Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid ailəsini ziyarət edib

Dialoq.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Novruz bayramı münasibətilə lokal antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan, rayonun Varvara kənd sakini, baş leytenant Ədilzadə Ədil Rövşən oğlunun ailə üzvlərini yaşadıqları evdə ziyarət edib. Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib.
Novruz bayramı münasibətilə öz təbriklərini çatdıran Şəhər rəhbəri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğının hər birimizə ən yaxşı nümunə olduğunu vurğulayıb. Şəhər rəhbəri Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarını, bu kateqoriyadan olan vətəndaşlarımıza bundan sonra da dövlətimizin qayğısının davam etdiriləcəyini bildirib. Görüşdə Şəhid baş leytenant Ədil Ədilzadənin keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıb.
Şəhər İcra Hakimiyyətinin Başçısı bildirib ki, 2023-cü ilin 19 sentyabr tarixində başlanan və 24 saatdan az müddətdə davam edən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Şanlı Ordumuz erməni terrorçularını ağ bayraq qaldırmağa məcbur etdi və ərazi bütövlüyümüz tam təmin olundu. Artıq digər bayramlarımız kimi "Novruz Bayramı" da bütöv Azərbaycan ərazisində qeyd olunur.
Şəhidin atası Rövşən Məmmədov onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Dialoq.az
Bugün, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
Bugün, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü
10-09-2026, 21:29
Ağdaşda tövlə yanğını: alov elektrik xəttinə də ziyan vurdu
10-09-2026, 14:14
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var-Yenilənib
10-09-2026, 00:12
Yevlax 1 saylı Mediasiya Təşkilatı 2026-cı ilin ötən 8 ayı ərzində yüzlərlə mübahisədən, onlarla barışıq əldə edib. - RƏSMİ AÇIQLAMA