Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Gündəm / Siyasət / Sosial / Araşdırma / Bölgə
Oxunub: 140
20 Mrt 2024 | 18:29
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Dialoq.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə rayon ərazisində dislokasiya olunmuş Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində, hərbi hissənin komandanlığı,əsgər və zabitlərlə görüş təşkil olunub. Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımı olduğu kimi Sizlərə təqdim edirik:


"Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə rayon ərazisində dislokasiya olunmuş Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində, hərbi hissənin komandanlığı,əsgər və zabitlərlə görüş təşkil olunub. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev,Yevlax rayon Ağsaqqalar Şurasının sədri Minnət Mürsəlov,rayon hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranlarının iştirakı etmişdir.
Görüş iştirakçıları əvvəlcə hərbi hissənin həyətində Vətən müharibəsində şəhid olmuş sərhədçilərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq, şəhidlərin müqəddəs xatirələrinə öz ehtiramlarını bildiriblər.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbiçləri təbrik etdi, çətin və şərəfli işlərində onlara müvəffəqiyyətlər arzuladı, bildirdi ki, Novruz bayramı ənənələrinin qorunub saxlanılması milli-mənəvi dəyərlərimizə hörmət və sevginin təzahürüdür. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi olaraq ölkəmizdə Novruz ümumxalq və dövlət bayramı səviyyəsində qeyd edilir. Novruz bayramına yalnız Ulu Öndərimiz hakimiyyətə qayıtdıqdan sonra bu bayram ölkəmizdə dövlət bayramı kimi qeyd olunmağa başlamışdır. Hələ Respublikamıza rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev bütün qadağalara baxmayaraq bu bayramın Respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücayətini nümayiş etdirən bir bayramdır ”
Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Novruz bayramına verilən bu yüksək dəyər Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsasını təşkil edir.
Ulu öndərimiz Heydər Əliyev ideyalarını layiqincə həyata keçirən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Novruz bayramını birmənalı şəkildə, milli xüsusiyyətlərin-milli varlığın qorunma vasitəsi hesab edərək dünya səviyyəsində qeyd edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir. Məhz bunun nəticəsidir ki, Novruz bayramı xalqımızın milli bayramı kimi YUNESKO-nun qeyri-maddi –mənəvi irs siyahısına daxil edilmişdir. Xalqımız ən gözəl Novruz bayramını məhz 2021-ci il martın 20-də qeyd etdi. Şuşada qalanan tonqalın alovunun istisi bütün Azərbaycana yayıldı. Həmin gün Şuşada, Cıdır düzündən Azərbaycan xalqını bayram münasibətilə təbrik edən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dedi: “Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram”. Həmin gündən bayramlarımız tamam başqa və gözəl ab-havada keçirilir.
Artıq Zəngilanın, Laçının, Fizulinin, Cəbrayılın sakinləri Novruzu öz doğma evlərində qarşılayırlar.
İşğaldan azad edilən digər şəhər və kəndlərimizə də keçmiş məcburi köçkünlərin qayıdışı prossesi davam edir. Bütün bunlar dövlətimizin iqtisadi gücünün göstəricisidir. Tezliklə işğaldan azad edilmiş bütün rayonlarımızın sakinləri doğma yurdlarına qayıdaraq bayram tonqallarını qalayacaqlar.
Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsində son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Qeyd edib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixində cəmi 24 saat davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs Bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.
Artıq Novruz bayramını böyük Zəfər qazanmış xalqın təmsilçiləri, ərazi bütövlüyü tam təmin olunmuş ölkənin vətəndaşları kimi qarşılayırıq. Yurdumuza Novruz gəlir, Xankəndinə, Xocalıya yaz gəlir, bolluq, bərəkət gəlir.
Bu bayramda bir-birimizə növbəti Novruzu Qarabağda qeyd etməyi artıq arzulamırıq. Çünki bizim bu 30 illik müqəddəs arzumuzu Müzəffər Ali Baş Komandanımız və onun igid əsgər və zabitləri böyük şücaətlə həyata keçirdilər. Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır! Bu reallığı təmin edən Müzəffər Ali Baş Komandanımıza, fədakar əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildiririk.
Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, Novruz bayramı xalqımızın çox qədimə gedib çıxan tarixindən xəbər verir. Bu bayram Azərbaycan xalqının mənəviyyatını və onun uzaq keçmişdən varlığını əks etdirir. Təbiətin canlanmasının, birlik və bərabərliyin simvolu olan Novruz Qafqazda, Mərkəzi Asiyanın türk respublikalarında XX əsrin əvvəllərindən başlayaraq 1960-cı illərə qədər bəzi siyasi səbəblərə görə qadağan edilmiş, onun unutdurulmasına çalışılmışdır. Novruz bayramının qədim köklərə aid olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider Heydər Əliyev bu bayramın o vaxtki sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkə miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük coşqu ilə keçirilməsinə nail olmuşdu. Novruz bayramı bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Bu gün Azərbaycan xalqı çox xoşbəxtdir. Çünki, biz artıq qalib xalqın qalib nümayəndəsiyik. Çünki, biz Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi və sizlərin-qüdrətli Azərbaycan Ordusunun şücaəti hesabına təcavüzkar düşmənlərimizi döyüş meydanında ağır məğlubiyyətə uğratmaqla Zəfər zirvəsini fəth etmişik. Bir sözlə torpaqlarımızı işğaldan azad edib, qızıl hərflərdən ibarət tarix yazmışıq. Müstəqil tariximizdə ilk dəfə bu il bütöv Azərbaycanın hər diyarında Novruz tonqalları qalanacaq. Xankəndidə, Şuşada, elimizin o başında da, bu başında da alovlanan tonqal şöləsi düşmənin məkrli planlarını əbədi olaraq külə çevirəcək. Əsgər və zabitləri Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edən yerli təşkilatın sədri bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında formalaşan Azərbaycan Ordusu qüdrətli və sarsılmazdır. Bu isə Vətənimizin, xalqımızın ən böyük təhlükəsizlik zəmanətidir.
