“ÖMRÜN İZİ: MÜHƏNDİS, MÜƏLLİM VƏ ŞAİR ƏBÜLFƏT HƏSƏNOĞLU”
Gündəm / Bölgə
Oxunub: 247
2 May 2026 | 10:37
“ÖMRÜN İZİ: MÜHƏNDİS, MÜƏLLİM VƏ ŞAİR ƏBÜLFƏT HƏSƏNOĞLU”
Ədilov Əbülfət Həsən oğlu – zəngin həyat yolu, dərin biliyi və çoxşaxəli fəaliyyəti ilə seçilən nümunəvi ziyalı, peşəkar mühəndis, pedaqoq və yaradıcı şəxsiyyətdir. 1951-ci il mayın 7-də Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində dünyaya göz açan Əbülfət müəllim, hələ gənc yaşlarından elmə, biliyə və zəhmətə olan bağlılığı ilə seçilmişdir. 7 may 2026-cı il tarixdə Əbülfət müəllimin 75 yaşı tamam olur.
1968–1973-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alaraq istilik energetikası mühəndisi ixtisasına yiyələnməsi onun gələcək uğurlarının möhkəm təməlini qoymuşdur.
“ÖMRÜN İZİ: MÜHƏNDİS, MÜƏLLİM VƏ ŞAİR ƏBÜLFƏT HƏSƏNOĞLU”

1973–1975-ci illərdə zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdən sonra əmək fəaliyyətinə başlayan Əbülfət müəllim ömrünün böyük bir hissəsini Azərbaycanın enerji sektorunun inkişafına həsr etmişdir. Azərbaycan İstilik Elektrik Stansiyası “Azərbaycan İES” kimi strateji əhəmiyyətli bir müəssisədə sadə aparatçıdan başlayaraq rəhbər vəzifələrə qədər yüksəlməsi onun zəhmətkeşliyinin, biliyinin və peşəkarlığının bariz nümunəsidir.
Onun mühəndislik fəaliyyəti yalnız gündəlik işlə məhdudlaşmamış, eyni zamanda yenilikçi yanaşmaları ilə yadda qalmışdır. Müəllifi olduğu 30-dan artıq səmərələşdirici təklif bu gün də öz iqtisadi faydasını verməkdədir. Çətin və çıxılmaz görünən texniki problemlərin qısa müddətdə həllində göstərdiyi peşəkarlıq, xüsusilə 1981 və 1986-cı illərdə baş vermiş mürəkkəb situasiyalarda nümayiş etdirdiyi qətiyyət onun yüksək ixtisas sahibi olduğunu sübut edir.
“ÖMRÜN İZİ: MÜHƏNDİS, MÜƏLLİM VƏ ŞAİR ƏBÜLFƏT HƏSƏNOĞLU”
Əbülfət müəllim yalnız istehsalat sahəsində deyil, həm də kadr hazırlığında böyük xidmətlər göstərmiş, “Azərbaycan İES”-in ilk mütəxəssislərinin yetişdirilməsində əvəzsiz rol oynamışdır. Eyni zamanda, hərbi uçot və səfərbərlik işlərinin təşkili sahəsində qazandığı uğurlar nəticəsində dəfələrlə yüksək mükafatlara layiq görülmüşdür.
Onun fəaliyyəti ictimai həyatla da sıx bağlı olmuşdur. Fəal ictimaiyyətçi kimi kollektivdə böyük hörmət qazanmış, eyni zamanda şahmat üzrə birinci dərəcəli idmançı kimi bir çox yarışların təşkilinə rəhbərlik etmiş və yeni şahmatçıların yetişməsinə töhfə vermişdir.
Müxtəlif illərdə Şəki Aqrofirmasında rəhbər vəzifələrdə, Mingəçevir Şüşə Mahlıc zavodunda sədr müavini kimi çalışaraq idarəçilik sahəsində də öz bacarığını nümayiş etdirmişdir.
“ÖMRÜN İZİ: MÜHƏNDİS, MÜƏLLİM VƏ ŞAİR ƏBÜLFƏT HƏSƏNOĞLU”
Hazırda isə Mingəçevir Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərərək öz bilik və təcrübəsini gənc nəslə ötürməkdədir. Tələbkar, prinsipial, eyni zamanda ədalətli və qayğıkeş müəllim kimi tələbələrinin rəğbətini qazanmışdır.
Əbülfət Həsənoğlu imzası ilə tanınan bu dəyərli ziyalı eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvü və tədqiqatçı şair kimi geniş oxucu auditoriyasına malikdir. Onun “Kamilliyə gedən yol”, “Nəsimi ənəlhəqqinin kökləri”, “Ömrün ləpirləri”, “İ.Nəsiminin İraq divanına şərhlər”, “Qayğılar” kimi kitabları və çoxsaylı elmi-publisistik məqalələri onun zəngin daxili dünyasının və dərin düşüncə tərzinin ifadəsidir. 2013-cü ildə “Qızıl Qələm” mükafatına layiq görülməsi də onun ədəbi və publisistik fəaliyyətinə verilən yüksək qiymətdir.
Ailəsinə bağlı, zəngin mənəvi dəyərlərə sahib olan Əbülfət müəllim 4 övlad, 9 nəvə və 1 nəticə sahibi kimi böyük və nümunəvi bir ailənin ağsaqqalıdır. Onun yetişdirdiyi övlad və nəvələrin müxtəlif sahələrdə – xüsusilə tibb və hüquq kimi mühüm ixtisaslarda uğur qazanması onun həyat fəlsəfəsinin və tərbiyəsinin nəticəsidir.
Ədilov Əbülfət Həsən oğlu – zəhmətin, elmin, sədaqətin və mənəviyyatın vəhdətində formalaşmış, cəmiyyət üçün dəyər yaradan, örnək həyat yolu keçmiş bir ziyalıdır. Onun həyat və fəaliyyəti gənc nəsil üçün bir məktəb, bir örnəkdir.
Əziz və hörmətli Əbülfət müəllim!
Sizi 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik. Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və bütün işlərinizdə yeni-yeni uğurlar arzulayırıq. Qoy ömrünüzün hər günü sizin zəhmət dolu həyat yolunuz kimi mənalı, işıqlı və bərəkətli olsun!
“ÖMRÜN İZİ: MÜHƏNDİS, MÜƏLLİM VƏ ŞAİR ƏBÜLFƏT HƏSƏNOĞLU”

“ÖMRÜN İZİ: MÜHƏNDİS, MÜƏLLİM VƏ ŞAİR ƏBÜLFƏT HƏSƏNOĞLU”

“ÖMRÜN İZİ: MÜHƏNDİS, MÜƏLLİM VƏ ŞAİR ƏBÜLFƏT HƏSƏNOĞLU”

“ÖMRÜN İZİ: MÜHƏNDİS, MÜƏLLİM VƏ ŞAİR ƏBÜLFƏT HƏSƏNOĞLU”

“ÖMRÜN İZİ: MÜHƏNDİS, MÜƏLLİM VƏ ŞAİR ƏBÜLFƏT HƏSƏNOĞLU”

Natiq Əlisoy
Yazıçı-şair, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
Bugün, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
Bugün, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
Bugün, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
Bugün, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir