Yevlaxda narkomaniya, erkən nikah, dini radikalizm, dərsə davamiyyət və digər məsələlərlə bağlı növbəti maarifləndirici tədbir keçirilib

Dialoq.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xaldan kənd kompleks tam orta məktəbində narkomaniya, erkən nikah, dini radikalizm, dərsə davamiyyət və digər məsələlərlə bağlı növbəti maarifləndirici tədbir keçirilib. Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax rayon üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Azərbaycan Respublikasının Milli Qəhrəmanı polis mayoru Fariz Mədətov, Yevlax Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla proflaktiki işin təşkili qrupunun inspektoru polis leytenantı Mübariz Cəmilzadə, Xaldan kənd kompleks tam orta məktəbin direktoru Günel Yusifzadə, məktəbin müəllim kollektivi və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova iştirakçıları rayon rəhbərliyi adından salamlayaraq bildirib ki, uşaqların təhsildən yayınması, erkən nikah, əməyə cəlb olunma ilə bağlı məktəblərlə, müəllimlərlə, psixoloqlarla da iş aparılır ki, onlar bu prosesdən kənarda qalmasınlar. Təhsildən yayınma faktları sıradan adi bir məsələ olmadığından belə araşdırmaların aparılması və bu istiqmətdə zəruri tədbirlərin həyata keçirilməsi hər zaman diqqət mərkəzimizdədir. Elnarə Əzizova çıxışına davam edərək bildirib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyllərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
Daha sonra Yevlax rayon üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova çıxış edərək narkomaniyanın yayılmasına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə müəllimlərin, şagirdlərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulayıb.
Yevlax Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla proflaktiki işin təşkili qrupunun inspektoru, polis leytenantı Mübariz Cəmilzadə bildirib ki, son vaxtlar gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində çoxlu sayda tədbirlər görulür, lakin gəncləri bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Onların asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli təhsillə təmin edilmələri, öz təşəbbüslərini gerçəkləşdirə biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacib olduğunu bildirib. Tədbirin gedişində şagirdləri maraqlandıran suallar cavablandırılıb.



Dialoq.az
Bugün, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
Bugün, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü
10-09-2026, 21:29
Ağdaşda tövlə yanğını: alov elektrik xəttinə də ziyan vurdu
10-09-2026, 14:14
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var-Yenilənib
10-09-2026, 00:12
Yevlax 1 saylı Mediasiya Təşkilatı 2026-cı ilin ötən 8 ayı ərzində yüzlərlə mübahisədən, onlarla barışıq əldə edib. - RƏSMİ AÇIQLAMA