Görüş çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Yevlax rayonu üzrə təhsil sektorunun dəstəyilə vətəndaşlarla hərbi qulluqçular arasında mənəvi bağları gücləndirmək, Vətənimizi düşməndən qoruyan hərbçilərə mənəvi dəstək olmaq, onların ruh yüksəkliyini daha da artırmaq məqsədilə Yevlax məktəblilərinin əsgərlərə ürək sözlərindən ibarət məktublar təqdim olunub.
Hərbi hissənin rəhbərliyi çıxış edərək qonaqlara təşkil olunmuş görüşə görə bildirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib.
Əsgərlər çıxışlarında müqəddəs Vətən torpaqlarının hər qarışını göz bəbəyi kimi qoruyacaqlarını, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildirdilər.
Çıxış edən Vətən müharibəsi şəhidi Faiq Adgözəlovun atası Mehdi Adgözəlov, Vətən müharibəsi qazisi Novruz Hüseynov əsgər və zabitləri Novruz Bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar. Həminin özlərinə göstərilən diqqət və qayğını daima hiss etdiklərini və buna görə də Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Görüş zamanı hərbi xidmətdə fərqlənən bir qrup əsgər və zabit heyəti Şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.
Bayram görüşü Yevlax Şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam etdirilib. Həmçinin məktəblilər vətənpərvərlik mövzusunda şerlər səsləndiriblər.
Sonra tədbir iştirakçıları hərbi hissənin qərargahında yaradılmış guşədə Ümummilli Liderimiz Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən foto şəkillərə baxıb, həmçinin hərbi hissənin yeməkxanası ilə tanış olublar".
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə hərbiçilərlə görüşüb.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 22:31
Yevlaxda ağır yol nəqliyyat hadisəsi nəticəsində sürücü dünyasını dəyişib
Dün, 22:18
Xocavənddə partlayıcı vasitələr aşkar edilib
21-04-2024, 18:03
Yevlaxda cənab Prezidentin açılış etdiyi məkanın son vəziyyəti. - VİDEO
21-04-2024, 13:30
Qubadlı rayonu ərazisində top mərmiləri aşkar edilib
20-04-2024, 15:33
Millət vəkili İlham Məmmədov: "İlham Əliyev Tarixi Qələbələr yazan güclü Sərkərdədir"
20-04-2024, 13:30
Əməkdar artist Cavanşir Məmmədov nədən dünyasını dəyişib?
19-04-2024, 20:21
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
19-04-2024, 19:58
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 53-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
19-04-2024, 15:04
Rusiyadan atasının yasına gəldi və həbs olundu! Hələ ki, səbəblər məlum deyil...
16-04-2024, 13:17
Millət vəkilindən Əli Kərimliyə siyasi dərs: "Görün o nə qədər başı boş adamdır. O, şarlatandır". - VİDEO
16-04-2024, 10:09
SON DƏQİQƏ! Daxili İşlər Nazirliyinin əməkdaşları silah-sursat aşkar edib. - VİDEO
13-04-2024, 00:02
Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov yeni əmr imzalayıb. - VİDEO
12-04-2024, 21:50
Bakıda mənzil dələduzluğu aşkar edilib. - VİDEO
12-04-2024, 13:11
Bərdədə narkotiklə bağlı növbəti əməliyyat keçirilib. Bərdə şəhər sakini yaxalanıb
9-04-2024, 22:06
Yevlax rayonunda bayram namazı bu saatda qılınacaq. - AÇIQLAMA
9-04-2024, 09:55
Beyləqanda əməliyyat keçirilib. 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb
8-04-2024, 18:43
Yevlax-Bərdə yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. Aksiyada müxtəlif növ ağaclar əkilib
8-04-2024, 16:13
Yevlax Rayon Mərkəzi Xəstəxanası xəsarət almış xəstələrlə bağlı açıqlama verib
8-04-2024, 15:31
Yevlaxda ölümlə nəticələnən cinayət hadisəsi baş verib
8-04-2024, 00:07
Daha bir hərbçimiz VƏFAT ETDİ – Buna görə…
7-04-2024, 20:38
Azərbaycan Ordusunun zabiti tibb müəssisəsində vəfat etdi
7-04-2024, 13:25
SON DƏQİQƏ: Yevlaxda ağır yol nəqliyyat hadisəsi baş verib, yaralılar var. VİDEO
7-04-2024, 00:58
Təhsil müəssisələrində dərnək rəhbərlərinin hesabatlarının dinlənilməsinə başlanılıb.
6-04-2024, 21:24
Bu tarixlərdə məktəblərdə dərs olmayacaq
6-04-2024, 21:11
Müəllimlərin sertifikasiyası ilə bağlı YENİ QƏRAR
6-04-2024, 19:26
Yevlaxda korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir
6-04-2024, 14:28
SON XƏBƏR: Yevlaxda yoxlamaların nəticələrinə əsasən vəzifəli şəxs tutduğu vəzifədən azad edilib