Yevlaxda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin 1978-ci il Azərbaycan SSR Konstitusiyasına dövlət dili kimi daxil edilməsi gününə həsr olunmuş tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin və Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Şəhər Mərkəzi Elektron Kitabxana Sistemində keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova tədbir iştirakçılarını salamlayaraq bildirib ki, 20-ci əsrin əvvəllərində və ortalarında Sovet Sosialist Respublikasının tərkibinə daxil olan ölkələrin ictimai-siyasi həyatında dil məsələsi olduqca böyük problemlə üzləşirdi. Milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilirdi. Hətta 30-cu illərdə dil məsələsini gündəmə gətirənlərin aqibəti Sibirə sürgün olunma ilə nəticələnirdi. Ana dilinin tətbiqi və istifadəsində əziyyət çəkən ölkələrdən biri də Azərbaycan idi. Tarixi köklərə söykənən ana dilimizin mövcud olmasına baxmayaraq, həmin dövrün ziyalıları dilimizdən istifadə edilməsinə və bu məsələnin gündəmə gətirilməsinə cəsarət belə etmirdilər.
Bütün bu çətinliklərə və dilimizin unutdurulmasına baxmayaraq, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Ümumiyyətlə, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Ulu Öndər Dövlət dili uğrunda durmadan mübarizə apararaq, xalqı ana dilinin dövlət dili kimi tanınması uğrunda mübarizəyə cəlb etməyə çalışırdı. Azərbaycanın dilçi alimlərinə yüksək diqqət və qayğı göstərməklə, milli dildə nəşr edilən kitabların tirajlarının artırılmasına şərait yaratmaqla və bu kimi tədbirlər görməklə ana dilimizin daha da inkişaf etdirilməsinə səy göstərirdi. Ulu Öndər bütün bu təqdirəlayiq əməlləri ilə əslində ana dilimizin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.
Ana dili uğrunda çox mücadilələrdən sonra nəhayət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin yarandığı bir dövrdə, Heydər Əliyevin bu istiqamətdə atdığı doğru addımlar dilimizin inkişafına, sərbəst istifadəsinə və bütün dünyada tanınmasına zəmin yaratdı. Ümummilli Liderin tələbi ilə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Bundan başqa, 2001-ci il 9 avqustda Ulu Öndər “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalamış və bu Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, məhz bu Qanunla Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu nizamlanır. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.Azərbaycan dilinə bu gün də dövlətimiz tərəfində xüsusi diqqət və qayğı vardır. Belə ki, müasir Azərbaycan dilinin qloballaşan dünyada qorunub saxlanılması və davamlı inkişafı naminə ölkə başçısı cənab İlham Əliyev tərəfindən bir çox Fərman və Sərəncamlar verilmişdir. Prezident cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsini xüsusilə qeyd etmək olar. Məlum Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasından ibarətdir. Müasir dövrün tələblərini nəzərə alaraq ölkə başçısı 17 iyul 2018-ci il tarixdə “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” da Sərəncam imzalamışdır. Bu Sərəncam isə Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Məhz Prezident cənab İlham Əliyevin Azərbaycan dilininin qorunub saxlanması və inkişafını təmin etmək üçün imzaladığı Fərman və Sərəncamlar xalqımızın tərəqqisinə xidmət edir. Eyni zamanda, bütün bunlar Prezident cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqliyindən xəbər verir.
Böyük qürur hissi ilə qeyd etməliyik ki, biz bir xalq olaraq zamanın cürbəcür sınaqlarından keçərək, dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər, ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Azərbaycan dili Azərbaycan xalqının ən böyük milli sərvətidir. Bu tezisi milli-mənəvi dəyərlərə sahib olan hər bir vətəndaş bir an olsun belə unutmamalıdır. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biridir.
Daha sonra çıxış edənlər bildirdilər ki, Azərbaycan xalqının tarixi-mədəni irsinin ən dəyərli sütunlarından biri onun ana dilidir. Bu dəyərin qorunub saxlanılması, inkişaf etdirilməsi və hüquqi cəhətdən təmin olunması istiqamətində ən mühüm addımlardan biri 27 aprel 1978-ci ildə atılmışdır. Həmin tarixdə qəbul olunan Azərbaycan SSR-in yeni Konstitusiyası ilə Azərbaycan dili ilk dəfə olaraq dövlət dili statusu almışdır. Bu mühüm hadisə, heç şübhəsiz, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və milli-mədəni dəyərlərə olan dərin ehtiramının bariz nümunəsidir.
