Yevlax pambıqçıları 2024-cü təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər

"Dialoq.az" xəbər verir ki, Yevlax rayonunda pambıq səpininə başlanılıb. Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib. Paylaşında deyilir:
"Son illər respublikamızda kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafına diqqət xeyli artırılıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu mühüm təsərrüfat sahəsinə göstərdiyi diqqət və qayğıdan ruhlanan pambıqçılar fədakarlıqla çalışır, hər il böyük uğurlar qazanırlar. Ölkəmizin iri pambıqçılıq bölgələrindən sayılan Yevlax rayonunda da bu istiqamətdə önəmli addımlar atılır. Bu gün rayonumuzun pambıqçıları respublikada qabaqcıllar sırasında layiqli yer tuturlar. Təsadüfi deyildir ki, ötən 2023-cü ildə rayon üzrə 1888,3 hektar əkin sahəsindən 6 min 755 tondan çox pambıq istehsal olunub, hər hektardan 35,8 sentner məhsul götürülərək Yevlax rayonu pambıq məhsuldarlığına görə respublikada üzrə 1-ci yerdə qərarlaşmışdır.
Yevlax pambıqçıları 2024-cü təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər. Cari ildə bölgə ərazisində 2465 hektara yaxın əkin sahəsində pambıq əkilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq, 209 fermer 2108,4 hektar sahədə “MKT” İstehsal Kommersiya MMC ilə, 56 fermer 356,0 hektar sahədə “Goran Cotton” MMC ilə müqavilələr bağlanıb. Rayonun bütün təsərrüfatlarında pambıq mövsümünə hazırlıq başa çatdırılıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılır. Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb. Aprel ayının 7-də təsərrüfatlarda çiyid səpini kampaniyasına start verilib. Bu il sahələrdə rayona emal müəssisələri tərəfindən gətirilmiş yüksək keyfiyyətli pambıq sortları yetişdiriləcək. Traktorlar, səpin aqreqatları və digər texniki vasitələr səpin işlərinə səfərbər olunub".
Dialoq.az
Bugün, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
Bugün, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü
10-09-2026, 21:29
Ağdaşda tövlə yanğını: alov elektrik xəttinə də ziyan vurdu
10-09-2026, 14:14
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var-Yenilənib
10-09-2026, 00:12
Yevlax 1 saylı Mediasiya Təşkilatı 2026-cı ilin ötən 8 ayı ərzində yüzlərlə mübahisədən, onlarla barışıq əldə edib. - RƏSMİ AÇIQLAMA