetişdirilməsinin uzunmüddətli nəticələr yaratdığını qeyd edərək, Mingəçevir Dövlət Universitetinin bu istiqamətdə nümayiş etdirdiyi təşəbbüskarlığı yüksək qiymətləndirib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti Azərbaycan universitetləri arasında ilk dəfə olaraq sıfır tullantı modeli üzrə Sıfır Atık Vakfı ilə birbaşa institusional əməkdaşlıq imkanlarının müzakirəsinə başlayıb. Bu təşəbbüs universitetdə ekoloji idarəetmənin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, kampusun resurs səmərəliliyinin artırılması və ətraf mühitə təsirin ölçülə bilən göstəricilər əsasında azaldılması baxımından yeni mərhələnin əsasını qoyur.
Mingəçevir Dövlət Universiteti “sıfır tullantı” modelinin tətbiqi üçün Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib
.
Mingəçevir Dövlət Universiteti “sıfır tullantı” modelinin tətbiqi üçün Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib
.
Mingəçevir Dövlət Universiteti “sıfır tullantı” modelinin tətbiqi üçün Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib
.
Mingəçevir Dövlət Universiteti “sıfır tullantı” modelinin tətbiqi üçün Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 15:37
Mingəçevir Dövlət Universitetində Turizm və marketinq kafedrası yeni əməkdaşlıq modeli ilə fəaliyyətə başlayır: Turizm təhsili, sənaye və dövlət qurumlarını bir araya gətirəcək Turizm Sənaye Şurası yaradılır
Dün, 13:46
Xaçmaz stansiyasında yük qatarının qarşısına qəfil çıxan şəxs öldü
Dün, 13:23
Ödənişli yolda lüks avtomobil aşdı - Ölən və yaralananlar var - Foto
30-08-2026, 22:44
Mingəçevirdə balıq tutan 62 yaşlı kişi qəfil vəfat edib-VİDEO
30-08-2026, 18:42
BDYPİ leysan yağışları ilə əlaqədar sürücülərə çağırış edib
28-08-2026, 12:32
Xırdalan-Biləcəri sahəsində təmir işləri başladı - Fotolar
28-08-2026, 10:22
Kiberdələduzluğun yeni üsulları yayılır – DİN vətəndaşlara müraciət etdi
28-08-2026, 09:38
Ağdaşda yük maşınları toqquşdu - Ölən var-Foto
27-08-2026, 16:44
5 ölkənin ali təhsil müəssisələrinin yer aldığı Türk Dünyası Universitetləri Dayanıqlı İnkişaf Şəbəkəsi (TDÜSA) qurulur: Mingəçevir Dövlət Universiteti qurucu üzvlər sırasında yer alıb
27-08-2026, 09:11
Robert Koçaryan barəsində həbs qərarı verildi
27-08-2026, 08:56
Əlcəzairdə meşə yanğınları - 12 ölü, 54 yaralı
26-08-2026, 22:31
“Yevlaxda uşaqların inkişafına peşəkar dəstək: “Uşaq Nitq və İnkişaf Mərkəzi”-VİDEO
26-08-2026, 21:49
Yevlaxda yanğın zamanı qəhrəmanlıq nümunəsi: saniyələr içində verilən cəsarətli qərar
26-08-2026, 18:13
Mingəçevir Dövlət Universiteti bakalavriat səviyyəsində tələbə qəbulunda tarixi rekorda imza atdı: 98,10% qəbul və 1717 tələbə
25-08-2026, 21:28
Erməni əsgərin asılmış meyiti tapıldı
25-08-2026, 20:09
Yevlaxda yanacaqdoldurma məntəqəsində maşın yandı
24-08-2026, 22:55
“Karvan” yeni mövsümə hazırlaşır – yeni heyət formalaşdırılıb-VİDEO
24-08-2026, 20:54
Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı
24-08-2026, 20:49
Qəbul olunanlar bu vaxtadək qeydiyyatdan keçməlidir
24-08-2026, 15:47
Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir
23-08-2026, 11:04
“Niva” idarəetmədən çıxıb aşdı - Sürücünün vəziyyəti ağırdır
23-08-2026, 11:01
Qazaxda maşınlar toqquşdu:iki ölü-FOTO
23-08-2026, 09:17
Yola qəfil çıxan iribuynuzlu heyvan qəzaya səbəb oldu
23-08-2026, 00:31
Yevlax-Çənlibel qəsəbəsinin sakinləri nədən narazıdırlar? Onlar nə xahiş edir...?-VİDEO
20-08-2026, 17:31
Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
20-08-2026, 17:27
Dəmir yolu bileti paketləri satılacaq - Gündəlik, həftəlik, aylıq
20-08-2026, 17:24
Başına ot presi düşən kişi öldü