1970-ci illərdə Sovet İttifaqında rus dilinin aparıcı rolunun vurğulanması və digər ittifaq respublikalarında milli dillərin arxa plana keçirilməsi tendensiyası müşahidə olunurdu. Belə bir siyasi şəraitdə milli dilin dövlət dili səviyyəsinə yüksəldilməsi ciddi cəsarət və uzaqgörənlik tələb edirdi. Məhz Ulu Öndər Heydər Əliyev öz siyasi iradəsi və xalqına olan sonsuz sevgisi ilə bu təşəbbüsü reallaşdırmağa nail oldu. Nəticə etibarilə, 27 aprel 1978-ci il tarixi yalnız konstitusion bir dəyişiklik deyil, eyni zamanda milli mənəviyyatın və özünüdərkin möhkəmləndirilməsi istiqamətində atılmış tarixi addım kimi yadda qaldı. Ulu Öndər Heydər Əliyevin bu təşəbbüsü sayəsində bu gün Azərbaycan dili müstəqil dövlətimizin rəsmi dili, xalqımızın qürur mənbəyidir.





Dialoq.az
Bugün, 16:21
Eyni keçiddə 3 saatda 2 qəza: BDYPİ sürücülərə sərt xəbərdarlıq etdi
Bugün, 11:08
Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
Bugün, 09:49
ADNA terroru: 17 il ötdü
Bugün, 09:42
Masallıda külli miqdarda narkotik aşkarlanıb: 24 yaşlı şəxs həbs edildi
Bugün, 09:38
Gəncədə şagird bıçaqlandı - Şübhəli məktəb yoldaşıdır
Bugün, 09:35
Ağa Əliyev Avropa çempionu oldu
Dün, 19:04
Yerin təkindən qanunsuz istifadə edənlər cəzalandırıldı
Dün, 19:00
Bu müəllimlər də sertifikasiyaya cəlb ediləcək - Prezident təsdiqlədi
Dün, 18:58
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dün, 18:55
Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür
Dün, 09:27
Mingəçevir Dövlət Universitetində rəqəmsal gələcək və yeni karyera imkanları müzakirə olunub
28-04-2026, 23:02
Uzun illərin müəllimi Vaqif Hacıyev – zəngin ömür yolu
27-04-2026, 23:00
Mingəçevirdə “Vətən uğrunda gedən şəhidlər” devizi altında şəhid ailələri ilə görüş keçirilib
27-04-2026, 22:06
Prezident kuboku-2026 reqatasına start verilib
27-04-2026, 17:32
Goranboyda yeniyetməni cərəyanı vurub öldürdü
26-04-2026, 16:29
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi-Fotolar
26-04-2026, 16:25
İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü
26-04-2026, 13:35
“Bu, Rusiya ilə açıq qarşıdurma üçün istifadə oluna bilər”
26-04-2026, 11:36
İlham Əliyevdən həmin hücumla bağlı paylaşım - “Məni dərindən sarsıtdı”
26-04-2026, 11:11
Hücumçu hədəfinin Tramp olmadağını açıqlayıb - Foto
26-04-2026, 09:19
“Səfərin ləğvindən 10 dəqiqə sonra İran yeni təklif göndərdi”
26-04-2026, 09:18
Tədbirdə atəş açan şəxsin kimliyi - Açıqlandı
25-04-2026, 21:06
Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25-04-2026, 20:54
Azərbaycan və Ukrayna saziş imzaladı
25-04-2026, 20:45
Mingəçevir Dövlət Universitetində (MDU) Beynəlxalq Elmi Konfransın yekunu keçirilib
25-04-2026, 18:34
Rusiya Dnepri vurdu - Ölənlər var
25-04-2026, 16:33
“Bu gün 6 sənəd imzaladıq” - Zelenski