Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.

Dialoq.az xəbər verir ki, 15 mart 2024-cü il tarixdə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə şəhərdəki “Təbiyət” şadlıq sarayında iftar süfrəsi təşkil edilib. Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımı olduğu kimi Sizlərə təqdim edirik:
"Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə şəhərdəki “Təbiyət” şadlıq sarayında iftar süfrəsi təşkil edilmişdir. İftar süfrəsində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Rayon Ağsaqqalar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, din adamları insanlar və aztəminatlı ailələrin üzvləri iştirak etmişlər.
Əvvəlcə iştirakçılar xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İftar süfrəsində Bərdə rayonundakı “Seyid Yusif Ağa” ziyarətgahının rəhbəri Hacı Seyid Səbuhi Yusifov və Yevlax “Cümə” məscidinin imamı Hacı Eldəniz Əhmədov “Qurani-Kərim” dən ayələr və Ramazan duaları oxudular, müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışdılar.
İftar süfrəsində çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza eləcə də doğma yevlaxlılara əmin-amanlıq, ruzi-bərəkət arzuladı, Ramazan ayının cəmiyyətimizdə həmrəyliyin, insanların dini-mənəvi cəhətdən zənginləşməsinə xidmət edən, hər bir müsəlmanın qəlbində yaşatdığı müqəddəs ay olduğunu bildirdi, Azərbaycan Respublikası dünyəvi dövlət olmasına baxmayaraq islam dəyərlərinin həyatımızın ayrılmaz hissəsini təşkil etdiyini qeyd etdi. Bildirdi ki, Azərbaycanda açılan iftar süfrələri tolerantlıq nümunəsidir. Şəhər rəhbəri çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınlarına bir daha başsağlığı verib, səbr dilədi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı Zəfər tarixi olduğunu bildirdi. Bu şanlı tarixin Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edildiyini vurğuladı. Həmçinin qeyd etdi ki,2023-cü ilin 19-20 sentyabr tarixlərində, 24 saatdan az müddətdə yekunlaşan lokal antiterror tədbirləri nəticəsində Ordumuz qəhrəmanlıq,şücaət və peşəkarlıq nümayiş etdirdi, düşmənə ağır zərbələr vurdu, Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq təslim oldular. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz tam və qəti Qələbəni təmin etməklə ərazi bütövlüyümüz tam bərpa etdi. Düşmənin xalqımıza qarşı etdiyi bütün vəhşiliklərin qisası alındı. Allah Xalqımızın, Siz dindarların dualarını qəbul etdi,bizlər Ramazan bayramını qalib,ərazi bütövlüyü tam təmin olunmuş dövlətin vətəndaşları kimi bütöv Azərbaycan ərazisində qeyd edirik.
Şəhər rəhbəri həmçinin qeyd etdi ki, 2024-cü ildə Ölkəmiz daha bir tarixi hadisəyə imza atdı. Xalqımızın bayram əhval-ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. 7 fevral seçkiləri sıradan bir seçki prosesi deyildi. Müstəqillik tariximizdə ilk dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə vətəndaşlar növbəti 7 il üçün dövlət rəhbərini seçirdilər. Növbədənkənar prezident seçkiləri 44 günlük Vətən müharibəsi və uğurlu antiterror tədbirlərinin xalq iradəsi ilə təsdiqlənmiş möhürü oldu və buna görə də seçkilər Zəfər seçkisi kimi tariximizə yazıldı. Bu seçkilərin tariximizdə analoqu olmayan hadisə sayılmasının daha bir özəlliyi isə qalib Xalq-qalib Lider birliyi idi.
İftar mərasimində iştirak edən şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər".







Dialoq.az
Bugün, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
Bugün, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü
10-09-2026, 21:29
Ağdaşda tövlə yanğını: alov elektrik xəttinə də ziyan vurdu
10-09-2026, 14:14
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var-Yenilənib
10-09-2026, 00:12
Yevlax 1 saylı Mediasiya Təşkilatı 2026-cı ilin ötən 8 ayı ərzində yüzlərlə mübahisədən, onlarla barışıq əldə edib. - RƏSMİ AÇIQLAMA