Regionlarda keçirilən tədbirlər neçə təşkil edilməlidir...? Mövzu seçimi, düzgün müzakirələr və real nəticələr

13 fevral 2026-cı il tarixdə Mingəçevir şəhərində Mingəçevir Dövlət Universiteti və AzTU-nun təşkilatçılığı ilə keçirilən “Azərbaycan İES” MMC-də enerji klasteri çərçivəsində vörkşop və “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” tədbirləri ilə bağlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Ali Baş Komandan", "Heydər Əliyev-100" media mükafatları laureatı, ehtiyatda olan baş zabit, Türk Ağsaqqalları İctimai Birliyinin üzvü, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Yevlax rayon Nümayəndəliyinin Hərbi Məsələlər Şöbəsinin müdiri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyində Şəhidlərin Ailə Üzvləri, Qazilər və Yaradıcı Hərbçilərlə İş Departamentinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın Şəhidlərin Ailə Üzvləri, Qazilər və Yaradıcı Hərbçilərin bədii yaradıcılıq üzrə bölməsinin rəhbəri, "Dialoq.az" xəbər saytının (Dialoq TV) rəhbəri Natiq Əlisoy müsbət fikirlərini bildirib.

O bildirib ki, son illər ölkəmizin müxtəlif bölgələrində keçirilən ictimai, mədəni və sosial tədbirlərin sayı artsa da, əsas məsələ onların keyfiyyət göstəriciləridir. Tədbirin uğuru yalnız iştirakçı sayında deyil, təşkilatçılıq səviyyəsində, müzakirə olunan mövzuların aktuallığında, səmimiyyət mühitində və yaradılan əməkdaşlıq imkanları ilə ölçülür.
Regionlarda keçirilən tədbirlər dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ictimai düşüncənin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Nümunəvi tədbir ilk növbədə onun dəqiq planlaşdırılmasından başlayır. Məkan seçimi, texniki təminat, vaxtın düzgün bölüşdürülməsi və proqramın ardıcıllığı tədbirin keyfiyyətini müəyyən edən əsas faktorlardır. Qarşılanma mərhələsi isə iştirakçılarda ilk təəssüratı formalaşdırır. Qonaqların səmimi və peşəkar şəkildə qarşılanması, qeydiyyat prosesinin operativ təşkili tədbirin ümumi imicinə birbaşa təsir göstərir.

Region tədbirlərində seçilən mövzular yerli ictimaiyyətin real problemlərini əhatə etməli, eyni zamanda ümumdövlət maraqlarına xidmət etməlidir. Dövlətçilik prinsiplərinin təbliği, vətənpərvərlik ruhunun gücləndirilməsi, milli adət-ənənələrə hörmət kimi istiqamətlər xüsusi yer tutmalıdır. Çıxış edən natiqlər konkret faktlara əsaslanmalı, statistik məlumat və real təkliflərlə çıxış etməlidirlər.
Audiovizual təqdimat üçün nəzərdə tutulan çıxışların qısa, aydın və emosional baxımdan təsirli olması olduqca vacibdir. Uzun və təkrarlanan nitqlər dinləyicinin diqqətini azaldır. Əvəzində konkret təkliflər və həll yolları tədbirin praktik əhəmiyyətini artırır.
Müasir dövrdə tədbirlər yalnız ənənəvi çıxış formatı ilə məhdudlaşmamalıdır. Panel müzakirələr, sual-cavab sessiyaları, gənclərin aktiv iştirakı, multimedia təqdimatları tədbirə dinamika gətirir. Yeni ideyaların irəli sürülməsi və innovativ yanaşmalar regionların hərtərəfli inkişafına böyük töhfə verə bilər.

Keçirilən tədbirlərin ən mühüm nəticələrindən biri də yeni dostluq və əməkdaşlıq əlaqələrinin qurulması olmalıdır. Rəsmi çərçivə ilə yanaşı, qeyri-rəsmi ünsiyyət imkanlarının yaradılması iştirakçılar arasında etimadı möhkəmləndirir. Bu isə gələcək layihələrin və birgə təşəbbüslərin əsasını qoyur.
Regionlarda keçirilən tədbirlər eyni zamanda milli kimliyin qorunmasına da xidmət etməlidir. Dövlət rəmzlərinə hörmət, milli musiqi və mədəni elementlərin proqramda yer alması tədbirin ruhunu formalaşdırır. Eyni zamanda, ictimai düşüncənin inkişafına yönəlmiş maarifləndirici çıxışlar və müzakirələr cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsinə təkan verir.
Odur ki, nümunəvi tədbir təsadüf nəticəsi deyil, planlı və məsuliyyətli təşkilatçılığın məhsuludur. Keyfiyyətli proqram, peşəkar aparıcılıq, aktual mövzular, interaktiv müzakirələr və səmimi mühit bir araya gəldikdə tədbir yalnız bir günlük hadisə deyil, uzunmüddətli ictimai təsirə malik platformaya çevrilir. Düzgün qurulmuş tədbir model isə həm dövlətçilik prinsiplərinin inkişafına, həm də milli dəyərlərin qorunmasına real töhfə verə bilər.
Düşünürəm ki, 13 fevral 2026-cı il tarixdə Mingəçevir şəhərində Mingəçevir Dövlət Universiteti və AzTU-nun təşkilatçılığı ilə keçirilən “Azərbaycan İES” MMC-də enerji klasteri çərçivəsində vörkşop və “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” tədbirləri regionlarda təşkil olunan tədbirlərə real müsbət nümunədir. Bu kimi uğurlu tədbirlər bizləri sevindirir,-Deyə yazıçı bildirib".




















Dialoq.az
Bugün, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
Bugün, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
Bugün, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
Bugün, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
Bugün, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb
1-11-2026, 22:04
Cüdoçumuz qızıl medal qazandı
31-10-2026, 13:18
Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır - FOTO
29-10-2026, 21:59
MDU dayanıqlı kənd təsərrüfatı üzrə II Respublika Elmi Konfransında tərəfdaş qismində iştirak edib
29-10-2026, 20:29
BDYPİ iki nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
28-10-2026, 10:19
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
27-10-2026, 15:51
Yevlaxda “BMW” aşdı: İki nəfər həyatını itirib-FOTOLAR
26-10-2026, 17:25
Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar
24-10-2026, 18:43
Mingəçevir Dövlət Universitetinin stendində Professor Tahir Cəfərovun gənclərlə görüşü keçirilib
24-10-2026, 17:58
YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
23-10-2026, 21:27
Milli Qəhrəman komaya düşdü — müalicəsinin xüsusi nəzarətə götürülməsi xahiş edilir