Şəhər İcra Hakimiyyətinin başçısı qəbul zamanı nələrdən danışıb? Səhifələrin izlənmə və bəyənilmə göstəriciləri yüksək olmalıdır...

"Dialoq.az" xəbər verir ki, Yevlax şəhərində vətəndaşlarla növbəti səyyar qəbul keçirilib və sakinlərin müraciətləri dinlənilib. Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib. Paylaşında deyilir:
"Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarına əsasən əhali ilə sıx təmasda olmaq, onların problemlərini və suallarını dinləmək, problemləri operativ şəkildə aradan qaldırmaq məqsədilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev təsdiq olunmuş qrafik üzrə hər həftə şəhərdə, rayonun kənd və qəsəbələrində səyyar qəbullar keçirir.
Şəhər rəhbərinin növbəti səyyar qəbul ŞİH aparatının məsul şəxslərinin, rayonun hüquq-mühafizə orqanlarının, aidiyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Şəhərin Q.Quliyev küçəsi 4, 6 və Yeni Yevlax küçəsi 5 saylı binaların həyətindəki abad məhəllədə keçirilib.
Şəhər İcra Hakimiyyətinin Başçısı qəbul zamanı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər regionunda olduğu kimi Yevlaxda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını, rayon sakinlərinin rifahının daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə ətraflı izahatlar verib.
Qəbulun gedişində Şəhər İcra Hakimiyyətinin Başçısı müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə yaşadıqları ərazdən kütləvi şəkildə, zorla deportasiya olunan azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi məqsədilə yaradılmış "Qərbi Azərbaycan İcması" haqqında geniş məlumat verib. Xüsusilə, Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün “Qərbi Azərbaycan İcmasının” Youtube”, “Facebook”, “İnstagram”, “TikTok” və “Twitter” sosial şəbəkələrindəki səhifələrinə abunə olunmasının və paylaşımların aktiv bəyənilməsinin vacibliyindən danışıb. Həmçinin qeyd edib ki, bu məlumatların dünya gündəmində qalması üçün səhifələrin izlənmə və bəyənilmə göstəriciləri yüksək olmalıdır.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verib.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlər onlara yaradılan şəraitə və müraciətlərinə həssaslıqla yanaşıldığı üçün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər".










Dialoq.az
Bugün, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Dün, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
Dün, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü
10-09-2026, 21:29
Ağdaşda tövlə yanğını: alov elektrik xəttinə də ziyan vurdu
10-09-2026, 14:14
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var-Yenilənib
10-09-2026, 00:12
Yevlax 1 saylı Mediasiya Təşkilatı 2026-cı ilin ötən 8 ayı ərzində yüzlərlə mübahisədən, onlarla barışıq əldə edib. - RƏSMİ AÇIQLAMA
8-09-2026, 21:31
Peşəkar jurnalistləri həmrəyliyə çağırıram - Rəşad Məciddən açıqlama
8-09-2026, 20:59
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının XI konfransı keçirilib